Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-39/2023 18.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “özgənin qanunsuz sahibliyindən mülkiyyətin müdafiəsi, qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiaları üzrə mülki işə, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən “A” tikilisinin ümumi sahəsi 68.3 kv.metr olan təsərrüfat otağının Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq ona qaytarılması, həmin təsərrüfat otağı boşaldılaraq ona təhvil verilməsi və həmin təsərrüfat otağından istifadə edilməsinə yaradılan maneələrin Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən yaşayış evi və ona aid bütün tikililər 1932-ci ildən onun babası X4 məxsus olmuş və babası 24 oktyabr 1980-ci ildə vəfat etmişdir. Babası vəfatından sonra vərəsəlik qaydasında ünvan 1 ünvanında yerləşən yaşayış evini o və digər vərəsələri qəbul etmişdir. Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 861 saylı sərəncamına əsasən ünvan 2 ünvanında yerləşən “A” yaşayış evi 2 yaşayış otağı-37.55 kv.metr, köməkçi sahə -43.4 kv.metr, torpaq sahəsində təsərrüfat otağı 19.8 kv.metr, ayaqyolutövlə-14.8 kv.metr, təsərrüfat otağı - 68.3 kv.metr, cəmi torpaq sahəsi 419.2 kv.metrdən ibarət 1 saylı mülkün ilkin hüquqi qeydiyyata alınması, həmin mülkə mərhum Dadaşov Ağa-Əli Ağadadaş oğlunun adına reyestrdən çıxarışın verilməsi, əlavə və dəyişikliklərin mülkün texniki pasportunda qeydə alınması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsindən xx.xx.2019-cu il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən torpaq sahəsi üzərində sahəsi 67.50 kv.metr olan ev onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və hazırda İddiaçı mülkiyyətindədir. Çıxarışda əks olunmuş torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən texniki pasport tərtib edilmişdir. O, ünvan 2 ünvanında yerləşən yaşayış evinin “A” tikilisində yerləşən evin hasarına bitişik, ümumi sahəsi 68.3 kv.metr olan təsərrüfat otağını ( Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 861 saylı sərəncamında öz əksini tapmışdır) həmin evdə yaşayan X2 qardaşı Cavabdeh dükan kimi işlətmək üçün xahiş etmiş və sonuncu müvəqqəti olaraq həmin təsərrüfat otağından istifadə etməsinə razılıq vermişdir. Lakin cavabdeh həmin təsərrüfat otağından mülkiyyətçi olaraq İddiaçı iradəsi əleyhinə istifadə edir və orada internet klub açaraq, həm iddiaçının həm də ətrafda yaşayan insanların narahatlığına səbəb olan hərəkətlərə yol verir. Dəfələrlə cavabdehə “A” tikilisində yerləşən evin hasarına bitişik, ümumi sahəsi 68.3 kv.metr olan təsərrüfat otağını boşaldılaraq təhvil verməsini tələb etməyinə baxmayaraq tikilini boşaltmaqdan və təhvil verməkdən imtina edir. Bu isə onun mülkiyyət hüquqlarını pozur. Belə ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində o xüsusi mülkiyyətində olan təsərrüfat otağından istədiyi kimi istifadə edə, ona sahiblik edə bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı Cavabdeh İddiaçı qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasi Əmlak X7 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən İddiaçı adına verilmiş ********** nömrəli xx.xx.2022ci il tarixli qeydiyyat çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 5 ünvanında Dadaşova X12 mülkiyyətində olan fərdi ev olmuşdur Həmin evə bitişik olan istifadəyə yararsız vəziyyətdə mübahisəli tikili mövcud olmuşdur. 1994-1995-ci illərdə həmin yararsız tikilinin Lalə Dadaşovanın evinə hər hansı bir aidiyyatı olmasa da o, Lalə Dadaşovanın da razılığı ilə həmin tikilinin yerində 68.3 kv.m təşkil edən bina tikmiş, tam təmir etdirmiş və onu dükan kimi işlətməyə başlamışdır. 2000-ci ildə Lalə Dadaşova vəfat etmişdir. Onun vəfatından sonra bacısı övladları Xatirə və X10 evini İddiaçı nümayəndəsi X5 əri X1. Mübahisəli tikili həmin vaxtı alqı-satqının predmeti belə olmamış, onların arasında belə bir razılıq olmamış, yalnız həyət evini və torpaq sahəsini Əlibaxış Məmmədova satmışdır. Bundan sonra onun tərəfindən tikilmiş, təmir olunmuş, haziradək istifadəsində və sahibliyində olan tikilini sənədləşdirmək istəyəndə mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin Bakı şəhəri Xəzər rayonu (Əzizbəyov) Binə qəsəbəsinin mülkiyyətində olduğu ona məlum oldu. Baki şəhəri Əzizbəyov (Xəzər) rayon, Binə Bələdiyyəsinə muraciət etdi. Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon, Binə Bələdiyyəsi ilə aralarında xx.xx.2004-cü il tarixdə alqı satqı müqaviləsi bağlanmışdır. Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon, Binə Bələdiyyəsinin 02 iyul 2004-cu il tarixli sərəncamı ilə Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon, Binə Bələdiyyəsinin 02 iyul 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 6 ünvanında yerləşən torpaq sahəsi ona satılmışdır. Ona alqı-satqı müqaviləsinin bir nüsxəsi, Binə qəsəbəsində Cavabdeh ayrılmış torpaq sahəsinin cizgi xəritədən çıxarışı, Əzizbəyov (Xəzər) rayonu Binə Bələdiyyəsinin 84 Sayli, xx.xx.2004-cü il tarixli sərəncamı təqdim olunmuşdur. Cavabdeh tərəfindən Bakı şəhəri Xəzər rayon məhkəməsində özgənin qanunsuz sahibliyindan mulkiyyətin müdafiəsi, qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair iddia qaldırılmış, həmin məhkəmə prosesində ona məlum olmuşdur ki, Bakı şəhəri Xəzər (Əzizbəyov) rayonu, Binə Bələdiyyəsi tərəfindən ona ayrılmış torpaq sahəsinin üzərində onun tərəfindən tikilmiş, təmir olunmuş, onun istifadəsində, sahibliyində olan 68.3 kv.m olan tikilinin bir hissəsinə Azərbaycan Respublikası Əmlak Məsələlər Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsindan İddiaçı adına Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Çıxarışa əsas kimi Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyət Başçısının xx.xx.2008-ci il tarixli 861 saylı sərəncamı göstərilmişdir. Məhkəmə mülki işi araşdırarkən ekspertiza təyin etmişdir. Mütəxəssis rəyindən da aydın olur ki, İddiaçı adına qeydiyyatdan keçmiş torpaq sahəsinin bir hissəsi onun istifadəsində və sahibliyində olan, Binə Bələdiyyəsi tərəfindən ona ayrılmış torpaq sahəsinin ərazisi ilə üst ustə düşür. Əzizbəyov Rayonu İcra Hakimiyyəti Başçısının 18 noyabr 2008-cı il tarixli sərəncamına əsasən Dadaşev Ağa-Əli Ağadadaş oğluna məxsus Binə qəsəbəsi, N Abbasov küçəsi ünvanında qeyda alınması nəzərdə tutulmuş ünvanla onun istifadəsində olan mülkiyyət ilə eyni deyildir, bu tikilinin Dadaşev Ağa-Əli Ağadadaş oğluna yaşayış evinə hər hansı bir aidiyyatı yoxdur. Ona görə də hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Huquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən İddiaçı adına verilmiş ********** №-li, xx.xx.2022-ci i qeydiyyat tarixli çıxarış - etibarsız hesab edilməlidir. Belə ki, 2008-ci ildə Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 861 saylı sərəncam verməsi qanuna uyğun deyil, çünki mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Həmin mulkiyyət üzərində sərəncam vermək hüququ da mülkiyyətçiyə məxsus ola bilər. Dadaşov Ağa-Əli Ağadadaş oğluna məxsus Binə qəsəbəsi, N.Abbasov küçəsi ünvanında qeydə alınması nəzərdə tutulmuş ünvanla onun istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsinin bir hissəsinin üst-üstə düşməsi tamamilə absurddur, qanuna uyğun sənədləşdirilməmişdir. Həmin mülki iş e-2(003)-3936/2022 sayla qeydə alınmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3936/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “özgənin qanunsuz sahibliyindən mülkiyyətin müdafiəsi, qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə e-2(003)- 3936/2022 saylı mülki iş birləşdirilmiş, həmin işlərə bir icraatda baxılması və mülki işə 2(003)-39/2023 nömrəsi verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh özünün iddiasını müdafiə edərək iddianın məzmununa uyğun izahat verərək təmin edilməsini, İddiaçı iddiasının rədd edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Nümayəndə İddiaçı iddiasını müdafiə edərək müdafiə etdiyi şəxsin iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyərək iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, İddiaçı iddiası qismən təmin edilməli, Cavabdeh iddası isə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 861 saylı sərəncamının surətindən görünür ki, Binə qəsəbəsi, N.Abbasov küçəsində yerləşən “A” yaşayış evi 2 yaşayış otağı - 37,55 kv.m, köməkçi sahə-43,4 kv.m, torpaq sahəsində təsərrüfat tağı-19,8 kv.m, ayaqyolu-tövlə- 14,8 kv.m, təsərrüfat otağı-68,3 kv.m,. cəmi torpaq həsi-419,2 kv.m-dən ibarət olan 1 saylı mülk ilkin hüquqi qeydiyyata alınması, həmin mülkə mərhum Dadaşev Ağa-Əli Ağadadaş oğlunun adına reyestrdən çıxarışın verilməsi, əlavə və dəyişikliklərin mülkün texniki pasportunda qeydə alınması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsindən xahiş edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.1993-cü il tarixli, 569 saylı sərəncama əsasən Binə qəsəbəsi, Karqanov küçəsində yerləşən mülk Bakı şəhəri tikinti inventarlaşdırma bürosundan Dadaşov Ağa-Əli Ağadadaş oğlunun ilkin qeydiyyat vəsiqəsi verilməsinə icazə verilməsi və əlavə tikinti texniki pasportda qeydə alınması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri 31-ci dövlət notariat kontorunun xx.xx.1993-cü il tarixli KN-1-116 reyesir nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən ünvanı Binə qəsəbəsi, Karqanov küçəsi, ev 1 olan şəxsi ev X6 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Nizami Abbasov küçəsi ev 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Nizami Abbasov küçəsi ev 1 və evə aid 0,04192 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 2(003)- 136/2009 saylı, xx.xx.2019-cu il tarixli qətnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarına əlavə edilmiş texniki pasportun sürətindən görünür ki, ünvan 1 İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş xx.xx.2004-cü il tarixli Bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsinin sürətindən görünür ki, Cavabdeh fərdi ev tikilməsi məqsədi ilə Binə qəsəbəsində torpaq sahəsi satılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi, 1 saylı fərdi yaşayış evi xx.xx.1993-cü il tarixdə Dadaşov Ağa-Əli Aqadadaş oğlunun adına ilkin qeydiyyatdan keçmişdir, 91 saylı DNK-nin xx.xx.1993-cü il tarixli, KN-1-116 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X6 adına qeydiyyatdan keçmişdir, 7 saylı DNK-nin 2v-310 reyesir nömrəli, xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən İddiaçı adına qeydiyyatdan keçmişdir və həmin şəxsin hazırda mülkiyyətindədir. İş materiallarında olan Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2019-cu il tarixli şəhadətnaməyə əsasən İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi, 1 saylı fərdi yaşayış evinin 1/1 hissəsinə vərəsəlik hüququ tanınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, elektron kadastr məlumat bazasına əsasən **********66-10301 reyestr nömrəli 10 fevral 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 419 kv.m torpaq sahəsinin cənub-şərq istiqaməti tərəfdən 32 kv.m hissəsi Cavabdeh faktiki istifadəsində olan 63 kv.m qeyri-yaşayış sahəsi ilə üst-üstə düşür. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi, 1 saylı fərdi yaşayış evinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi, lakin elektrik verilişi xəttinə texniki xidmət göstərilməsinə heç bir maneə törətməməsi öz təsdiqini tapmışdır. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları və işin digər materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli daşınmaz əmlak iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçının mülkiyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi, 1 saylı fərdi yaşayış evində xüsusi mülkiyyətində olan 68,3 kv.m təsərrüfat otağından istədiyi kimi istifadə edə, ona sahiblik edə bilmir. Cavabdeh isə həmin mülkdən çıxmaqdan imtina edir. Cavabdeh tərəf mübahisəli torpaq sahəsinin Cavabdeh bələdiyyə sənədi ilə ayrıldığını bildirsə də, öz etirazını əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, onun bu dəlili məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, ilkin iddiaçı mübahisəli əmlakın mülkiyyətçisi olduğundan, əmlak hazırda cavabdehin qanunsuz sahibliyində olduğundan, iddiaçı əmlakının özgənin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir. Lakin iş materiallarında olan ekspert rəyindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya məxsus 32 kv m ölçüdə olan təsərrüfat otağından qanunsuz olaraq istifadə edilir. Mübahisəli əmlak hazırda cavabdehin qanunsuz sahibliyində olduğundan, iddia təmin edilərək, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi, 1 saylı fərdi yaşayış evinin 32 kv.m təsərrüfat otağından çıxarılmalı, mülki boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Məhkəmə ilk növbədə bildirir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalıdır. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması (kirayə, əvəzsiz istifadə və s.) və digər qanuni halları aid etmək olar. Lakin, cavabdehlər hazırki vaxtda mübahisə predmeti olan mənzildən qanuni əsaslarla istifadə etmək hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Avropa Şurasının üzvü kimi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmuş, Konvensiyada təsbit olunmuş hüquqların yurisdiksiyasında olan insanlar üçün təmin etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının həmin Konvensiyaya qoşulması milli məhkəmələr tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Milli qanunverici və məhkəmə orqanları həmin qərarları qanunyaradıcılıq və Konvensiyanın hər hansı tətbiqi prosesində nəzərə almalıdırlar. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün hər bir konkret işdə ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilib-edilməməsi müəyyənləşdirilməlidir. Hər bir mübahisəyə baxılarkən mülkiyyət hüququna bu və ya digər müdaxilənin mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozub-pozmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bununla da, məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi, 1 saylı fərdi yaşayış evinin təsərüfat otağından istifadə etmiş, lakin iddiaçı mülkiyyətində olan mülkün boşaldılmasını cavabdehdən tələb etmişdir. Cavabdehin halhazıradək mülkdən çıxmayaraq onu təhvil verməməsi mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozmuşdur. Məhkəmə iddia tələbinə münasibətdə əlavə olaraq qeyd edir ki, hər bir halda qeyd olunan əmlakın xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyata alınmasının işin mübahisəsiz halı olması nəzərə alınmaqla cavabdehin mübahisəli təsərrüfat otağından istifadə hüququ olmadığından Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi, 1 saylı fərdi yaşayış evinin 32 kv.m təsərüfat otağından çıxarılmalı, həmin əmlakı boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli əmlakın mülkiyyətçisi olduğundan, mübahisəli əmlakı özgəsinin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malik olduğundan, iddia bu hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. İddiaçı, həmçinin ona məxsus mülkdən istifadə üçün cavabdeh tərəfindən yaranmış maneələrin aradan qaldırılması və ona bu maneələrin yaradılması ilə bağlı hərəkətlərin qadağan edilməsini xahiş edir. İşin hallarından göründüyü kimi iddiaçı, mübahisəli əmlakın mülkiyyətçisi olaraq, öz mülkiyyətindən sərbəst surətdə istifadə edə bilmir, belə ki, cavabdeh tərəfindən iddiaçıya mülkiyyətindən istifadəsinə maneçilik törədilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin olunaraq, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi, 1 saylı fərdi yaşayış evinin 32 kv.m təsərüfat otağından istifadə ilə bağlı İddiaçı maneələrin yaradılması qadağan olunmalıdır. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıya məxsus 32 kv.m təsərüfat otağının xəritədə qeyd edilmiş hissəsindən çıxarılmaqla təsərrüfat otağı boşaldılaraq İddiaçı təhvil verilməli, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi, 1 saylı fərdi yaşayış evinin 32 kv.m təsərrüfat otağından istifadə ilə bağlı İddiaçı maneələrin yaradılması qadağan olunmalıdır. Məhkəmə Cavabdeh tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisəli əmlakın Cavabdeh bələdiyyə tərəfindən ayrıldığını bildirsə də, iddiaçı öz dəlilini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən iş materiallarından görünür ki, cavabdeh İddiaçı həmin mülkə dair çıxarış və texniki pasport məxsusdur. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların yaranması əsasları qanunla konkret müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, tədqiq edilən sənədlərdən və işin məhkəmə iclasında araşdırılan hallarından göründüyü kimi, iddiaçı mənimsənildiyini iddia etdiyi təsərrüfat otağı üzərində öz hüquqlarını təsdiq edən mötəbər dəlili məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisə araşdırılarkən ilk növbədə iddiaçının özünə aid olduğunu və cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq özgəninkiləşdirildiyini irəli sürdüyü torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüquqlarının mövcudluğu müəyyən edilməlidir. Göründüyü kimi, iddiaçı Cavabdeh mübahisəli əmlakın mülkiyyətçisi deyildir. Ona görə ki, iddiaçının iddiasının əsası kimi istinad etdiyi hallar işdə iştirak edən şəxslərin izahatları, cavabdehə məxsus çıxarış və texniki pasport ilə, məhkəməyə sübut kimi təqdim edilmiş digər sənədlərlə sübut olunmadığından, iddiaçı Cavabdeh mövcud iddiası əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinin tələblərinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli təsərrüfat otağının mülkiyyətçisi olmadığından, o, mövcud tələblə çıxış etmək hüququna da malik deyildir. Odur ki, iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə olan halda, iddiaçı Cavabdeh mübahisəli evə dair hər hansı bir qanuni hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir. Ona görə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. Azərbaycan Respublikasının qanunvericiliyi isə evə hər hansı bir hüququ olmayan şəxs tərəfindən başqasının xüsusi mülkiyyətində olan mülkə dair verilmiş çıxarışın etibarsızlığına dair tələblə çıxış etmək hüquqlarını ümumiyyətlə nəzərdə tutmur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən çıxarışın etibarsızlığı tələbi irəli sürmüş olsa da, iddia ərizəsində göstərilən hallara dair hər hansı mötəbər sübutu məhkəmə iclasında təqdim edə bilmədi, həmin hallar işin hər hansı faktı və sübutu ilə sübuta yetirilmədi. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh iddiası əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri və işin məhkəmə iclasında tədqiq olunan hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ilkin İddiaçı Cavabdeh qarşı “özgənin qanunsuz sahibliyindən mülkiyyətin müdafiəsi, qeyriyaşayış sahəsinin boşaldılması” tələbi qismən təmin edilməli, ikinci tələb üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “çıxarışın etibarsız hesab edilməsi” iddia tələbi isə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. qət etdi : İddiaçı Cavabdeh qarşı “özgənin qanunsuz sahibliyindən mülkiyyətin müdafiəsi, qeyri-yaşayış sahəsinin boşaldılması” tələbi qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən “A” tikilisinin ümumi sahəsi 32 kv.metr olan təsərrüfat otağının xəritədə qeyd edilən hissəsi Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq ona qaytarılsın və həmin təsərrüfat otağı boşaldılaraq iddiaçıya təhvil verilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən “A” tikilisinin ümumi sahəsi 32 kv.metr olan təsərrüfat otağından istifadə ilə bağlı İddiaçı maneələrin yaradılması qadağan olunsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçı qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-39/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-39/2023
18.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver