Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4054/2023 28.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edillməklə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qismində cəlb edillməklə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs arasında bağlanmış 25 sentyabr 2023-cü il tarixli, MŞB/8/2023-02031 saylı Barışıq Sazişinin məcburi icrası üçün həmin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə 24 iyun 2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurnuşdur. Onlar bir müddət mehriban yaşamışlar. Sonradan onların xasiyyətləri düz gəlməmiş, onlar faktiki olaraq ayrılmışlar. O, maraqlı şəxsdən ayrılarkən uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün maraqlı şəxsdən aliment almaq üçün həmin şəxsə mediasiya təklifi göndərmişdir. Onların araısnda baş tutmuş mediasiya prosesi zamanı maraqlı şəxs uşaqların saxlanması üçün hər uşağa görə 220 manat, ümmulikdə 440 manat aliment ödəmək niyyətinin olduğunu bildirmişdir.Bununla əlaqədar mediatorun iştirakı ilə onların arasında xx.xx.2023-cü il tarixdə MŞB/8/2023-02031 saylı Barışıq Sazişi imzalanmışdır. Həmin Sazişin şərtlərinə əsasən Maraqlı şəxs xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat, ümumilikdə 440 manat məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Həmin Sazişə əsasən Maraqlı şəxs alimenti xx.xx.2023-cü il tarixdən ödəməyə bağlamağı öhdəsinə götürmüşdür. Maraqlı şəxs onların arasında olan razılığa əsasən 01 oktyabr 2023-cü ildən başlayaraq ona aliment ödəməyi öhdəsinə götürsə də, maraqlı şəxs alimenti ödəməmiş, bununla əlaqədar həmin şəxsə şifahi qaydada məlumat verilən zaman həmin şəxs heç bir məbləğdə aliment ödəməyəcəyini bildirmişdir. Hətta həmin şəxsə bu barədə yazılı bildiriş göndərilsə də, həmin şəxs onların arasında bağlanmış 25 sentyabr 2023-cü il tarixli barışıq sazişinin şərtlərini həyata keçirməkdən imtina etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək tələbinin təmin edilərək barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İ seriyalı, 235221 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs və Ərizəçi xx.xx.2006-cı il tarixdə nikahlarını bağlamışlar. Həmin tarixdə bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 375 № ilə qeyd edilmişdir. AZ-T seriyalı, 031150 nömrəli doğum haqqında şəhadətnamənin və AZE seriyalı, 12853902 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2007-ci ildə doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. AZ-İİ seriyalı, 367801 nömrəli doğum haqqında şəhadətnamənin və AZE seriyalı, 12853900 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2009-cu ildə doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, Ərizəçi tərəfindən 100 manat məbləğində mediasiya xərci ödənilmişdir. MŞB/8/2023-02031 nömrəli, xx.xx.2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, həmin barışıq sazişi Ərizəçi (birinci tərəf) və Maraqlı şəxs (ikinci tərəf) aşağıdakı şərtlərlə bağlanmışdır: Tərəflərin birgə nikahdan anadan olan övladları xx.xx.2007-ci il təvəllüdlü X1 (Fin kod: 7V109A0) və xx.xx.2009-cu il təvəllüdlü X8 (Fin kod: 7V109A0) yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən etibarən Maraqlı şəxs Ərizəçi hər uşağa görə hər ay 220 (iki yüz iyirmi) manat olmaqla hər növbəti ayın 05-dək ümumilikdə 440 (dörd yüz qırx) manat aliment ödəyəcəyinə dair öhdəlik götürür. Ərizəçi ona Maraqlı şəxs hər ay aliment məbləğinin köçürülməsi üçün bank hesabı açmağı və Maraqlı şəxs təqdim etməyi öz öhdəsinə götürür. Tərəflər bu mübahisə ilə bağlı birbirlərinə qarşı qarşılıqlı tələblərinin olmadığını və bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edirlər. Ağayev X2 1-ci bəndində öz üzərinə götürdüyü öhdəliklərini pozduğu təqdirdə, Ərizəçi məhkəməyə müraciət etdirmək (sazişi təsdiq etdirmək) hüququnun olduğu ona məlumdur və buna etiraz etmir. “Elektron məhkəmə” informasiya sisteminin portalından əldə olunmuş çıxarışdan görünür ki, Maraqlı şəxs “Bakı Şəhər Təcili və X3 Stansiyası” X7 təcili yardım xidmətində orta tibb heyətində 1625,20 manat əmək haqqı almaqla çalışır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.7-ci maddəsinə əsasən barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. 3.1.2-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. 33.1-ci və 33.3-cü maddələrinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci və 34.3-cü maddələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində birgə nikahdan anadan olan övladları xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən etibarən Maraqlı şəxs Ərizəçi hər uşağa görə hər ay 220 (iki yüz iyirmi) manat olmaqla hər növbəti ayın 05-dək ümumilikdə 440 (dörd yüz qırx) manat aliment ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, sözügedən xx.xx.2023-cü il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2. qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinin tələbinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, Maraqlı şəxs mediasiya xərci üçün ödənilmiş 100 manat məbləğində pul tutularaq Ərizəçi ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış MŞB/8/2023-02031 nömrəli, xx.xx.2023-cü il tarixli Barışıq Sazişi təsdiq edilməli, Ərizəçi tərəfindən mediasiya xərci üçün ödənilmiş 100 manat məbləğində pul vəsaiti Maraqlı şəxs tutularaq Ərizəçi verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi (birinci tərəf) və Maraqlı şəxs (ikinci tərəf) arasında mediasiya prosesi nəticəsində aşağıdakı şərtlərlə bağlanmış MŞB/8/2023-02031 nömrəli, xx.xx.2023-cü il tarixli Barışıq Sazişi təsdiq edilsin:
1. Tərəflərin birgə nikahdan anadan olan övladları xx.xx.2007-ci il təvəllüdlü X1 (Fin kod: 7V10AB3) və xx.xx.2009-cu il təvəllüdlü X4 (Fin kod: 7V109A0) yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən etibarən Maraqlı şəxs Ərizəçi hər uşağa görə hər ay 220 (iki yüz iyirmi) manat olmaqla hər növbəti ayın 05-dək ümumilikdə 440 (dörd yüz qırx) manat aliment ödəyəcəyinə dair öhdəlik götürür.
2. Ərizəçi ona Maraqlı şəxs hər ay aliment məbləğinin köçürülməsi üçün bank hesabı açmağı və Maraqlı şəxs təqdim etməyi öz öhdəsinə götürür.
3. Tərəflər bu mübahisə ilə bağlı bir-birlərinə qarşı qarşılıqlı tələblərinin olmadığını və bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edirlər.
4. Ağayev X2 1-ci bəndində öz üzərinə götürdüyü öhdəliklərini pozduğu təqdirdə, Ərizəçi məhkəməyə müraciət etmək (sazişi təsdiq etdirmək) hüququnun olduğu ona məlumdur və buna etiraz etmir. Ərizəçi tərəfindən mediasiya xərci üçün ödənilmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Maraqlı şəxs tutularaq Ərizəçi verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Əkrəm Qəhrəmanov