Məhkəmə qərarları › İş №2(003)-4095/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4095/2025

17.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4095/2025 17.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Xəzər rayonu Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:

1. Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 09.*2.*96*-ci ildə Gürcütan SSR-nin Tetritskaro rayonunun Şixılo kəndində anadan olmuş həyat yoldaşı X3 0*.09.2025-ci il tarixində Bakı şəhərində vəfat etmə faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin həyat yoldaşı X709.*2.*96*-ci ildə Gürcütan SSR-nin Tetritskaro rayonunun Şixılo kəndində anadan olmuş, Respublika Təcili və X2 Mərkəzi “PHŞ”-nin ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən isə, o, Bakı şəhəri Xəzər rayonu Binə südçülük sovxozunda vəfat etmişdir. Maraqlı şəxs *0.09.2025-ci il tarixli məktubuna əsasən Ölüm şəhadətnaməsinin verilməsindən imtina edilərək Məhkəməyə müraciət olunması qeyd olunmuşdur. X* qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Hal-hazırda ərizəçi ölüm faktının təsdiq olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Proses iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və tələbini müdafiə edərək, onun təmin olunması xahiş etmişdir. O, izahatında əlavə olaraq, vəfat etmiş şəxs X3 onun əri olduğunu, vəfat etdiyi gün təcili yardım çağrıldığını, lakin təcili yardım avtomobilinin əri vəfat etdikdən sonra yaşadıqları ünvana çatdığını, X3 0*.09.2025-ci il tarixdə axşam saatlarında yaşadığı ünvanda vəfat etdiyini və daha sonra onun Binə qəsəbəsi ərazisində yerləşən qəbirstanlıqda dəfn edildiyini, lakin ölüm səbəbi məlum olmadığından tibbi sənəd verilmədiyini və ona görə ərinin ölümü barədə şəhadətnamə də ala bilmədiyini, halbuki bütün sənədləşmə işlərinin aparılması üçün şəhadətnaməyə ehtiyacının olduğunu, ona görə məhkəməyə müraciət etdiyini qeyd etmişdir.

4. Məhkəmədə şahid qismində dindirilmiş X4 izahatında X3 onun qardaşı olduğunu, qardaşının 09.*2.*96*-ci il tarixində doğulduğunu, onun 0*.09.2025-ci il tarixində axşam saatlarında yaşaıdığı evdə vəfat etdiyini, vəfat etdiyi gün təcili tibbi yardım maşınının gec gəldiyini, yalnız onun vəfatında sonra yaşadığı ünvana gəldiyini, X3 Binə qəsəbəsi ərazisində yerləşən qəbirstanlıqda dəfn olduğunu bildirmişdir.

5. Məhkəmədə şahid qismində dindirilmiş X5 izahatında mərhumun onun qaynatası olduğunu, onun 0*.09.2025-ci il tarixində axşam saatlarında infakt səbəbilə yaşadığı evdə vəfat etdiyini, vəfat etdiyi gün təcili tibbi yardım maşınının mərhumun vəfatında sonra onun yaşadığı ünvana gəldiyini, mərhumun Binə qəsəbəsi ərazisində yerləşən qəbirstanlıqda dəfn olduğunu qeyd etmişdir.

6. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Mülki işin materialları:

İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

7. İİİ-ТИ seriyalı, 490957 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 09.*2.*96*-ci il təvəllüdlü (doğulduğu yer Gürcüstan SSR Tetritskaro rayonu Şaxilo kəndi) X7 ilə X6 *9.03.*988-ci il tarixində rəsmi nikaha daxil olmuş və ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir.

8. Respublika Təcili və X2 Mərkəzi PHŞ-nin “Ölüm haqqında xəbərdarlıq vərəqsi”ndən görünür ki, çağırışın tarixi 0*.09.2025-ci il, xəstənin yanına gəlmə vaxtı 23:*0, ünvan Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, xəstənin S.A.A. X7, yaşı 64, Həkimə qədər ölüm, kişi cinsli meyid.

9. “Bakı Baş Səhiyyə Mərkəzi” X*2 4 nömrəli şəhər Polikilinikasınln xx.xx.2025-ci il tarixli *8-*-*-99/2-433/2025 məktubundan görünür ki, 09.*2.*96*-ci il təvəllüdlü X7 0*.09.2025-ci il tarixində evində ölmüşdür. Ölümdən sonra Təcili Yardım həkimi tərəfindən həkimə qədər ölüm qeydiyyata alınmışdır. Ölüm səbəbi məlum olmadığından ona həkim tərəfindən TQS № *06 verilməsindən imtina edilmişdir.

10. Bakı şəhəri Binə bələdiyyəsinin *6.09.2025-ci il tarixli, *233 nömrəli arayışından görünür ki, X7 0* sentyabr 2025-ci il tarixində vəfat etmiş və mərhum Binə qəsəbə qəbirstanlığında dəfn olunmuşdur.

11. Bakı şəhəri Maraqlı şəxs *0.09.2025-ci il tarixli, 3-*6-5/8-*5-472/2025 saylı məktubundan görünür ki, X3 ölümü faktını təsdiq edən tibbi şəhadətnamə və ya ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından onun ölüm faktının dövlət qeydiyyatına alınmasının mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

12. 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə baxır.

13. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

14. 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli, *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” *2 aprel 20*9-cu il tarixli, 8 saylı Qərarının

16. *.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.

17. 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.

18. 9-cu bəndinə əsasən, MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

Məhkəmənin mövqeyi:

19. Məhkəmə iş materiallarını, ərizənin dəlillərini araşdırıb, ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.

20. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmiş iş üçün əhəmiyyətli hallar ondan ibarətdir ki, Ərizəçi əri 09 dekabr *96*-ci il təvəllüdlü X7 0* sentyabr 2025-ci il tarixdə Bakı şəhərində Binə qəsəbəsində yaşadığı evdə vəfat etmiş və Binə qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. (§ 7-*0) Lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından Maraqlı şəxs tərəfindən X3 ölümünün qeydiyyata alınması mümkün olmamış, ərizəçiyə ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. (§ **) Məhkəmə araşdırılması zamanı tədqiq edilən və sübut qismində qiymətləndirilən şahid ifadələri ilə də 09 dekabr *96*-ci il təvəllüdlü X3 0*.09.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi və Binə qəsəbə qəbirstanlığında dəfn olunması faktı öz təsdiqini tapmışdır. (§ 4-5) Beləliklə məhkəmə araşdırması nəticəsində sübuta yetirilmişdir ki, 09 dekabr *96*-ci il tarixində Gürcüstan SSR Tetritskaro rayonu Şaxilo kəndində doğulmuş X7 2* sentyabr 2025-ci il il tarixdə Bakı şəhərində vəfat etmişdir.

21. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 09.*2.*96*-ci il tarixində Gürcüstan SSR Tetritskaro rayonunda doğulmuş X3 0*.09.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220, 307-3**, 360-cı maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə

Qət etdi

Ərizə təmin edilsin. 09.*2.*96*-ci il tarixində Gürcüstan SSR Tetritskaro rayonunda doğulmuş X3 0*.09.2025-ci il tarixində Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar