Məhkəmə qərarları › İş №2(003)-4086/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4086/2023

22.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4086/2023 22.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək *928-ci il təvəllüdlü anası Salamova (Xəlilbəyova) Sürəyya Balabəy qızının *7.06.*984-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X8 onun atası və X4 onun anasıdır. *928-ci il təvəllüdlü anası Salamova (Xəlilbəyova) Sürəyya Balabəy qızı *7.06.*984-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Anasının dəfn və hüzür mərasimində qohumlarla yanaşı qonşlar da iştirak etmişlər. Anası vəfat etdikdən sonra onlar müəyyən səbəblərdən ölüm haqqında şəhadətnaməni almamışlar. Anasının ölüm haqqında şəhadətnaməsinin olmaması səbəbindən o, sənədləşdirmə işlərini apara bilmir. Bu isə onun hüququnun pozulmasına gətirib çıxarır. *928-ci il təvəllüdlü anası Salamova (Xəlilbəyova) Sürəyya Balabəy qızının *7.06.*984-cü il tarixdə Bakı şəhərində vəfat etməsi barədə TƏBİB-in “X*5” publik hüquqi şəxsinə ünvanlanmış sorğuya 26.*0.2023-cü il tarixli, *8-*-*5/2- *556/2023 sayı məktubla cavab olaraq bildirilmişdir ki, anasının Bakı şəhəri, Xəzər rayonunda vəfat etməsi barədə heç bir məlumat yoxdur. Ölüm haqqında tibbi şəhadətnamələrin saxlama müddəti bir il, ambulator kartının saxlama müddəti beş ildir. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, atası X8 və anası X4 *9.09.*947-ci il tarixdə 74* nömrəli akt qeydi ilə nikaha daxil olmuşlar. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili X5 ərizəni müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, mərhum Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində vəfat etmiş və Şüvəlan qəsəbəsində dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Məmməd-zadə Ağa-Əli Arif oğlu bildirmişdir ki, Ərizəçi onun kürəkənidir. Salamova (Xəlilbəyova) Sürəyya Balabəy qızı *984-cü ilin iyun ayında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində öz evində vəfat etmişdir. Mərhum şəkər xəstəsi idi. Salamova (Xəlilbəyova) X3 dəfn olunmuşdur. O, mərhumun dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 bildirmişdir ki, Ərizəçi onun bacanağıdır. Salamova (Xəlilbəyova) Sürəyya Balabəy qızı *984-cü ildə, yay fəslində vəfat etmişdir. Mərhum şəkər xəstəsi idi. Mərhum Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində öz evində vəfat etmişdir. O, mərhumun dəfn mərasimində iştirak etməmişdir. O, mərhumun “üç” adlandırılan yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Məmməd-zadə Nailə Nazim qızı bildirmişdir ki, onun əri Ərizəçi qaynıdır. Mərhum Salamova (Xəlilbəyova) Sürəyya Balabəy qızı *984-cü ildə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində öz evində vəfat etmişdir. Mərhum şəkər xəstəsi idi. Mərhum Şüvəlanda dəfn olunmuşdur. O, mərhumun yas mərasimlərində iştirak etmişdir. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin 05 oktyabr 2023-cü il tarixli, 3-*6- 5/8-*5-2*0*/2023 nömrəli arayışından görünür ki, X8 və X* nikahı haqqında *9.09.*947-ci il tarixli, 74* №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Salamova soyadı verilmişdir. AZ-T seriyalı, 23520* nömrəli doğum haqqında şəhadətnamənin və AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.*953-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası X*3oviç, anası X2r. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X** “X*5” X** 26 oktyabr 2023-cü il tarixli, *8-*-*5/2-*556/2023 nömrəli məktubundan görünür ki, *928-ci il təvəllüdlü Salamova (Xəlilbəyova) Sürəyya Balabəy qızının *7.06.*984-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonunda vəfat etməsi barədə heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs 3-*6-5/8-*5-S- ****/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Salamova (Xəlilbəyova) Sürəyya Balabəy qızı ərizəçinin atası olmuşdur. Həmin şəxs *7.06.*984-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun qızı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum anası Salamova (Xəlilbəyova) Sürəyya Balabəy qızının *7.06.*984-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. *928-ci il təvəllüdlü Salamova (Xəlilbəyova) Sürəyya Balabəy qızının *7.06.*984-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar