Məhkəmə qərarları › İş №2(003)-444/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-444/2022

12.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-444/2022 12.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Bakı şəhəri Maraqlı şəxsnə qarşı məhkəməyə ərizə ilə müraciət edərək 0*.07.*956-cı il təvəllüdlü əri X5 **.05.2007-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, əri X7 **.05.2007-ci il tarixdə vəfat etmiş və Tovuz rayonunda dəfn edilmişdir. Bu barədə Tovuz: RİH-nin Tovuz şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən müvafiq arayış verilmiş və akt tərtib olunmuşdur. Həmçinin mərhuma aid qəbirüstü abidənin fotoşəkilləri ərizəyə əlavə olunmuşdur. Mərhum Həyat yoldaşı X5 ölümü haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə tərəfimdən müraciət edilmiş, lakin mərhumun ölüm haqqında tibbi şəhadətnaməsi olmadığından müraciəti təmin edilməmişdir. Bu barədə qeydiyyat şöbəsinin 30 noyabr 202*-ci il tarixli arayışı ərizəsinə əlavə edilmişdir. Qeyd edir ki, ərinin ölüm haqqında şəhadətnaməsinin alınmasından ötrü onun ölüm faktı müəyyən edilməlidir. Həmin sənədi başqa cür ala bilmir. Hazırki halda ərizəçi əri X5 ** may 2007-ci il tarixdə Bakı şəhərində ölməsi faktını təsdiq edən mümkün və kifayət edən sübutlar təqdim etmişdir. Ona görə də onun ** may 2007-ci il tarixdə Bakı şəhərində ölməsi faktını müəyyən edilməsi barədə ərizənin təmin olunmasını xahiş edir. Ərizəçi məhkəmə iclasında ərizəsi üzrə izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X*0 izahatında bildirdi ki, o, ərizəçinin qudasıdır. X2 qızının qayınatasıdır və 2007-ci il tarixdə rəhmətə gedib. O, mərhumun yas mərasimində iştirak etmişdir, mərhumun Tovuz rayonunda dəfn edildiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən X*3 izahatında bildirdi ki, o, ərizəçinin qonşusudur. Ərizəçi ilə yaxın qonşudurlar, Musayev Ramiz ilə münasibətləri yaxşı olub. X7 2007-ci ildə rəhmətə getdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilən X*4 izahatında bildirdi ki, o, ərizəçinin qonşusudur. Yaxın münasibətləri, evlərinə gediş-gəlişi var. X* xəstə olduğunu və daha sonra rəhmətə getdiyini bildirdi. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan nikah bağlanması haqqında arayışın surətindən görünür ki, X7 ilə X6 06.*2.*980-ci ildə rəsmi nikaha daxil olmuşlar, ərə Musayev, arvada Musayeva soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanlanmış 05/*5-*346 saylı 30.**.202*-ci il tarixli məktubundan görünür ki, ərizəçinin əri X5 ölümünün qeydiyyatı ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “X4 dövlət qeydiyyatı Qaydasının 8.5 bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin ölüm haqqında həkim arayışı ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim arayışı olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Ərizəçi Bakı şəhəri Xəzər rayonu Sahil DAY., PÇ-4 Ailəvi Yataqxana ünvanında qeydiyyatsız yaşamışdır. İş materiallarında olan Tovuz RİH-nin Tovuz şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X7 **.05.2007-ci il tarixdə vəfat etmiş və Tovuz rayonunda dəfn edilmişdir. İş materiallarında olan 25.**.202*-ci il tarixli aktdan görünür ki, Tovuz rayon İHB-nin Tovuz şəhər nümayəndəliyinin əməkdaşı X*8, X8 (Şəxsiyyət vəsiqəsi AZE 08922255, Tovuz rayonu Abulbəyli kəndi), X** (Şəxsiyyət vəsiqəsi AA 254*229, X27 küçəsi), X*5 (Şəxsiyyət vəsiqəsi AZE *4264645, Tovuz şəhəri Arif Qasımov küçəsi) və X*9 (Şəxsiyyət vəsiqəsi AZE *834*904, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi PÇ-4 Ailəvi yataqxana) bu aktı tərtib edirlər ondan ötəri ki, həqiqətən X7 ** may 2007-ci il tarixdə vəfat etmiş və Tovuz şəhər “Tatlar” qəbristanlığında dəfn edilmişdir. Akta X* qəbrüstü abidəsinin fotoşəklini əlavə ediblər. Aktın doğruluğunu imzaları ilə təstiq edirlər. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X7 ərizəçinin əri olmuşdur. **.05.2007-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. X3 şəhər “Tatlar” qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun arvadı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum əri X5 **.05.2007-ci il tarixdə Bakı şəhərində ölməsi fakt müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi ərizəsi təmin olunsun. 0*.07.*956-cı il təvəllüdlü X5 **.05.2007-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhməiyyətli fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar