Məhkəmə qərarları › İş №2(003)-4208/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4208/2024

28.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4208/2024 28.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs X4 iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair (maraqlı şəxs - Bakı şəhəri Maraqlı şəxs) ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, *932-ci il təvəllüdlü X2 0*.*0.*998-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, babası *932-ci il təvəllüdlü X5 0*.*0.*998-ci il tarixdə vəfat etmişdir. X* *9.*0.2000-ci ildə rəhmətə gedib. Babasının rəhmətə getməsi ilə hər hansı sənəd olmadığından, babasının adına olan torpaq sahəsində hər hansı hüquqların həyata keçirilməsinə manelər yaranır. Qeydiyyat şöbəsinə müraciət etmiş, ona məhkəməyə müraciət etməli olduğumu bildirdilər. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Proses iştirakçılarının izahatı Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxs X6 məhkəmə iclasında iddianı təmin olunmasına etiraz etmədi. Məhkəmədə şahid qismində X9 ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşı oğludur. X*3 atasıdır. Atası 0*.*0.*998-ci il tarixdə dəmir yolunda elektrik qatarı vurması nəticəsində ölmüşdür. Mərhum Binə qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmədə şahid qismində X*8 ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçinin babası Cankişi Babayev dəmir yolunda süd satırdı. *998-ci ildə dəmir yolunda qatar vurması nəticəsində ölmüşdür. Onu vəfat etdikdən sonra Binə qəsəbə qəbirstanlığında dəfn etmişdirlər. Mərhumun hüzr və yas mərasimlərində iştirak etmişdir. Ərizəyə etirazın dəlilləri Ərizəyə qarşı yazılı etiraz daxil olmamışdır. İş materiallarına əlavə olunmuş sənədlər -“Elektron” Məhkəmə İnformasiya Sistemindən və şəxsiyyət vəsiqələrinin surətindən surətindən görünür ki, Ərizəçi 09.0*.*988-ci il tarixdə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Xəzə rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda qeydiyyatdadır. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 09.0*.*988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası qrafasında X8, anası qrafasında X7 qeyd edilmişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 0*.06.*95*-ci il tarixdə anadan olmuş, atası qrafasında X5, anası qrafasında X*0 qeyd edilmişdir. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 *9.*0.2000-ci ildə vəfat etmişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarətmə Birliyi” X24 “X25” X22 0*.*0.2024-cü il tarixli, 366 saylı məktubundan görünür ki, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük savxozu ünvanında yaşamış *932-ci il təvəllüdlü X5 0*.*0.*998-ci il tarixdə ölüm faktı qeydə alınmışdır. Vəfat edən şəxsin qohumları 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına gec müraciət etdiyi üçün TQS№*06 verilməsindən imtina edilmişdir. - Maraqlı şəxs Ərizəçi ünvanlanmış 0*.*0.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*,*0.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə, əsasən, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində sizin ərizənizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. -Lerik rayon İcra Hakimiyyəti Lerik rayon Dövlət Arxivinin 2*.08.2024-cü il tarixli arxiv arayışının surətindən görünür ki, Hamarat kəndində Molotov adına kolxozun *950-ci ilin kolxoz torpağına dair Qaytanlanmış kitabın (Fond 53, iş *3) “Kolxozçu təsərrüfatlarının şəxşı istifadəsində olan kolxoz həyətyanı torpaqları" bölməsinin *6 səyir sırasında Hamarat kənd sakini X3 adında 0.20 ha həyətyanı torpaq sahəsinin, o cümlədən tikili altında 0.0* ha torpaq sahəsinin olması barədə qeydiyyat vardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 2*8.*. qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 3*0.*. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 3**. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə *93. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə *94.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası Bənd 8.5. ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bənd 8.2. ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmənin mövqeyi Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə müəyyən edilmişdir ki, Ərizəçi X* 0*.06.*95*-ci il tarixdə anadan olmuş, atası qrafasında X5, anası qrafasında X*0 qeyd edilmişdir. X8 isə *9.*0.2000-ci ildə vəfat etmişdir. Lerik rayon İcra Hakimiyyəti Lerik rayon Dövlət Arxivinin 2*.08.2024-cü il tarixli arxiv arayışına əsasən isə, Hamarat kəndində Molotov adına kolxozun *950-ci ilin kolxoz torpağına dair Qaytanlanmış kitabın (Fond 53, iş *3) “Kolxozçu təsərrüfatlarının şəxşı istifadəsində olan kolxoz həyətyanı torpaqları" bölməsinin *6 səyir sırasında Hamarat kənd sakini X3 adında 0.20 ha həyətyanı torpaq sahəsinin, o cümlədən tikili altında 0.0* ha torpaq sahəsinin olması barədə qeydiyyat vardır. Göründüyü kimi, ərizəçi babasından miras qalmış, miras əmlaka hüquqmüəyyənedici sənəd əldə etmək istəyir. Lakin babasının ölümü müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi mərhumun babası olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi qaynatasının ölüm faktının müəyyən edilməsindən asılıdır. Hazırda baxılan mülki iş üzrə hüquq haqqında mübahisənin olmaması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum babası X2 0*.*0.*998-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. *932-ci il təvəllüdlü X2 0*.*0.*998-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar