Məhkəmə qərarları › İş №2(003)-4272/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4272/2023

23.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4272/2023 23.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmş xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi və icrası üçün qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə ailə qurmuş, lakin nikahı dövlət orqanlarında rəsmi olaraq qeyd etdirilməyib. Birgə yaşayışdan doğulmuş xx.xx.2000-ci il tarixli Fatimə adlı uşağa atalığın müəyyən edilməsi barədə qeydiyyat şöbəsi tərəfindən 18 avqust 2021-ci il tarixdə AZ-Ne 414296 saylı qeydiyyat şəhadətnaməsi verilmişdir. Birgə təsərrüfat aparmadıqlarında uşağın saxlanılması üçün mediatora müraciət etmiş, mediasiya prosesi nəticəsində alimentə dair barışıq sazişi imzalamışlar. Maraqlı şəxs uşağın saxlanması üçün cüzi vəsait ödəsə də sonradan bağladıqları müqavilədə razılaşdıqları alimenti ödəməkdən imtina etmişdir. Bağladıqları barışıq sazişinin təsdiq olunması və icrasına zərurət yaranmışdır. 2020-ci il 05 aprel tarixdə doğulmuş X1 üçün bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiqi və icrası üçün qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizə tələbinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçi izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan 5 saylı Bakı ASAN xidmət mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriylı 414296 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs 05 aprel 2020-ci il təvəllüdlü X2 atasıdır. İş materiallarında olan 5 saylı Bakı ASAN xidmət mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 637614 saylı doğum haqqında şəhadətnamədən görünür ki, 05 aprel 2020-ci il təvəllüdlü X2 atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 192/19 saylı arayışdan görünür ki, Laçın rayonundan məcburi köçkün düşmüş Ərizəçi Xəzər rayonu Buzovna qəsəbəsi südçülük sovxozunda müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan 21 dekabr 2022-ci il tarixli barışıq sazişindən görünür ki,

1. tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 200 (iki yüz) manat sabit pul məbləğində aliment Ərizəçi xeyrinə ödənilməlidir. Aliment 30 dekabr 2022-ci il tarixdən hesablanmalı, aliment məbləği Ərizəçi müvafiq bank hesabına ödənilməlidir.

2. Tərəflər razılaşırlar ki, Maraqlı şəxs xx.xx.2021-ci il təvəllüdlü X3 ilə ayda 4 dəfə (həftənin günü tərəflər arasında razılaşdırılacaq) hər görüş 5 (beş) saat olmaqla uşaqla ünsiyyət hüququ təmin edilmişdir. (Görüş üçün ərazi və yer məhdudiyyəti müəyyən olunmamışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində 21 dekabr 2022-ci il tarixdə barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında Maraqlı şəxs tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment Ərizəçi xeyrinə ödənilməlidir. Aliment 30 dekabr 2022-ci il tarixdən hesablanmalı, aliment məbləği Ərizəçi müvafiq bank hesabına ödənilməsi barədə razılıq əldə edilmişdir. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi 21 dekabr 2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi, hər ayın 30-da Maraqlı şəxs onun xeyrinə xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul olunmasını xahiş edir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26 maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3 maddəsinə müvafiq olaraq, Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından müəyyən edilir ki, sözügedən 21 dekabr 2022-ci il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış 21 dekabr 2022-ci il tarixli barışıq sazişi təsdiq edilməli, Maraqlı şəxs 30 dekabr 2022-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış 21 dekabr 2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs 30 dekabr 2022-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar