Məhkəmə qərarları › İş №2(003)-3927/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3927/2021

13.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3927/2021 13.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçinin nümayəndəsi X2 iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası X3 22.02.1996-cı il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci il tarixdə Füzuli rayonu, Horadiz qəsəbəsində anadan olmuş, 1993-cü ildə məlum hadisələr ilə bağlı məcburi köçkün düşməklə Bakı şəhərinə gəlmişdir. Hal-hazırda ailə üzvləri ilə birlikdə yaşayır. Mərhum anası X8 1922-ci ildə Zəngilan rayonu, Maxruzlu kəndində anadan olmuşdur. Anası xəstəliyi ilə əlaqədar 22.02.1996-cı il tarixdə 74 yaşında evdə vəfat etmişdir. Anası vəfat etdiyi zaman evdə baş qarışıq olduğundan və qanunları ailə üzvləri lazımi qədər bilmədiyindən ölüm haqqında sənəd almamışlar. Anası vəfat etdikdən sonra qohum və qonşuların iştirakı ilə Buzovna qəbristanlığında dəfn edilmişdir. Hal-hazırda mərhum anasının ölüm haqqında sənədi nəvəsinə məcburi köçkün vəsiqəsi almaq üçün lazımdır. Qeyd olunanlara əsasən, anası X3 22.02.1996-cı il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X9 ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə ərizəçi və maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən ərizəçi və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 məhkəməyə bildirmişdir ki, ərizəçi ilə 1993-cü ildən qonşudur. Mərhum Hüsnü xanım ərizəçi və ailəsi lə birlikdə yaşayırdı. Hüsnü xanım xəstə olmuş, təxminən 69-70 yaşı olanda xəstəlikdən vəfat edib. O, mərhumun dəfnində iştirak edib. Mərhumu Buzovna qəbristanlığında dəfn ediblər. Digər şahid X4 məhkəməyə bildirmişdir ki, ərizəçinin qonşusudur. O, digər şahidin ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsini, eləcə də şahidləri dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, xüsusi icraat işlərinə Azərbaycan Respublikası MPM-nin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Nəcəfova (Əliyeva) Gülçöhrə Cəfər qızı xx.xx.1957-ci il tarixdə Horadiz qəsəbəsində anadan olmuş, bu barədə akt qeydləri kitabında 12.09.1964-cü il tarixli 213 saylı qeyd aparılmışdır. X1r. İş materiallarına əlavə edilmiş SSRİ vətəndaşının pasportundan görünür ki, X8 1922-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən verilmiş arayışdan, həmçinin fotoşəkillərdən görünür ki, X8 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəbristanlığında 1996-cı il tarixində dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 18.09.2021-ci il tarixli arayışdan görünür ki, X7 aid ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 1922-ci il təvəllüdlü X3 22.02.1996-cı il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 1922-ci il təvəllüdlü X3 22.02.1996-cı il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar