Məhkəmə qərarları › İş №2(003)-4029/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4029/2023

26.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4029/2023 26.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair (maraqlı şəxs - Bakı şəhəri Maraqlı şəxs) ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası Cherimov Azizaganın (X6) *5.09.2023-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X6 ərizəçinin atasıdır. Atası 0*.02.*950-ci tarixdə doğulmuş, *5.09.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Təcili və X7 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən göründüyü kimi Bakı şəhəri Xəzər rayonu, Albalılıq, M.Namazov küçəsində X6 73 yaşında həkimə qədər ölümü baş vermişdir. Həamçinin, *4 saylı Birləşmiş şəhər xəstəxanasına verilən sorğuya cavabddan görünür ki, atasının adına çağırış olmuşdur. Hal-hazırda onun ölüm haqqında şədadətnaməsi sənədləşdirmə üçün lazımdır. Ərizəçi bu barədə Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, bu barədə məhkməyə müraciət etməti məqsədə müvafiq hesab etmişlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, 0*.02.*950-ci il təvəllüdlü Cherimov Azizaganın (X6) *5.09.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.6-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X3 ifadəsində bildirdi ki, ərizəçi onun ərinin bibisi oğludur. X9 yaşayır. Ərinin səhhətində problemlər olduğundan o, Azərbaycana gəlmişdir. Sonradan burda vəziyyəti pisləşdi. X6 *5.09.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Mərhum Buzovna qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmədə şahid qismində dindirilən X* ifadəsində bildirdi ki, ərizəçi onun bibisi oğludur. O, Moldova Respublikasında yaşayır. Qardaşının səhəti yaxşı olmadığından ona dəymək üçün Azərbaycana gəlmişdir. X6 *5.09.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Mərhum Buzovna qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidin ifadəsini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.*983-cü ildə tarixdə doğulmuşdur. İş materillarında oğlan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 Ərizəçi atasıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon X2 Dövlət Qeydiyyatı şöbəsi tərəfindən 23 iyun 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 239704 nömrəli nikah haqqında nikah şəhadətnaməsinin surətindən görünür ki, X6 *4 iyun *980-ci il tarixdə X*0 ilə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 498 nömrə ilə qeyd edilmişdir İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfat Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən verilmiş № 9* saylı *6.**.2023-cü il tarixli arayışdan görünür ki, Moldova Respublikası vətəndaşı X6 *6.09.2023-cü il tarixdə Xəzər rayonu, Buzovna qəbiristanlğında dəfn olunmuşdur. İş materiallarında olan qəbirüstü foto şəkillərdən görünür ki, X6 0* fevral *950-ci il tarixdə doğulub, *5.09.*923-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Təcili və X7 Stansiyasının (TTTYS) *0 saylı bölməsi həkimi tərəfindən verilmiş *5.09.2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, Cherimov Azizaga (X6) oğlunun həmin tarixdə həkiməqədər ölümü baş vermişdir. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanlanmış *4 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Maraqlı şəxs ərizəçinin atası X4 ölümünün qeydə alınması ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materillarında olan *4 saylı Birləşmiş Şəhər Xəstəxanasının sorğuya cavab məktubundan görünür ki, 04 sentyabr 2023-cü il tarixdə Albalılıq, M.Namazov küçəsi ünvanına X6 adına çağırış daxil olmuş, çağırışı *0 saylı bölmənin həkimi yerinə yetirmiş, həmin xəstəyə qaraciyər alkoqol mənşəli sirrozu diaqnozu qoyularaq müvafiq ilkin tibbi yardım göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun oğlu olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi atasının ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum atası Cherimov Azizaganın (X6) *5.09.2023-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. 0*.02.*950-ci il təvəllüdlü Cherimov Azizaganın (X6) *5.09.2023-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar