Məhkəmə qərarları › İş №2(003)-3994/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3994/2021

05.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3994/2021 05.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 31.03.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1982-ci il tarixdə Naxçıvan MR.Şahbuz rayonu Biçənək kəndində anadan olmuşdur. Hal-hazırda yuxarıda qeyd edilən ünvanda öz ailə üzvüləri ilə birlikdə yaşayır. Mərhum atası X3 10.07.1959-ci il tarixdə Naxçıvan MR-sı Şahbuz rayonu Biçənək kəndində anadan olmuşdur. Mərhum atası Ərizəçi Məhəmmədəli oğlu ürək xəstəliyindən əzab çəkdiyindən 31,03.2021-cü il tarixdə 62 yaşında evdə olaraq qəfil vəfat etmişdir. Atası vəfat etdiyi zaman evdə baş qarışıq olduğundan və qanunları ailə üzüləri lazımı qədər bilmədiyindən evə həkim gələnə kimi onun mərhum atası artıq vəfat etmişdir. Atası vəfat etdikdən sonra onu qohum və qonşuların iştirakı ilə Bakı şəhəri, Xəzər rayonu,Türkan qəsəbəsində yerləşən «Sədərək» Xeyriyyə Cəmiyyətinə məxsus qəbirstanlığında dəfn etmişlər. Hal-hazırda onun mərhum atasının ölüm haqqında şəhadətnaməsi yardım almaqdan ötrü ona lazımdır. O, bu barədə Maraqlı şəxsnə müraciət etdim lakin orada onlar bu barədə məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və ərizənin məzmuna uyğun izahat verdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş və o, məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1982-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X4, anası X6r. İş materiallarına əlavə edilmiş Bakı şəhəri təcili və Təxirəsalınmaz tibbi yardım stansiyasının 10 saylı bölümünun sorğuya cavabından görünür ki, 31.03.2021-ci il tarixdə Binə-Südçülük qəsəbəsi ünvanda həkimə qədər kişi cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs 17.09.2021-ci il tarixli 05/15-1028 saylı məktubundan görünür ki, Ərizəçi qeydiyyat şöbəsinə həkim arayışını təqdim etmədiyi üçün, ölüm faktının müəyyən edilməsi məsələsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan Sədərək Xeyriyyə Cəmiyyətinin 14.09.2021-ci il tarixli arayışdan görünür ki, 10.07.1959-cu il tarixdə Naxçıvan MR, Şahbuz rayonu, Biçənək kəndində doğulmuş X3 31.03.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və 01.04.2021ci il tarixində Bakı şəhəri, Suraxanı rayonu, Türkan qəsəbəsində yerləşən Sədərək Xeyriyyə Cəmiyyətinə məxsus qəbiristanlıqda dəfn edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, ərizəçinin anasıdır. Ərinin qan təzyiqi yüksək olmuşdur. 30.03.2021-ci il tarixdə nahardan sonra ayaq yoluna getmişdir uzun müddət oradan çıxmamışdır. Bir müddət səsləndikdən sonra içəri daxil olarkən onun artıq öldüyünün şahidi olmuşlar. Daha sonra təcili yardım çağırmışlar. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, ərizəçinin arvadıdır. Qaynatasının qan təzyiqi ilə bağlı problemi olmuşdur. 2021-ci il mart ayında qaynatası nahardan sonra çölə çıxmışdır. Uzun müddət keçməsinə baxmayaraq o, qayıtmamışdır. Sonradan qonşuları Elvin qapını qırıb içəri keçmiş və qaynatasının ölməsinin şahidi olmuşlar. Dərhal təcili yardıma müraciət olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi X2 31.03.2021-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahid ifadələri ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməklə 10.07.1959-cu il tarixdə Naxçıvan MR Şahbuz rayonu Biçənək kəndində doğulmuş X1 31.03.2021-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 10.07.1959-cu il tarixdə Naxçıvan MR Şahbuz rayonu Biçənək kəndində doğulmuş X1 31.03.2021-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar