Məhkəmə qərarları › İş №2(003)-4254/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4254/2025

08.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4254/2025 08.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzi maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:

1. Ərizəçi Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, *5.*0.*964-cü il təvəllüdlü X* **.09.2025-ci il tarixində ünvan 1 ünvanında ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Ərizəçi xx.xx.*997-ci ildə Bakı şəhərində anadan olmuşdur. ** sentyabr 2025-ci il tarixdə 23:30 radələrində X* vəziyyətinin kəskinləşməsi səbəbilə təcili yardım çağırılmış, təcili yardım təqribən saat 00:25 dəqiqədə gəlib X* artıq öldüyünü bildirmişdir. Bu barədə təcili yardım tərəfindən bir ədəd ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Təcili və X7 Stansiyası tərəfindən **.09.2025-ci il tarixdə verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, ** sentyabr 2025-ci il tarixdə saat 00:25 dəqiqədə təcili yardım gəlmiş, həkimə qədər kişi cinsinə mənsub meyid olduğu qeyd aparılmışdır. Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün 2* nömrəli Şəhər Poliklinikasına müraciət edilmiş, həmin poliklinika tərəfindən iddiaçıya *7.09.2025-ci il tarixində imtina məktubu verilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, *5.*0.*964-ci təvəllüdlü X4 xəstəliyi ilə əlaqədar poliklinikaya heç bir müraciəti olmadığından ölüm haqqında tibbi şəhadətnamə vermək mümkün olmamışdır. İddiaçı mövcud sənədlərlə ölüm haqqında şəhadətnamənin verilməsi üçün 4 saylı Bakı Asan Xidmət X6 müraciət etsə də, 02.*0.2025-ci il tarixli № 3- *6-5/8-*5-827/25 saylı cavab məktubunda bildirilmişdir ki, ölümü təsdiq edən sənəd (tibbi şəhadətnamə) olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir.

Proses iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və tələbini müdafiə edərək, onun təmin olunması xahiş etmişdir. O, izahatında əlavə olaraq, vəfat etmiş şəxs X* onun atası olduğunu, vəfat etdiyi gün təcili yardım çağrıldığını, lakin təcili yardım avtomobilinin atası vəfat etdikdən sonra yaşadıqları ünvana çatdığını, X4 **.09.2025-ci il tarixdə yaşadığı ünvanda vəfat etdiyini və daha sonra onun Maştağa qəsəbəsi Seyidlər Məhləsi qəbirstanlığında dəfn edildiyini, lakin ölüm səbəbi məlum olmadığından tibbi sənəd verilmədiyini və ona görə ərinin ölümü barədə şəhadətnamə də ala bilmədiyini, halbuki bütün sənədləşmə işlərinin aparılması üçün şəhadətnaməyə ehtiyacının olduğunu, ona görə məhkəməyə müraciət etdiyini qeyd etmişdir.

4. Məhkəmədə şahid qismində dindirilmiş X9 izahatında X* onun qonşusu olduğunu, mərhumun 2025-ci ilin sentyabr ayında yaşadığı evdə vəfat etdiyini, vəfat etdiyi gün təcili tibbi yardım maşınının gec gəldiyini, yalnız onun vəfatında sonra yaşadığı ünvana gəldiyini, X* Maştağa qəsəbəsi Seyidlər Məhləsi qəbirstanlığında dəfn olunduğunu bildirmişdir.

5. Məhkəmədə şahid qismində dindirilmiş X8 izahatında mərhumun yaşadığı evdə 2025-ci ilin sentyabr ayında vəfat etdiyini, təcili tibbi yardım çağırıldığını, lakin təcili yardımın gec gəldiyini, X* Maştağa qəsəbəsindəki qəbirstanlıqda dəfn olunduğunu bildirmişdir.

6. İş üzrə maraqlı şəxs 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Mülki işin materialları:

İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

7. XX-ЖГ seriyalı 402278 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.*997-ci il tarixdə anadan olmuş, atası X2r.

8. Respublika Təcili və X7 Mərkəzi PHŞ-nin “Ölüm haqqında xəbərdarlıq vərəqsi”ndən görünür ki, çağırışın tarixi **.09.2025-ci il, xəstənin yanına gəlmə vaxtı 00:25, ünvan Maştağa qəsəbəsi, Nizami küçəsi, döngə 5, ev 9, xəstənin S.A.A. X4, yaşı 6*, Həkimə qədər ölüm, kişi cinsli meyid.

9. “Bakı Baş Səhiyyə Mərkəzi” X*2 2* nömrəli şəhər Polikilinikasınln *7.09.2025-ci il tarixli *8-*-*-58/2-Ə-247-42-226/2025 məktubundan görünür ki, *964-cü il təvəllüdlü X* xəstəliyi ilə bağlı poliklinikaya müraciəti olmadığı üçün “Ölüm haqqında tibbi şəhadətnamə” yazılmasının səlahiyyət xaricində olması qeyd olunmuşdur.

10. Maştağa “X*3” Məscidinin *809.2025-ci il tarixli, Q/AN:*8 nömrəli arayışından görünür ki, X3 məxsus məzar Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Seyidlər Məhləsi qəbirstanlığında yerləşir.

11. 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsinin 02.*0.2025-ci il tarixli, 3- *6-5/8-*5-827/2025 saylı məktubundan görünür ki, X* ölümü faktını təsdiq edən tibbi şəhadətnamə və ya ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından onun ölüm faktının dövlət qeydiyyatına alınmasının mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

12. 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə baxır.

13. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

14. 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli, *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə qaydasında müəyyən edilir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” *2 aprel 20*9-cu il tarixli, 8 saylı Qərarının

17. *.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.

18. *.6-cı bəndinə əsasən, məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 3*0.*-ci maddəsi).

19. 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.

20. 9-cu bəndinə əsasən, MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

21. 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.

Məhkəmənin mövqeyi:

22. Məhkəmə iş materiallarını, ərizənin dəlillərini araşdırıb, ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.

23. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmiş iş üçün əhəmiyyətli hallar ondan ibarətdir ki, Ərizəçi atası *5 oktyabr *964-cü il təvəllüdlü X4 ** sentyabr 2025-ci il tarixdə Bakı şəhərində Maştağa qəsəbəsində yaşadığı evdə vəfat etmiş və Maştağa qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən X* ölümünün qeydiyyata alınması mümkün olmamış, ərizəçiyə ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə araşdırılması zamanı tədqiq edilən və sübut qismində qiymətləndirilən şahid ifadələri ilə də *5 oktyabr *964-cü il təvəllüdlü X* **.09.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi və Maştağa qəsəbəsi Seyidlər Məhləsi qəbirstanlığında dəfn olunması faktı öz təsdiqini tapmışdır. Beləliklə məhkəmə araşdırması nəticəsində sübuta yetirilmişdir ki, *5 oktyabr *964-cü il tarixində Bakı şəhərində doğulmuş X4 ** sentyabr 2025-ci il il tarixdə Bakı şəhərində vəfat etmişdir.

24. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin - *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 2*7.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

25. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, *5.*0.*964-cü il tarixində Bakı şəhərində doğulmuş X* **.09.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220, 307-3**, 360-cı maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə

Qət etdi

Ərizə təmin edilsin. *5.*0.*964-cü il tarixində Bakı şəhərində doğulmuş X* **.09.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar