Məhkəmə qərarları › İş №2(003)-4008/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4008/2025

20.10.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4008/2025 20.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə ərizə ilə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq Sazişinin məcburi icrası üçün həmin barışıq sazişinin təsdiq edilməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun və hüquqi yardım üçün ödənilmiş 850 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında göstərdi ki, ərizəçi ilə maraqlı şəxs arasında 16 saylı Mediasiya təşkilatında xx.xx.2025-ci il tarixli Barışıq Sazişi bağlanmışdır. Bu sazişə əsasən 1. Tərəflər Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan 2(003)-98/2025 saylı mülki iş üzrə iddia və qarşılıqlı iddia tələblərindən imtina edirlər və mülki iş üzrə icraata xitam verilməsinə etiraz etmirlər. Gələcəkdə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 89 kv.m fərdi yaşayış evi ilə və evdə olan əşyaların (paltaryuyan və kondisionerlər istisna olmaqla) bağlı bir-birlərinə qarşı hər hansı bir tələb irəli sürməyəcəklərini öhdələrinə götürürlər. 2. Tərəflər ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 89 kv.m fərdi yaşayış evinin üzərinə qoyulmuş qadağanın (həbsin) götürülməsinə etiraz etmirlər. Evin üzərindən olan qadağa (həbs) götürüldükdən sonra və qanuni qüvvəsini aldıqdan 20 gün müddətində X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 89 kv.m fərdi yaşayış evini 58000 manata evin satışı üçün beh kimi ödənilmiş 10000 manat istisna olmaqla Maraqlı şəxs notariat qaydasında satmağı, Maraqlı şəxs isə almaq öhdəsinə götürür. 3. Saziş təsdiq edildikdən sonra Maraqlı şəxs Yasar qızının həyat yoldaşının ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 89 kv.m fərdi yaşayış ev də yaşamasına X2 etiraz etmir. Saziş təsdiq edildikdən sonra evdə olan və X1 məxsus paltaryuyan və kondisioner götürülməsinə, həmçinin evin alqı-satqısından sonra isə tərəflər arasında olan daş hasarın hündür olaraq qaldırılması və tikintisi üçün Maraqlı şəxs etiraz etmir. Eyni zamanda orada olan (bağ, çən) alqı satqı edilənə kimi 1-ci tərəf tərəfindən Maraqlı şəxs tərəfindən götürülür. 4. Saziş 2-ci tərəf X2 tərəfindən pozulduqda ödənilmiş 10000 behin iki qatı yəni 20000 və evin təmirinə 1-ci tərəf Maraqlı şəxs tərəfindən evin təmirinə çəkilmiş xərci ödəməyi öhdəsinə götürməsi barədə razılığa gəldilər. 5. Saziş 1-ci tərəf Maraqlı şəxs tərəfindən pozulduqda isə ödənilmiş 10000 beh və evin təmirinə çəkilmiş xərcin tələb olunmaması barədə razılığa gəldilər. Sazişin predmetindən göründüyü kimi maraqlı şəxs evin alqı-satqısından sonra tərəflər arasında olan daş hasarın hündür olaraq qaldırılması və tikintisi üçün etiraz etməməsi öhdəliyinin olmasına baxmayaraq hazırda tikintiyə maneə olaraq, Barışıq Sazişinin tələblərini pozmuşdur. Ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında göstərdi ki, ərizəçi ilə xx.xx.2025-ci il tarixdə Barışıq Sazişi bağlayıb. Ərizəçinin hasarı qaldırması üçün o çəni götürüb. Lakin ərizəçi hasarı qaldırmayıb. Ərizəçi Barışıq Sazişində olan öhdəliklərini yerinə yetirmir. Ərizəçi ilə qohum deyillər. Məhkəmə tərəfləri dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan barışıq sazişinin təsdiq edilməsindən imtina olunmalıdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Barışıq Sazişindən görünür ki, həmin barışıq sazişi Maraqlı şəxs (birinci tərəf) və Ərizəçi (ikinci tərəf) aşağıdakı şərtlərlə bağlanmışdır: Tərəflər Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan 2(003)- 98/2025 saylı mülki iş üzrə iddia və qarşılıqlı iddia tələblərindən imtina edirlər və mülki iş üzrə icraata xitam verilməsinə etiraz etmirlər. Gələcəkdə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 89 kv.m fərdi yaşayış evi ilə və evdə olan əşyaların (paltaryuyan və kondisionerlər istisna olmaqla) bağlı bir-birlərinə qarşı hər hansı bir tələb irəli sürməyəcəklərini öhdələrinə götürürlər. Tərəflər ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 89 kv.m fərdi yaşayış evinin üzərinə qoyulmuş qadağanın (həbsin) götürülməsinə etiraz etmirlər. Evin üzərindən olan qadağa (həbs) götürüldükdən sonra və qanuni qüvvəsini aldıqdan 20 gün müddətində X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 89 kv.m fərdi yaşayış evini 58000 manata evin satışı üçün beh kimi ödənilmiş 10000 manat istisna olmaqla Maraqlı şəxs notariat qaydasında satmağı, Maraqlı şəxs isə almaq öhdəsinə götürür. Saziş təsdiq edildikdən sonra Maraqlı şəxs Yasar qızının həyat yoldaşının ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 89 kv.m fərdi yaşayış ev də yaşamasına X2 etiraz etmir. Saziş təsdiq edildikdən sonra evdə olan və X1 məxsus paltaryuyan və kondisioner götürülməsinə, həmçinin evin alqı-satqısından sonra isə tərəflər arasında olan daş hasarın hündür olaraq qaldırılması və tikintisi üçün Maraqlı şəxs etiraz etmir. Eyni zamanda orada olan (bağ, çən) alqı satqı edilənə kimi 1-ci tərəf tərəfindən Maraqlı şəxs tərəfindən götürülür. Saziş 2-ci tərəf X2 tərəfindən pozulduqda ödənilmiş 10000 behin iki qatı yəni 20000 və evin təmirinə 1-ci tərəf Maraqlı şəxs tərəfindən evin təmirinə çəkilmiş xərci ödəməyi öhdəsinə götürməsi barədə razılığa gəldilər. Saziş 1-ci tərəf Maraqlı şəxs tərəfindən pozulduqda isə ödənilmiş 10000 beh və evin təmirinə çəkilmiş xərcin tələb olunmaması barədə razılığa gəldilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Məhkəmədə müəyyən olundu ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixli Barışıq Sazişi bağlanmışdır. Həmin barışıq sazişinin 1-ci bəndində olan 2(003)- 98/2025 saylı mülki iş üzrə icraata xitam verilməsi tələbi başqa iş və icraat olduğu üçün hazırkı məhkəmə bu bəndi təsdiq edə bilməz. Eyni zamanda, məhkəməyə əşyaların kimə məxsus olması müəyyən olunmadığından 1-ci bəndə olan tərəflərin əşyalar barədə tələbini də məhkəmə təsdiq edə bilməz. Barışıq sazişinin 2-ci bəndində olan fərdi yaşayış evinin üzərinə qoyulmuş qadağa həmin həbsi qoymuş nın (həbsin) götürülməsi həmin həbsi qoymuş şəxs tərəfindən təmin edilə bilər. Evin cavabdehə satılması ilə bağlı məsələdə məhkəməyə evin şəxsi və ya birgə mülkiyyətdə olması və ya digər ailə üzvlərinin satışa, satış qiymətinə razılığının olub-olmaması bəlli olmadığı üçün məhkəmə bu bəndi təsdiq edə bilməz. Barışıq sazişinin 3-cü bəndində olan tələblərlə bağlı məhkəmə mübahisəli evin kimin mülkiyyətində olmasını bilmir. Cavabdehin əri yetkinlik yaşına çatmış şəxsdir və o özü hər hansı müqavilə bağalaya bilər. Hasarın hansı hündürlükdə tikilməsi müəyyən olunmamışdır. Sözügedən çənin kimə məxsus olması müəyyən deyil. Bunları nəzərə alaraq məhkəmə bu bəndi təsdiq edə bilməz. Barışıq sazişinin 4-cü və 5-ci bəndində olan tələblərlə bağlı məsələ notarius tərəfindən həll olunmasını və behlə bağlı məsələlərin məcəllə ilə tənzimlənmişdir nəzərə alaraq məhkəmə hesab edir ki, bu bəndlər də təsdiq edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-235 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq Sazişinin təsdiq edilməsindən imtina olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar