Məhkəmə qərarları › İş №2(003)-4039/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4039/2021

14.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4039/2021 14.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair (maraqlı şəxs - Bakı şəhəri Maraqlı şəxs) ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair (maraqlı şəxs - Bakı şəhəri Maraqlı şəxs) ərizə ilə məhkəməyə müraciət edərək, X2 12 avqust 2003-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun qızı X9 onunla birlikdə ünvan 1 ünvanında yaşamışdır. Pərvin ağ ciyər xəstəliyindən əziyyət çəkirdi və uzun müddət həmin xəstəlikdən müalicə olunmuşdur, 12 avqust 2003-cü ildə onun vəziyyəti ağırlaşdı və o, vəfat etdi. Qızının vəfatından sonra qohumların vı qonşuların iştirakı ilə onu Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn etmişlər. X2 gənc yaşında ölümü ərizəçini və ailə üzvlərini həddindən artıq sarsıtdığından və kifayət qədər hüquqi savadı olmadığından qızının ölümü haqqında şəhadətnaməni vaxtında ala bilməmişdir. Hal-hazırda müəyyən sənədləşdirilmə ilə əlaqədar olaraq qızının ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. X2 ölüm akt qeydinin aparılması və onun adına ölüm haqqında şəhadətnamə verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin şöbə tərəfindən imtina edilmiş və həmin şəhadətnamənin alınması üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün - deyildir. Buna görə də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra Ərizəçi məhkəmyə dəqiqləşdirmə ərizəsi təqdim edərək ərizəsində X2 ölüm tarixinin səhvən 12 avqust 2003-cü qeyd etmişdir. Lakin onun qızı 12.07.2003-cü il tarixdə vəfat etmişdir. Ona görədə X2 12 iyul 2003-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iclasında şahid qismində dindirilən X10 ifadəsində bildirdi ki, 1977-ci il tarixdən ərizəçi onun qonşusudur. X3 onun gözünün qabğında böyüyüb, dəfnində iştirak edib. X9 toyda oynayarkən rəhmətə gedib. X10 bildirdi ki, o da həmin toya dəvətliydi, lakin getməmişdi. Mərhum Şüvəlan qəbirstanlığında dəfn olunub. Məhkəmədə şahid qismində dindirilən X8 ifadəsində bildirdi ki, ərizəçi onun qonşusudur, bir evli kimidirlər. X3 vəfat etdiyini qonşu gəlib xəbər verdi , xəbəri eşidəndə evdə idi, əvvəlcə el bildilər mərhumun atası rəhmətə gedib daha sonra Pərvinin vəfat etdiyini öyrəndilər. X9 toyda oynayarkən rəhmətə gedib. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 28.04.1981-ci ildə Bakı şəhərində doğulmuşdur. X1, qızı Ərizəçi Hacıağa qızıdır. İş materiallarında olan Bakı şəhəri X7 Yardım Stansiyasının 18.07.2003-cü il tarixli arayışından görünür ki, 12 iyul 2003-cü il tarixdə saat 20:02-də X5 adına Solmaz Şadlıq evi (Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsi, dalan 1) çağırış olub. Xəstəyə göstərilən tibbi yardım və reanimasiya tədbirlərinə baxmayaraq xəstə həkimin yanında saat 20:30-da keçinmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanlanmış 05/15-552 saylı 21.09.2021-ci il tarixli məktubundan görünür ki, ərizəçinin qızının X5 ölümünün qeydiyyatı ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “X4 dövlət qeydiyyatı Qaydasının 8.5 bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin ölüm haqqında həkim arayışı ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim arayışı olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan qəbirüstü foto şəkildən görünür ki, X9 28.04.1981-ci il tarixdə doğulub,12 iyul 2003-cü il tarixdə ölmüşdür. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İstintaq Təcridxanası tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi Hacıağa qızı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq məhkəmə xüsusi icraat qaydasında, həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır (maddə 305.1.1). Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır (maddə 307.2.8). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (maddə 308). MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, Ərizəçi qızı X5 12 iyul 2003-cü il tarixdə Bakı şəhərində ölməsi ərizəçinin izahatı və digər sübutlarla tam təsdiq olunur. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, bu faktın təsdiq edilməsi X5 ölüm haqqında şəhadətnaməsinin alınması ilə əlaqədar ərizəçiyə lazımdır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum qızı 28 aprel 1981-ci il təvəllüdlü X5 12 iyul 2003-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yazı yoxlanılmalı və qiymətləndirilməlidir (maddə 106.1). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” (maddə 217.4). Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi ərizəsi təmin olunsun. X5 12 iyul 2003-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhməiyyətli fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar