Məhkəmə qərarları › İş №2(003)-4044/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4044/2025

05.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4044/2025 05.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Xəzər rayonu Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:

1. Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.*979-cu il təvəllüdlü mərhum qardaşı X2 *6.09.2025-ci il tarixdə Bakı şəhərində ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin qardaşı X5 xx.xx.*979-cu il tarixdə anadan olmuş və Bakı şəhəri, Xəzər rayonu, Albalılıq day.Keçid -*349, * №-li Yataqxana qeydiyyada olmuşdur. X5 *6.09.2025-ci il tarixdə qeyd edilən ünvanda vəfat etmişdir. “*03” TTY xidmətinə zəng vurulmuş,lakin tibb işçiləri hadisə yerinə gəkdikdə, artıq X5 vəfat etmişdir. X5 Bakı şəhəri, Xəzər rayonu, Albalılıq day.Keçid -*349, * №-li Yataqxana ünvanında yerləşən yaşayış evində vəfat etmişdir. Mərhumun vəfatından sonra ərizəçinin başı yas mərasiminə qarışmışdır. Mərhum Buzovna kəndində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Sonradan ölüm haqqında şəhadətnamənin alınması üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət edilsə də, Bakı şəhəri Maraqlı şəxs *6.09.2025-ci il tarixli, 3-*6- 5/8-*5-5*4/2025 saylı məktubu ilə cavab olaraq X5 adına tərtib edilmiş ölüm haqqında şəhadətnamənin olmaması səbəbilə ərizənin təmin edilə bilməyəcəyi qeyd olunmuşvə məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir.

3. Daha sonra Ərizəçi 28.*0.2025-ci il tarixdə dəftərxana vasitəsilə məhkəməyə ərizə təqdim edərək, məhkəməyə təqdim etmiş olduğu ərizədə özünün təvəllüdü ilə mərhum X2 təvəllüdlərinin texniki səhv səbəbilə dəyişik qeyd edildiyini, özünün 04.8.*979-cü il təvəllüdlü olduğunu, mərhum X2 isə 24.02.*977-ci il təvvəllüdlü olduğunu qeyd etmişdir.

Proses iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və tələbini müdafiə edərək, onun təmin olunması xahiş etmişdir. O, izahatında əlavə olaraq, vəfat etmiş şəxs X2 onun qardaşı olduğunu, mərhumun *6.09.2025-ci il tarixdə Buzovna qəsəbəsində yaşadığı evdə vəfat etdiyini, vəfat etdiyi gün təcili yardım çağrıldığını, lakin təcili yardım avtomobilinin qardaşı vəfat etdikdən sonra yaşadıqları ünvana çatdığını, mərhumun Buzovna qəsəbəsi ərazisində yerləşən qəbirstanlıqda dəfn edildiyini qeyd etmişdir.

5. Məhkəmədə şahid qismində dindirilmiş X3 izahatında mərhumun X2 onun oğlu olduğunu, onun *6 sentyabr 2025 ci il tarixdə yaşadığı evdə vəfat etdiyini, mərhum oğlu ilə eyni evdə yaşadığını və mərhumun Buzovna qəsəbəsinda yerləşən qəbirstanlıqda dəfn edildiyini bildirmişdir.

6. Məhkəmədə şahid qismində dindirilmiş X4 izahatında mərhumun onun əri olduğunu, ərinin *6.09.2025-ci il tarixdə Buzovna qəsəbəsində yaşadıqları evdə vəfat etdiyini, onun vəfatindan sonra təcili tibbi yardımın gəldiyini, mərhumun Buzovna qəsəbəsinda yerləşən qəbirstanlıqda dəfn edildiyini bildirmişdir.

7. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Mülki işin materialları:

İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

8. İV-ЖГ seriyalı 4856*5 saylı doğum haqında şəhadətnamənin surətindən görünür ki, X5 24 fevral *977-ci il tarixdə anadan olmuşdur.

9. Respublika Təcili və X* Mərkəzi PHŞ-nin “Ölüm haqqında xəbərdarlıq vərəqsi”ndən görünür ki, çağırışın tarixi *6.09.2025-ci il, çağırışın qəbul edilmə vaxtı 00:00, ünvan Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi, keçid-*349.* S.A.A. X5, yaşı 48, həkimə qədər ölüm, kişi cinsli meyid.

10. *9.09.2025-ci il tarixli, 520 nömrəli arayışdan görünür ki, X5 *6 sentyabr 2025-ci il tarixdə vəfat etmiş və Xəzər rayon Buzovna qəbirstanlığında dəfn olunmuşdur.

11. Bakı şəhəri Maraqlı şəxs *9.09.2025-ci il tarixli, 3-*6-5/8-*5-5*4/2025 saylı məktubundan görünür ki, X2 ölümü faktını təsdiq edən tibbi şəhadətnamə və ya ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından onun ölüm faktının dövlət qeydiyyatına alınmasının mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.

12. Qəbirüstü abidənin fotoşəkildən görünür ki, X5 24.02.*977-ci il tarixdə anadan olmuş, *5.09.2025-ci il tarixdə vəfat etmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

13. 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə baxır.

14. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

15. 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli, *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə qaydasında müəyyən edilir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” *2 aprel 20*9-cu il tarixli, 8 saylı Qərarının

18. 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.

19. 9-cu bəndinə əsasən, MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

20. 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.

Məhkəmənin mövqeyi:

21. Məhkəmə iş materiallarını, ərizənin dəlillərini araşdırıb, ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.

22. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmiş iş üçün əhəmiyyətli hallar ondan ibarətdir ki, Ərizəçi qardaşı 24 fevral *977-ci il təvəllüdlü X5 *6 sentyabr 2025-ci il tarixdə Bakı şəhərində Buzovna qəsəbəsində yaşadığı evdə vəfat etmiş və Ağdam rayon qəbirstanlığında dəfn olunmuşdur. Lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından Maraqlı şəxs tərəfindən X2 ölümünün qeydiyyata alınması mümkün olmamış, ərizəçiyə ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə araşdırılması zamanı tədqiq edilən və sübut qismində qiymətləndirilən şahid ifadələri ilə də 24 fevral *977-ci il təvəllüdlü X2 *6.09.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi və Buzovna qəsəbə qəbirstanlığında dəfn olunması faktı öz təsdiqini tapmışdır.

23. Beləliklə məhkəmə araşdırması nəticəsində sübuta yetirilmişdir ki, 24 fevral *977-ci il tarixində Bakı şəhərində doğulmuş X5 *6 sentyabr 2025-ci il il tarixdə Bakı şəhərində vəfat etmişdir.

24. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin - *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 2*7.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

25. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli 24.02.*977-ci il tarixində Bakı şəhərində doğulmuş X2 *6.09.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220, 307-3**, 360-cı maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə

Qət etdi

Ərizə təmin edilsin. 24.02.*977-ci il tarixində Bakı şəhərində doğulmuş X2 *6.09.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar