Məhkəmə qərarları › İş №2(003)-3945/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3945/2025

15.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3945/2025 15.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı Cavabdeh qarşı “əmlak" tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi İddiaçı Cavabdeh qarşı “əmlak" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, qızıl-zinət əşyalarının – 2 üzük – 1700 manat, sep – 3000 manat, qolbağ – 300 manat, sırğa – 1000 manat, üzük – 600 manat, nazik sep – 500 manat dəyərində geri qaytarılması və ya həmin qızıl-zinət əşyalarının geri qaytarılmadığı təqdirdə 7100 manat məbləğində pulun ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 153.2.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edir. Məhkəmə qeyd edir ki, hazırda Bakı şəhəri Xəzər rayon Məhkəməsinin icraatında eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla mülki mübahisəyə dair icaatı davam edən 2(003)-3289/2025 saylı mülki iş mövcuddur. Belə ki, 2(003)- 3289/2025 saylı mülki iş üzrə İddiaçı tərəfindən Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında saxlanması, aliment alınması və əmlak tələbinə dair iddia irəli sürərək, digər tələblərlə yanaşı, qızıl-zinət əşyalarının – 2 üzük – 1700 manat, sep – 3000 manat, qolbağ – 300 manat, sırğa – 1000 manat, üzük – 600 manat, nazik sep – 500 manat dəyərində geri qaytarılması və ya həmin qızıl-zinət əşyalarının geri qaytarılmadığı təqdirdə 7100 manat məbləğində pulun ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, 2(003)-3289/2025 saylı mülki işin tərəfləri, predmeti və əsasları eyni olduğundan, qanunvericiliyin tələbinə uyğun olaraq iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. MPM-in 153-cü maddəsinin tələbinə əsasən, iddianın yolverilməzliyinə görə iddiadan imtina edilməsi barədə əsaslandırılmış qərardad çıxarılır, qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilir və bu, ərizəçiyə həmin şəxsə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbulundan imtina edilməli, qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsi baxılmaq üçün qəbul etməkdən imtina edildiyindən, İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 90 (doxsan) manat dövlət rüsumu da geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 90 (doxsan) manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar