Məhkəmə qərarları › İş №2(003)-4196/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-4196/2022

06.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-4196/2022 06.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Xəzri Ramilə Həşim qızı, İddiaçı Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Cavabdeh qarşı zəbt olunmuş binanın boşaldılması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Müəyyənetdi: İddiaçı Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Cavabdeh qarşı zəbt olunmuş binanın boşaldılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən ünvan 1 ünvanında yerləşən Şüvəlan qəsəbə Mədəniyyət evinin cavabdeh tərəfindən zəbt olunmuş hissəsinin boşaldılması, cavabdeh və onun ailə üzvlərinin həmin binadan çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, həmin ərizə və sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin forması Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən ərizəni imzalamış şəxsin hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxs olması əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 150.1.3-cü maddəsinə əsasən, iddia ərizəsinə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) əlavə edilir. Həmin məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizədə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin hüquqi şəxs olmasına dair sənəd əlavə edilməmiş, eyni zamanda iddiaçı iddia ərizəsinə əlavə edilmiş “Şəhər, rayon, mədəniyyət mərkəzlərinin əsasnaməsi”nin özünün barəsində olmasına dair sübutu təqdim etməmişdir. Bununla da əlavə edilmiş sənədlərdən iddiaçının hüquqi şəxs olması halı təsdiq edilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən iddia ərizəsini imzalamış şəxsin buna səlahiyyətli olmasına dair sübut iş materiallarına əlavə olunmamışdır. Bundan başqa, iddiaçı idarənin rüsumdan azad olan təşkilat statusuna malik olmasına dair sübutu da əlavə etməmişdir. Sadalanan xüsusatlara əsasən hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: İddiaçı Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Cavabdeh qarşı zəbt olunmuş binanın boşaldılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar