Məhkəmə qərarları › İş №2(003)-3960/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3960/2023

13.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3960/2023 13.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Ərizəçi ərizə ilə müraciət edərək qardaşı X* *4.*0.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, qardaşı *6.03.*964-cü il təvəllüdlü X2 *4.*0.2023-cü il tarixdə vəfat edib. Ölüm faktı təcili yardım tərəfindən qeydə alınmışdır. Ölüm haqqında şəhadətnamənin müəyyən müddət ərzində alınmasından məlumatsız olmuşlar. Maraqlı şəxsnə yaxınlaşsalar da, qanunla müəyyən olunmuş müddəti ötürdüyündən məhkəməyə müraciət etməli olduqlarını bildirmişlər. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Qardaşı ilə eyni həyətdə yaşamışlar. Qardaşı subay olmuşdur. Həmin gün təxminən saat 3 radələrində qardaşının həyətdə yerə yıxıldığını görmüşdür. Təcili Tibbi yardım çağırmış və həkimlər gəldikdən sonra qardaşının öldüyünü ona bildirmişlər. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərmişdir ki, o, ərizəçi və mərhumla qonşu olmuşdur. Mərhum vəfat edən gün ərizəçi ona zəng edərək bu barədə bildirmişdir. O, evə gələrkən onun artıq keçindiyini görmüşdür. Mərhumun mədə və ürək xəstəliyi olmuşdur. Daha sonra onu dəfn etmişlər. Dəfndə və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərmişdir ki, o, ərizəçinin iş yoldaşı olmuşdur. Mərhumla salam-sağolu olmuşdur. Bir neçə dəfə evlərinə televizoru düzəltməsi üçün onu çağırmışdır. Mərhum televizor ustası olmuşdur. Mərhumun mədə xəstəliyi olmuşdur. Həmin gün ərizəçi ona zəng edib qardaşının vəfat etdiyini bildirmişdir. O, evə gələrkən mərhumun artıq keçindiyini görmüşdür. Təcili yardım, polis əməkdaşları da oraya gəlmişlər. Şüvəlan qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Dəfndə iştirak etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.*.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.*.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Maraqlı şəxs *7.*0.2023-cü il tarixli 3-*6-5/8-*5-B-*543/2023 saylı məktubundan görünür ki, X* ölümünün qeydiyyata alınması barədə *7.*0.2023-cü il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. “Bakı Baş Səhiyyə Mərkəzi” X8 45 nömrəli şəhər poliklinikasından məhkəməyə daxil olmuş *7.*0.2023-cü il tarixli 303 saylı məktubdan görünür ki, mərhum *6.03.*964-cü il təvəllüdlü X2 *4.*0.2023-cü il tarixində evdə ölmüşdür. Ölümə qədər xəstəliklə əlaqədar poliklinikaya müraciət etməmiş və dispanser qeydiyyatında olmamışdır. Ölümündən əvvəl Təcili Yardım tərəfindən yardım edilməmiş və ölümdən sonra Təcili Yardım həkimi tərəfindən həkimə qədər ölüm qeydiyyata alınmışdır. Ölümə səbəb olan hər hansı diaqnozu təsdiq etmək mümkün olmadığına görə poliklinika tərəfindən ölüm haqqında şəhadətnamənin (AZS-*06) verilməsindən imtina edilmişdir. Şüvəlan Bələdiyyəsi tərəfindən verilmiş *7.*0.2023-cü il tarixli 83 saylı arayışdan görünür ki, Ərizəçi qardaşı X2 *4.*0.2023-cü il tarixdə vəfat etmiş və Şüvəlan qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla *6.03.*964-cu il təvəllüdlü X* *4.*0.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən olunduğundan, ərizəçi bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. *6.03.*964-cu il təvəllüdlü X* *4.*0.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar