Məhkəmə qərarları › İş №2(003)-3976/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3976/2024

03.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3976/2024 03.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası 08.03.*924-cü il təvəllüdlü X* 29.04.*996-cı il tarixdə Bakı şəhərində ölməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, anası X2 29.04.*996-cı il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində vəfat etmişdir və orada dəfn olunmuşdur.Ölüm qəfil baş vermiş, təcili tibbi yardım çağırmayıblar.Anası vəfat edəndən sonra ölüm haqqında şəhadətnamə alınmamışdır.Hazırda evi sənədləşdirmək zərurəti yarandığından ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı qeydiyyat şöbəsinə müraciət etdi,lakin ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur.Ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində dindirilmiş X3 məhkəmə iclasında bildirdi ki, Ərizəçi onun bacısıdır. Quliyeva Ərkinaz 28.04.*996-cı il tarixində gecə vəfat edib və Binə qəbrstanlığında dəfn olunub. Məhkəmə ərizəçinin izahatını, şahidlin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri, Xəzər rayonu, Binə Bələdiyyəsinin *402 saylı, *7.09.2024-cü il tarixli arayışından görünür ki, X2 xx.xx.2024-cü ildə vəfat edib və Binə qəsəbəsində yerləşən kənd qəbristanlığında dəfn olunub. İş materiallarında olan Ərizəçi ünvanlanmış Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-*6- 5/8-*5-Q-*207/2024 saylı məktubunda qeyd edilmişdir ki, Maraqlı şəxs anası X* ölümünün qeydiyyata alınması barədə xx.xx.2024-cü il tarixli ərizənizə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə, əsasən, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil və bunun üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməkləri tövsiyə olunmuşdur. İş materiallarında olan 3-*6-5/8-69-**83 nömrəli xx.xx.2024-cü il tarixli Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, 08.03.*924-cü il tarixdə anadan olmuş X* ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlamalar aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə müəyyən olundu ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin Ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu səbəbdənn Məhkəmə hesab edir ki, X* ölməsi ərizəçinin izahatı, şahidin ifadəsi ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 08.03.*924-cü il təvəllüdlü X* 29.04.*996-cı il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar