Məhkəmə qərarları › İş №2(003)-415/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-415/2024

23.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-415/2024 23.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Ərizəçi *90*-ci ildə doğulmuş ulu nənəsi X2 *976-cı ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, o, xx.xx.*988-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası *3.03.*954-cü il təvəllüdlü X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. X* Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə ərizə verərək nənəsi X2 ölüm faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə proses gedə-gedə atası vəfat etmiş, ərizə baxılmamış qalmışdır. Mərhum, X3 *976-cı ildə xəstəliyi ilə bağlı 75 yaşında vəfat etmişdir. Ulu Nənəsi vəfat etdiyi zaman evdə baş qarışıq olduğundan və qanunları ailə üzvləri lazımı qədər bilmədiyindən evə həkim gələnə qədər ulu nənəsi artıq vəfat etmişdir. Nənəsi vəfat etdikdən sonra onu qohum və qonşuların iştirakı ilə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Hal-hazırda mərhum nənəsinin ölüm haqqında şəhadətnaməsi sənədləşmə ilə bağlı ona lazımdır. Bu barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin orada ona bu barədə məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərmişdir ki, o, ərizəçinin bibisidir. X3 onun nənəsi olmuşdur. Onlar evdə birlikdə yaşamışlar. Onun nənəsi *90*-ci ildə anadan olmuşdur. *976-cı ilin iyun ayında vəfat etmişdir. Nənəsi vəfat etdikdə onun *9 yaşı olmuşdur. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, o, ərizəzçinin qonşusudur. X3 ilə eyni həyətdə yaşamışlar. O, *976-cı ilin iyun ayında vəfat etmişdir. X3 vəfat edən zaman onun *7 yaşı olmuşdur. Mərhumun dəqiq yaşını bilmir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.*.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.*.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin 08.*2.2023-cü il tarixli 3-48-TA/2- 00804/2023 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində *889-*9*9-cu illərə dair Buzovna kəndi üzrə X2 doğum tarixinə aid heç bir məlumat aşkar edilməmişdir. *4 saylı Birləşmiş Şəhər Xəstəxanasının 2*.**.2023-cü il tarixli 558 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında yaşamış *976-cı ildə vəfat etmiş Abdullayeva Xırda xanım Ağadadaş qızının ölümü ilə bağlı onların müəssisəsinə müraciət edilməmiş və bu barədə ölüm şəhadətnaməsi verilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Maraqlı şəxs 03.*0.2023-cü il tarixli 3-*6-5/8-*5-A-*483/2023 №li məktubundan görünür ki, X2 ölümünün qeydiyyata alınması barədə 03.*0.2023-cü il tarixli ərizənizə cavab olaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən verilmiş 25.*0.2023-cü il tarixli 83 saylı arayışdan görünür ki, X3 *976-cı ildə Xəzər rayonu Buzovna qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan qəbirüstü abidənin fotoşəkilində aşağıdakı sözlər yazılmışdır: “X5 *90*-*976”. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla *90*-ci ildə doğulmuş X2 *976-cı ildə Bakı şəhərində ölməsi faktı müəyyən olunduğundan, ərizəçi bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. *90*-ci ildə anadan olmuş X2 *976-cı ildə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar