Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-4279/2024 07.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın təstiq edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın təstiq edilməsi tələbinə dair ərizə ilə müraciət edərək, yoldaşı 04.09.*957-ci il təvəllüdlü XXX Adil Ruhulla oğlunun 3xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının təstiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iş üzrə Ərizəçi rəsmi qeydə alındığı yer Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Montin küçəsi döngə 4, ev * ünvanıdır. Məhkəmə iclasında Ərizəçi mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Beləliklə hesab edir ki, hazırkı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsi barədə məlumatdan görünür ki, Ərizəçi Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Montin küçəsi döngə 4, ev * ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-in 37-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Həmin Məcəllənin 40.*-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə ərizəçinin rəsmi qeydə alındığı yer Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati ərazisinə aid olduğundan, hazırki mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35, 44, 45, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın təstiq edilməsi tələbinə dair iddiası üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan *0 gün ərzində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-4279/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-4279/2024
07.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver