Məhkəmə qərarları › İş №2(003)-396/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-396/2021

22.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-396/2021 22.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "avtomobilin geri qaytarılması" tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı "avtomobilin geri qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun adına olan ** DK *** dövlət qeydiyyat nişanlı, "Kia Rio minik” markalı avtomobili tanışı X2 icarəyə vermişdir. Bir müddət sonra o, Mircavidə xahiş etmişdir ki, avtomobili ona geri qaytarsın. Mircavid ona bildirmişdir ki, hazırda avtomobil onda deyil, o, avtomobili xalası oğlu (onun dediyinə görə) Cavabdeh sürmək üçün vermişdir. İddiaçıya bildirmişdir ki, Cəbrayıla sürmək üçün etibarnamə verib. İddiaçı isə buna etiraz etmiş, ondan avtomobilini geri istəmişdir. Mircavid ona Cəbrayılın nömrəsini verərək, onunla əlaqə saxlamağını bildirmişdir. İddiaçı da Cəbrayılın yuxarıda qeyd etdiyi mobil telefon nömrəsinə zəng edərək, avtomobilin sahibi olduğunu və avtomobili ona geri qaytarmasını xahiş etmişdir. Cavabdeh ona demişdir ki, o, iddiaçını tanımır, o, avtomobili Mircaviddən götürmüş, elə ona da qaytaracaq. Bundan sonra o, Mircavid ilə əlaqə saxlamağa çalışsa da, həmişə ona zəng edən mobil telefonuna zəngetmiş və ona zəng çatmamışdır. Dərhal məsələ ilə bağlı "102" xidmətinə məlumatvermişdir. Ona şifahi olaraq polis idarəsinde bildirmişdilər ki, məsələ mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməlidir. Hazırda iddiaçıya məxsus ** DK *** dövlət qeydiyyat nişanlı, "Kia Rio minik" markalı avtomobil Cebrayılın istifadəsindədir və sürülür. O, cavabdeh olan Cəbrayıl ilə dəfələrlə əlaqə saxlamağa çalışmış və avtomobilini geri qaytarmasını tələb etmiş, lakin buna nail ola bilməmişdir. Ona görə də məhkəməyə müraciət edib. İddiaçı nümayəndəsi nümayəndəsi və vəkili X6 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirmişdir ki, mübahisəli avtomobil hazırda ondadır. O, sözügedən avtomobili 5000 manata X1 almışdır. X3 ona həmin avtomobilin texniki pasportunu verərək bildirmişdir ki, avtomobilin sahibi İddiaçı Şamaxı rayonunda olduğundan ona avtomobilə dair etibarnamə verə bilməyib. İddiaçı rayondan qayıtdıqdan sonra onlara etibarnamə verəcək və onlar ayda 400 manat pulu avtomobilin sahibinə ödəyəcəklər. Sonda avtomobil onların olacaqdır. Avtomobili özündə saxlamaqda məqsədi avtomobil üçün ödədiyi puldan 5000 manat pulun ona qaytarılmasıdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin və cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsin əmlak məlumatları barədə kompüter çıxarışından görünür ki, “KİA RİO MİNİK” markalı, ** DK *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyata alınmışdır. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları və işin digər materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı mülkiyətində olan ** DK *** dövlət qeydiyyat nişanlı, "Kia Rio minik” markalı avtomobili tanışı Aslanov Mircavid Mirmüseyib oğluna icarəyə vermiş, bir müddət sonra o, Mircavid Aslanovdan avtomobili geri tələb etdikdə, sonuncu avtomobili hazırki Cavabdeh verdiyini bildirmişdir. iddiaçı cavabdehdən avtomobili tələb etsə də cavabdeh avtomobili qaytarmaqdan imtina etmişdir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli avtomobilin mülkiyyətçisi olduğundan, avtomobil hazırda cavabdehin qanunsuz sahibliyində olduğundan, iddiaçı avtomobili özgənin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir. Mübahisəli avtomobil hazırda cavabdehin qanunsuz sahibliyində olduğundan, iddia təmin edilərək, qeyd edilən avtomobil Cavabdeh alınaraq, iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli avtomobilin mülkiyyətçisi olduğundan, mübahisəli avtomobilin özgəsinin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malik olduğundan, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. “KİA RİO MİNİK” minik markalı, ** DK *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar