Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4260/2025 08.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Xəzər rayonu Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 28 avqust *978-ci ildə Ağdam rayonunda anadan olmuş həyat yoldaşı (əri) X3 *8 mart 2025-ci il tarixində Bakı şəhərində vəfat etmə faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi həyat yoldaşı X5 28.08.*978-ci ildə Ağdam rayonu Qaradağlı kəndində anadan olmuşdur. “Bakı şəhəri Təcili və X2 Stansiyası”PHŞ Sahə həkiminin xəbərdarlıq vərəqəsindən görünür ki, ərizəçinin mərhum həyat yoldaşı *8 mart 2025-ci il tarixdə evdə qəfləti ölüm keçirmişdir. Bundan sonra Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini X4 Hüquqi Şəxs” Bakı baş Səhiyyə Mərkəzi” X*2 45 nömrəli Şəhər Poliklinikasına müraciət edilən zaman ərizəçiyə cavab olaraq, mərhum 28.08.*978-ci il təvəllüdlü X3 *8.03.2025-ci il tarixində evdə ölməsi, ölümə səbəb olan hər hansı diaqnozu təsdiq etmək mümkün olmadığından, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilərək məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Hal-Hazırda ərizəçinin mərhum həyat yoldaşının ölüm faktının müəyyən olunması, dəfn xərclərinin alınması, məişət problemlərinin həll olunması, vərəsəlik məsələlərinin qaydaya salınması üçün vacibdir.
Proses iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və tələbini müdafiə edərək, onun təmin olunması xahiş etmişdir. O, izahatında əlavə olaraq, vəfat etmiş şəxs X3 onun əri olduğunu, mərhumun uzun müddət ürək xəstəliyinin olduğunu və onun Bakı şəhəri Şüvəlan qəsəbəsində yaşadıqları evdə vəfat etdiyini, vəfat etdiyi gün təcili yardım çağrıldığını, lakin təcili yardım avtomobilinin əri vəfat etdikdən sonra yaşadıqları ünvana çatdığını, mərhumun Ağdam rayonu ərazisində yerləşən qəbirstanlıqda dəfn edildiyini qeyd etmişdir.
4. Məhkəmədə şahid qismində dindirilmiş X* izahatında mərhumun X3 onun dayısı oğlu olduğunu, onun *8 mart 2025-ci il tarixdə yaşadığı ünvanda vəfat etdiyini, onun əvvəldən ürəyi ilə bağlı problemlərinin olmasını bildiyini, onun vəfat etməsini təxminən səhər saatlarında bildiklərini, mərhumun Ağdam rayonunda yerləşən qəbirstanlıqda dəfn edildiyini bildirmişdir.
5. Məhkəmədə şahid qismində dindirilmiş X6 izahatında mərhumun onun qardaşı olduğunu, onun *8 mart 2025-ci il tarixdə yaşadığı ünvanda vəfat etdiyini, qardaşının vəfatı ilə bağlı məlumatı səhər saat 7-də öyrəndiyini, onun vəfatından sonra təcili tibbi yardımın və polisin gəldiyini, mərhumun dəfn edilməsi üçün Ağdam rayonuna özünün apardığını qeyd etmişdir.
6. Məhkəmədə şahid qismində dindirilmiş X7 izahatında mərhumun onun əmisi olduğunu, əmisinin *8 mart 2025-ci il tarixdə Bakıda vəfat etdiyini, təcili tibbi yardımın onun vəfatindan sonra gəldiyini, mərhumun Ağdam rayonunda yerləşən qəbirstanlqıda dəfn edildiyini qeyd etmişdir.
7. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Mülki işin materialları:
İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
8. Vİ-ЖГ seriyalı 2502*3 saylı doğum haqında şəhadətnamənin surətindən görünür ki, X5 28 avqust *978-ci il tarixdə anadan olmuşdur.
1. AZ-İİ seriyalı 375632 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X5 ilə Şiralıyeva sevinc Asif qızı 04 mart 2005-ci il tarixdə Ağdam rayonu Qaradağlı Ərazi Nümayəndəliyində *4 nömrəli akt qeydi ilə nikah bağlanmış və nikahdan sonra ərə Kərəmov, arvada Kərəmova soyadı verilmişdir.
9. Respublika Təcili və X2 Mərkəzi PHŞ-nin “Ölüm haqqında xəbərdarlıq vərəqsi”ndən görünür ki, çağırışın tarixi *8.03.2025-ci il, xəstənin yanına gəlmə vaxtı 07:57, ünvan Xəzər rayonu, Şüvəlan qəsəbəsi,Şinçi düşərgəsi xəstənin S.A.A. X5, yaşı 46, qəfləti ölüm, kişi cinsli meyid.
10. “Bakı Baş Səhiyyə Mərkəzi” X*2 45 nömrəli şəhər Polikilinikasınln xx.xx.2025-ci il tarixli *8-*-*-*00/2-24*/2025 məktubundan görünür ki, 28.08.*978-ci il təvəllüdlü X5 *8.03.2025-ci il tarixində evində ölmüşdür. Ölümdən sonra Təcili Yardım həkimi tərəfindən həkimə qədər ölüm qeydiyyata alınmışdır. Ölüm səbəbi məlum olmadığından ona həkim tərəfindən №AZS- *06 verilməsindən imtina edilmişdir.
11. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-*6-5/8-*5-873/2025 saylı məktubundan görünür ki, X3 ölümü faktını təsdiq edən tibbi şəhadətnamə və ya ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından onun ölüm faktının dövlət qeydiyyatına alınmasının mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.
12. Qəbirüstü abidənin fotoşəklindən görünür ki, X5 *8.03.2025-ci il tarixində vəfat etmişdir.
13. 3*.05.2025-ci il tarixli 93/05 nömrəli arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Şinçi” düşərgəsində müvəqqəti məskunlaşmışdır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
14. 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə baxır.
15. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
16. 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli, *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” *2 aprel 20*9-cu il tarixli, 8 saylı Qərarının:
18. *.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.
19. *.6-cı bəndinə əsasən, məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 3*0.*-ci maddəsi).
20. 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
21. 9-cu bəndinə əsasən, MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
22. 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Məhkəmənin mövqeyi:
23. Məhkəmə iş materiallarını, ərizənin dəlillərini araşdırıb, ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.
24. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmiş iş üçün əhəmiyyətli hallar ondan ibarətdir ki, Ərizəçi əri 28 avqust *978-cı il təvəllüdlü X5 *8 mart 2025-ci il tarixdə Bakı şəhərində Şüvəlan qəsəbəsində yaşadığı evdə vəfat etmiş və Ağdam rayon qəbirstanlığında dəfn olunmuşdur. Lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından Maraqlı şəxs tərəfindən X3 ölümünün qeydiyyata alınması mümkün olmamış, ərizəçiyə ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə araşdırılması zamanı tədqiq edilən və sübut qismində qiymətləndirilən şahid ifadələri ilə də 28 avqust *978-ci il təvəllüdlü X3 *8.03.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi və Ağdam Rayon qəbirstanlığında dəfn olunması faktı öz təsdiqini tapmışdır.
25. Beləliklə məhkəmə araşdırması nəticəsində sübuta yetirilmişdir ki, 28 avqust *978ci il tarixində Ağdam rayonu, Qaradağlı kəndində doğulmuş X5 *8 mart 2025-ci il il tarixdə Bakı şəhərində vəfat etmişdir.
26. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin - *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 2*7.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 28.08.*978-ci il tarixində Ağdam rayonunda doğulmuş X3 *8.03.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220, 307-3**, 360-cı maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə
Qət etdi
Ərizə təmin edilsin. 28.08.*978-ci il tarixində Ağdam rayonunda doğulmuş X3 *8.03.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov