Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3906/2024 15.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb edillməklə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qismində cəlb edillməklə ərizə ilə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/1/2023-00292 saylı Barışıq Sazişinin məcburi icrası üçün təsdiq edilməsi və alimentin həmin gündən hesablanması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, o, Maraqlı şəxs ilə xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur.Onların birgə nikahından xx.xx.2022-ci il təvəllüdlü X1 doğulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur.Ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında bildirdi ki, onlar arasında razılıq olmayıb.Özü mebel sexində işləyir və aylıq gəliri ***-**** manat təşkil edir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. AZ-İV seriyalı, 751941 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-445/2024 nömrəli Qətnaməsindən görünür ki Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2021-ci il tarixdə bağlanmış və həmin tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində 575 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması və xx.xx.2022-ci il təvəllüdlü X1 anası Ərizəçi yanında qalması qət edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, MŞB/1/2023-00292 saylı Barışıq Sazişindən görünür ki, həmin barışıq sazişi Ərizəçi və Maraqlı şəxs aşağıdakı şərtlərlə bağlanmışdırlar:
1. Mediasiya (mübahisə) tərəfləri Bakı şəhəri, 5 saylı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində qeydiyyata alınmış 10 mart 2021-ci il tarixli, 575 nömrəli qeyd edilə təsdiq edilən, aralarında bağlanmış nikahın davam etdirilməməsi barədə qarşılıqlı razılığıa gəldilər.
2. Mediasiya (mübahisə) tərəfləri X1 adlı övladın yetkinlik yaşına çatanadək ananın, yəni Ərizəçi himayəsinə verilməsi barədə qarşılıqlı razılığa gəldilər.
3. İkinci tərəf (ata), yəni Əmrahov Maraqlı şəxs Qumral Allahverdi qızı adlı övladının yetkinlik yaşına çatanadək ananın, yəni Ərizəçi himayəsində saxlanması və maddi ehtiyaclarının qarşılanması üçün anaya hər təqvim ayı üzrə ümumilikdə 220 manat ödəməyi öhdəsinə götürür.
4. Mediasiya (mübahisə) tərəfləri razılığa gəldilər ki, yuxarıda göstərilən aliment məbləği (220 manat) məhkəmənin müəyyən edəcəyi gündən başlayaraq hesablansın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində birgə nikahlarından anadan olan övladları xx.xx.2022-ci il təvəllüdlü X1 anası Ərizəçi yanında qalmasına və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmənin müəyyən edəcəyi tarixdən etibarən Əmrahov Maraqlı şəxs Aidə Mübariz qızına hər ay 220 manat aliment ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə alimentin tutulma müddətini müzakirə edərək hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan xx.xx.2024-cü il tarixdən hesablanmaqla tutulmalıdır. Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, ərizəçi aliment tələbi irəli sürdüyünə görə ərizə qismən təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/1/2023-00292 saylı Barışıq Sazişinin 3-cü və 4-cü bəndləri təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi: Ərizə qismən təmin edilsin. Ərizəçi (birinci tərəf) və Maraqlı şəxs (ikinci tərəf) arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/1/2023-00292 saylı Barışıq Sazişinin aşağıdakı şərtləri təsdiq edilsin: 3.İkinci tərəf (ata), yəni Əmrahov Maraqlı şəxs Qumral Allahverdi qızı adlı övladının yetkinlik yaşına çatanadək ananın, yəni Ərizəçi himayəsində saxlanması və maddi ehtiyaclarının qarşılanması üçün anaya hər təqvim ayı üzrə ümumilikdə 220 manat ödəməyi öhdəsinə götürür.
4. Mediasiya (mübahisə) tərəfləri razılığa gəldilər ki, yuxarıda göstərilən aliment məbləği (220 manat) məhkəmənin müəyyən edəcəyi gündən başlayaraq hesablansın. Maraqlı şəxs Ərizəçi xeyrinə aliment xx.xx.2024-cü il tarixdən başlayaraq tutulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Əkrəm Qəhrəmanov