Məhkəmə qərarları › İş №2(003)-4300/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4300/2025

30.10.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4300/2025 30.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:

1. Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilməsini, Bakı şəhəri 11 saylı Mediasiya Təşkilatında xx.xx.2025-ci il tarixdə bağlanmış Maraqlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək, hər ayın 10-na qədər hər birinə 300 (üç yüz) manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində alimentin Ərizəçi qızma ödənilməsi barədə barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 11 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, Maraqlı şəxs xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək, hər ayın 10-na qədər hər birinə 300 (üç yüz) manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürmüşdür. Barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalı olsa da, qarşı tərəf xx.xx.2025-ci il tarixdən bugünədək barışıq sazişini icra etməmişdir. Ona görə də ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, barışıq sazişinin aşağıda qeyd olunan bəndlərinin təsdiq olunmasını xahiş etmişdir : 2) İkinci Tərəf övladları xx.xx.2012-ci il doğum tarixli X2 və xx.xx.2014-cü il doğum tarixli X1 Birinci Tərəfin himayəsində qalmasına etiraz etmir; 3)X9 Tərəfə xx.xx.2025-ci il tarixdən başlayaraq yuxarıda qeyd edilən övladı(ları) yetkinlik yaşına çatanadək, hər ayın 10-na qədər, hər birinə 300 (üç yüz) manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aiiment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır; 4) Sazişin imzalanması sadəcə bu sazişl əhatə olunan məsələlərə aiddir və tərəflər arasında digər irad və tələblərə aid edilmir. Məhkəmə iclasında protokol qaydasında qəbul edilən qərarla ərizə icraata qəbul edilmişdir. Proses iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmə iclasında vermiş olduğu izahatında tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etdiyini, həmin ərizədə qeyd olunan ələbinin məhkəmə tərəfindən təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdiyini bildirmişdir.O, həmçinin izahatında qarşı tərəflə birgə nikahından olan uşaqlarının hazırda onun himayəsində olduğunu, qarşı tərəfin barışıq sazişini könüllü şəkildə icrasından yayındığını, aliment ödəmədiyini qeyd etmişdir.

5. İş üzrə Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Mülki işin materialları:

6. Bakı 11 saylı Mediasiya Təşkilatının mediatoru X3 tərəfindən təsdiq olunmuş xx.xx.2025-ci il tarixli, MŞB/11/2025-00276 nömrəli Barışıq Sazişinə əsasən: 1)Tərəflər (Birinci tərəf-Ərizəçi, İkinci tərəf Maraqlı şəxs olmaqla) Saziş imzalandıqdan sonra aralarında olan AR Şəmkir rayon Talış kəndi İ.Ə.D.Ü.N Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə, Nigahın bağlanması haqqında akt qeydləri kitabında 03 nömrə ilə qeydə alınmış nigahın pozulmasına və bunun məhkəmə qaydasında həllinə razılaşdılar; 2) İkinci Tərəf övladları xx.xx.2012-ci il doğum tarixli X2 və xx.xx.2014-cü il doğum tarixli X1 Birinci Tərəfin himayəsində qalmasına etiraz etmir; 3)X9 Tərəfə xx.xx.2025-ci il tarixdən başlayaraq yuxarıda qeyd edilən övladı(ları) yetkinlik yaşına çatanadək, hər ayın 10-na qədər, hər birinə 300 (üç yüz) manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aiiment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır; 4) X10 Tərəfə yuxarıda qeyd edilən övladları ilə günün istənilən vaxtlarında, heç bir maneəyaratmadan ünsiyyət qurmağına (uşağı götürməyinə, yanında saxlamağına) şərait yaradacaq.

7. Xzəzər RİH Başçısının Şağan qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə xx.xx.2025-ci il tarixli 365 nömrəli yaşayış yeri haqqında arayışa əsasən, Ərizəçi ünvan 1 ünvanında yaşayır.

Tətbiq edilən hüquq:

“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun

8. 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

9. 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

10. 305.1.17-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır.

11. 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

12. 355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer üzrə məhkəməyə verilir.

13. 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355- 26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.

14. 355-26-cı maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir.

15. 355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

Məhkəmənin mövqeyi:

16. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir.

17. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixli, MŞB/11/2025-00276 nömrəli barışıq sazişiq bağlanmışdır. Tərəflər arasında bağlanmış barışıq sazişi onlar arasında mövcud olan nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2012-ci il doğum tarixli X2 və xx.xx.2014-cü il doğum tarixli X1 analarının himsayəsində saxlanması, onların yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs tərəfindən Ərizəçi xeyrinə cəmi 600 manat məbləğində aliment ödənilməsi və birgə nikahdan olan övladların ataları ilə görüşmələrinə şərait yaradılması mövzuları ilə əlaqədardır. Lakin mülki iş üzrə Maraqlı şəxs ərizəçi ilə birlikdə bağlamış olduğu barışıq sazişi üzrə öhdəliklərini könüllü qaydada yerinə yetirməmişdir.

18. Məhkəmə hesab edir ki, sözügedən xx.xx.2025-ci il tarixli, MŞB/11/2025-00276 nömrəli nömrəli barışıq sazişinin müvafiq olaraq birgə nikahdan olan uşaqların ananın himayəsində qalması və aliment ödənilməsi bəndləri təsdiq edilməlidir. Çünki həmin barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Habelə cavabdeh barışıq sazişi üzrə müəyyən edilmiş alimenti könüllü şəkildə yerinə yetirməkdən yayınmışdır. Qeyd olunan səbəblərə əsasən, Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

19. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin - 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılaraq mediator X3 tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, MŞB/11/2025-00276 nömrəli barışıq sazişinin könüllü olaraq icra edilməyən bəndləri təsdiq edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi

Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış xx.xx.2025-ci il tarixli, MŞB/11/2025-00276 nömrəli Barışıq Sazişinin aşağıdakı bəndləri təsdiq edilsin: 2) İkinci Tərəf övladları xx.xx.2012-ci il doğum tarixli X2 və xx.xx.2014-cü il doğum tarixli X1 Birinci Tərəfin himayəsində qalmasına etiraz etmir; 3) X9 Tərəfə xx.xx.2025-ci il tarixdən başlayaraq yuxarıda qeyd edilən övladı(ları) yetkinlik yaşına çatanadək, hər ayın 10-na qədər, hər birinə 300 (üç yüz) manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aiiment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə)) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar