Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3887/2025 09.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onunla maraqlı şəxs xx.xx.1989-cu il təvəllüdlü Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixində bağlanmış MŞB/8/2025-01366 nömrəli barışıq sazişinin 1-ci bəndinin şərtlərinin təsdiq edilməsinə və barışıq sazişinin bu hissədə məcburi icra edilməsinə dair və ödədiyi 100 AZN dövlət rüsumu xərcinin maraqlı şəxsdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer ... üzrə məhkəməyə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “Yaşayış yerinin müəyyən edilməsi barəsində sənədlər” adlanan 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri – yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Qanunvericiliyə əsasən, ərazi aidiyyati qaydalarının pozulmasına yol verilmir. Ərizə MPM-in tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkün sayılır. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. (MPM-in 40.1, 45.1, 151.1, 152.1.3-cü maddələri.) Qanunvericiliyin tələbindən göründüyü kimi, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ərizəçinin yaşayış yeri üzrə məhkəməyə verilməlidir. Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri isə onun şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. Ərizəçi ərizəsindən və ona əlavə edilən sənədlərdən, eləcə də “Elektron məhkəmə” informasiya sistemində olan şəxsiyyət vəsiqəsinə dair məlumatlardan görünür ki, ərizəçi, ünvan 1 ünvanında qeydiyyatdadır. Yuxarıda qeyd olunan normanın tələbinə əsasən də, həmin ünvan həm də onun yaşayış yeri sayılır. Bununla belə, ərizədə ərizəçinin yaşayış ünvanını ünvan 2ən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Digərt tərəfdən MPM-in 150.1.2-ci maddəsinə əsasən, ərizəyə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. MPM-in 152.1.5-ci maddəsinə əsasən də, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutulur. Ərizəyə əlavə edilən sənədlərdən görünür ki, ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etsə də, qanunvericiliyin tələbinə uyğun olaraq dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi ərizəyə əlavə etməmişdir. Qanunvericiliyin tələbinə əsasən, bu halda da ərizə geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, xüsusi icraat işləri üzrə məhkəməyə təqdim edilmiş ərizənin aidiyyat və sair səbəblərdən geri qaytarılmasını birbaşa tənzimləyən xüsusi hüquq norması mövcud deyildir. Lakin MPM-in 13.4-cu maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Ona görə, məhkəmə hesab edir ki, xüsusi hüquq normasının olmaması əsası ilə münasibətləri tənzimləməkdən imtina etmək səlahiyyətinə malik olmadığından, analoji münasibətləri tənzimləyən qeyd olunan hüquq normalarının hazırki işə tətbiq edilməsi qanunvericiliyin tələblərinə uyğundur. Beləliklə, qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ərizə qanunvericiliyin tələblərinə əməl edilmədən məhkəməyə təqdim edildiyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bununla belə məhkəmə nəzərə çatdırır ki, MPM-in 152.4-cü maddəsinə əsasən, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov
Məhkəmə qərarları › İş №2(003)-3887/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3887/2025
09.09.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver