Məhkəmə qərarları › İş №2(003)-4014/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4014/2023

02.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4014/2023 02.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Cavabdeh ilə «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı 11 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/11/2023-00319 nömrəli, xx.xx.2023-cü il tarixli barışıq sazişinin “mediasiya prosesində Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdən başlayaraq övladları xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək, hər ayın 17-nə qədər hər birinə 220 (ki yüz iyirmi) manat sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürmüşdür” hissəsinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə Cavabdeh arasında 13 oktyabr 2008-ci il tarixində Naxçıvan MR Şərur rayon, Danyeri kəndi, İ.Ə.D.U- rə nümayəndəliyində nikah bağlanılmışdır və bu nikah nikahın bağlanması haqqında akt qeydləri kitabında 24 nömrə ilə qeyd edilmişdir. Bu nikahdan xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 dünyaya gəlmişdir. Tərəflər arasında mövcud olan ailə münasibətləri artıq formal xarakter daşıdığından Ərizəçi Cavabdeh ilə aralarında bağlanmış 13 oktyabr 2008ci il tarixli nikahın pozulması qərarına gəlmişdir. Buna görə də Ərizəçi Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment” tələbi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə prosesindən əvvəl Ərizəçi və Cavabdeh arasında “nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment tələbi”-nə dair xx.xx.2023-cü il tarixində mediasiya prosesi təşkil edilmişdir. Hər iki tərəf mediasiya prosesində iştirak etmiş və tərəflər arasında barışıq sazişi imzalanmışdır. Bununla bağlı iddiaçıya “Barışıq sazişi” verilmişdir. Mediasiya prosesi Bakı 11 saylı Mediasiya Təşkilatında keçirilmiş və tərəflər arasında MŞB/11/2023-00319 nömrəli, xx.xx.2023-cü il tarixdə imzalanmışdır. Sözügedən barışıq sazişinin şərtlərinə əsasən tərəflər saziş imzalandıqdan sonra aralarında olan Naxçıvan MR Şərur rayonu Danyeri Kəndi l.O.D.Ü-rə nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 24 nömrəli akt qeydi ilə tərtib olunmuş xx.xx.2008-ci il tarixli nikahın pozulmasına və bunun məhkəmə qaydasında həllinə razılıq vermiş, Cavabdeh övladları xx.xx.2009-cü il doğum tarixli X2 və xx.xx.2013-cü il doğum tarixli X1 Ərizəçi himayəsində qalmasına etiraz etməmiş, eyni zamanda, mediasiya prosesində Cavabdeh tərəfindən xx.xx.2023-cü ii tarixdən başlayaraq övladları xx.xx.2009-cü il doğum tarixli X5 və xx.xx.2013-cü il doğum tarixli X4 yetkinlik yaşma çatanadək, hər ayın 17-nə qədər hər birinə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürmüşdür. Sabunçu Rayon Məhkəməsinin 2(008)-3557/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Naxçıvan MR Şərur rayonu Danyeri Kəndi l.Ə.D.Ü-rə nümayəndəliyində nikahın bağlanması haqqmda akt qeydləri kitabında 24 nömrəli akt qeydi ilə tərtib olunmuş xx.xx.2008-ci il tarixli nikahın pozulması qət edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan şəxisyyət vəsiqələrinin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2009-cü il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 anadan olmuşdur. İşdə olan Sabunçu Rayon Məhkəməsinin 2(008)-3557/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Ərizəçi ilə Cavabdeh arasında Naxçıvan MR Şərur rayonu Danyeri Kəndi l.Ə.D.Ü-rə nümayəndəliyində nikahın bağlanması haqqmda akt qeydləri kitabında 24 nömrəli akt qeydi ilə tərtib olunmuş xx.xx.2008-ci il tarixli nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Bakı 11 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023cü il tarixli Barışıq Sazişindən görünür ki, tərəflər (birinci) Ərizəçi və (ikinci) Cavabdeh razılaşırlar ki, tərəflər saziş imzalandıqdan sonra aralarında olan Naxçıvan MR Şərur rayonu Danyeri Kəndi l.Ə.D.Ü-rə nümayəndəliyi tərəfindən xx.xx.2008-ci il tarixdə, nikahın bağlanması haqqında akt qeydləri kitabında 24 nömrə ilə qeydə alınmış nikahın pozulmasına və bunun məhkəmə qaydasında həllinə razılaşdılar. İkinci tərəf övadları xx.xx.2009-cü il doğum tarixli X5 və xx.xx.2013-cü il doğum tarixli X1 birinci tərəfin himayəsində qalmasına etiraz etmir. İkinci tərəf birinci tərəfə xx.xx.2023-cü il tarixdən başlayaraq övladları xx.xx.2009-cü il doğum tarixli X5 və xx.xx.2013-cü il doğum tarixli X1 yetkinlik yaşlarına çatanadək, hər ayın 17-nə qədər, hər birinə 200 (iki yüz iyirmi) manat saxlanılmaları üçün hər ay hər uşaq üçün 220,0 manat, iki uşaq üçün 440 manat sabit pul məbləğində aliment aliment ödəməyi öz öhdəsinə götürür. İkinci tərəf birinci tərəfə övladları xx.xx.2009-cü il doğum tarixli X5 və xx.xx.2013-cü il doğum tarixli X4 ilə həftə sonları günün saat 09:00-18:00 dək olan vaxtlarında heç bir maneə yaratmadan ünsiyyət qurmağına şərait yaradacaq. Tərəflər saziş imzaladıqdan sonra əmlak bölgüsü mübahisəsinin məhkəmə qaydasında baxılmasına razılaşdılar. Məhkəmə ərizəni araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1 -ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanılması qeyri-mümkün olduğundan, tərəflər aralarında xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlamış, lakin barışıq sazişi üzrə maraqlı şəxs üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, bu səbəbdən sazişin birinci tərəfi xx.xx.2023-cü il tarixdə haqlı olaraq xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə ərizənin dəlillərini araşdıraraq, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişinin alimentin tutulması hissəsi, tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur, sazişin ikinci tərəfi hər ay müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etmədiyindən ərizə təmin təmin edilməli, barışıq sazişinin – “xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2009-cü il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220,0 manat, iki uşaq üçün 440 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq Ərizəçi ödənilməlidir.” hissəsində təsdiq edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi : Ərizə təmin edilsin. Ərizəçi və Cavabdeh arasında Bakı 11 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli,M,ŞB/11/2023-00319 saylı barışıq sazişinin – “xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2009-cü il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220,0 manat, iki uşaq üçün 440 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq Ərizəçi ödənilsin.” hissəsi təsdiq edilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar