Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3892/2024 31.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair (maraqlı şəxs - Bakı şəhəri Maraqlı şəxs) ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, *888-ci il təvəllüdlü X8 *986-cı il tarixdə Bakı şəhərində ölməsi faktının təsdiq edilməsinə dair barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, nənəsi *888-ci il təvəllüdlü X*5 *986-cı il tarixdə vəfat edib. Nənəsi rəhmətə gedəndən sonra atası ölüm şəhadətnaməsi almamışdır. Hazırda evi sənədləşdirmək zərurəti yarandığından həmin şəhadətnamənin alınması ilə bağlı qeydiyyat şöbəsinə müraciət edib. Ona məhkəməyə müraciət etməli olduğunu bildirdilər. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Ölüm haqqında şəhadətnamə isə vərəsəliklə bağlı hüquqi mübahisənin həlli üçün zəruridir. Daha sonra Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, *897-ci il təvəllüdlü X8 *986-cı il tarixdə Bakı şəhərində ölməsi faktının təsdiq edilməsinə dair barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi X3 ərizənin təmin olunmasına etiraz etmədi. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.6-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində X20 ifadəsində göstərmişdir ki, Ərizəçi onun kürəkənidir. X** tanıyırdı. *986-cı ildə rəhmətə gedib. Məhkəmədə şahid qismində X*8 ifadəsində göstərmişdir ki Ərizəçi onun yeznəsidir, X7 onun nənəsi kimi tanıyırdı, rəhmətə gedəndə orda idi, yasına kömək eləmişdi. Mərhum rəhmətə gedəndə *986-cı ilin yay ayları idi. Məhkəmədə şahid qismində X5 ifadəsində göstərmişdir ki, X*5 nənəsidir. *986-cı ildə rəhmətə gedib, doğum tarixini xatılamır. Mərhum Binə qəsəbəsində dəfn edilib. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan pasportun surətindən görünür ki, X*5 *897-ci il tarixdə Lerik rayonunda anadan olmuşdur. İş materiallarında Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətini Binə qəsəbəsi nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 3730 saylı arayışından görünür ki, mərhum X*5 Bakı şəhəri, Xəzər ayonu, Binə qəsəbəsi, Bünyatzadə küçəsi döngə *, ev 8 ünvanında *4.08.*96*-ci il tarixdən vəfat etdiyi günə kimi yaşamışdır. İş materiallarında Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətini Binə qəsəbəsi nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 3729 saylı arayışından görünür ki, mərhum Ərizəçi Bakı şəhəri, Xəzər ayonu, Binə qəsəbəsi, Bünyatzadə küçəsi döngə *, ev 8 ünvanında qeydiyyatdadır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X4 *937-ci il tarixdə Lerik rayonunda anadan olmuşdur. X*9, anası isə X*5. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X* Söybi Əhəd qızı ilə **.08.*967-ci il tarixdə Bakı şəhəri Əzizbəyov rayon VVAQ bürosunda rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 292 nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada “Hüseynova” soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi *3.06.*96*-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası X*3oğlu, anası isə X2r. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanlanmış **.09.2024-cü il tarixli məktubundan və arayışdan görünür ki, Maraqlı şəxs ərizəçinin nənnəsi X8 ölümünün qeydə alınması ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun oğlu olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi anasının ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum nənəsi *897-ci il təvəllüdlü X8 *986cı il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin olunsun. *897-ci il tarixdə Lerik rayonunda doğulmuş X8 *986-cı il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-3892/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3892/2024
31.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver