Məhkəmə qərarları › İş №2(003)-4604/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4604/2025

25.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4604/2025 25.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynova Mələk Bəxtiyar qızının sədrliyi, X3 iclas katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. *. Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən *2.08.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş mərhum oğlu X6 04.**.2025-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi, barəsində ölüm haqqında akt qeydinin tərtib edilməsi və bu barədə şəhadətnamə verilməsi məhkəmə qətnaməsi əsasında qeydə alına bilər,bu səbəbdən də qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar.

2. Ərizəçi ərizəni belə əsaslandırmışdır ki, övladı X*2 *2.08.2002-ci ildə Bakı şəhərində anadan olmuşdur. "Bakı şəhəri Təcili və X5 Stansiyası" PHŞ ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki mərhum oğlu 04.**.2025-ci il tarixdə vəfat etmişdir. Bundan sonra Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini X** Hüquqi Şəxs" Bakı baş Səhiyyə Mərkəzi" Publik Hüquqi şəxs 45 nömrəli Şəhər Poliklinikasına müraciət etdiyimiz zaman bizə cavab olaraq, mərhum *2.08.2002-ci il təvəllüdlü X6 04.**.2025-ci il tarixində evdə ölməsi, ölümə səbəb olan hər hansı diaqnozu təsdiq etmək mümkün olmadığından, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilərək məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Qeyd edirəm ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxsnə övladıma dair ölüm haqqında şəhadətnamə almaq üçün müraciət etdiyimdə *3.**.2025-ci il tarixli məktubla mənə cavab olaraq bildirildi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"-nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təstiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Bu səbəbdən də mən məhkəməyə müraciət etməli olmuşdur.

Tərəflərin izahatları.

5. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.

6. Maraqlı şəxs qətnamə qəbul edilməsinə etiraz etməmişdir. İş materialları.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Əzizbəyov rayon qeydiyyat şöbəsi tərəfindən 09.0*.2003-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*2 (atası Ərizəçi, anası X*) *2.08.2002-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 09.0*.2023-cü il tarixdə 57 nömrə ilə qeyd edilmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş *2 noyabr 2025-ci il tarixli cavab məktubunun surətindən görünür ki, X*2 04.**.2025-ci il tarixdə evdə ölmüşdür. Ölümdən sonra Təcili Yardım həkimi tərəfindən həkimə qədər ölüm qeydiyyata alınmış, ölümə səbəb olan hər hansı diaqnozu təsdiq etmək mümkün olmadığına görə poliklinika tərəfindən ölüm haqqında şəhadətnamənin AZS-*06 nömrənin verilməsinə imtina edilmişdir və ölüm faktının müəyyən edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edilməli olması bildirilmişdir. 9.Bakı şəhəri Xəzər rayonu Qala bələdiyyəsinin 394 nömrəli *2 noyabr 2025-ci il tarixli arayışından görünür ki, *2.08.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş mərhum X6 05.**.2025-ci il tarixdə Qala kənd məzarlığında dəfn edilməsi qeyd olunmuşdur. *0. Respublika Təcili və X7 Mərkəzinin *0/*73 nömrəli ölüm haaqında xəbərdarlıq vərəqəsindən görünür ki, 04 noyabr 2025-ci il tarixdə 23:40-da xəstənin yanına gəlmişlər, 23 yaşlı X6 həkimə qədər ölüm, kişi cinsli meyid qeydə alınmışdır. **. Bakı şəhəri 5 saylı Asan Xidmətinin qeydiyyat şöbəsi tərəfindən 25.08.20*8-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X*2 *2.08.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur.

Şahid ifadələri. *2. xx.xx.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, X8 tanıyır, qonşu olmuşdurlar. X*2 2002-ci ildə doğulub, 2025-ci ildə vəfat etmişdir, vəfat etdiyi zaman orda olmamışdır. O, mərhumun yas mərasimində iştirak etmişdir. Mərhumun dəri xərçəngi xəstəliyindən əziyyət çəkdiyini bildirmişdir. *3. xx.xx.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X*0 ifadəsində bildirmişdir ki, X8 tanıyır, qonşu olmuşdurlar. Mərhumun rəhmətə gedən zaman 23 yaşı var idi. vəfat etdiyi zaman orada olmamışdır. O, mərhumun yas mərasimində iştirak etmişdir.

İşin faktiki halları. *4. Ərizəçi *2.08.2002-ci il tarixdə X*2 doğulmuş, bu barədə müvafiq akt qeydi tərtib olunmuşdur.

Tətbiq edilən hüquq.

*5. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi.

Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə *93. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə *94. Ölüm haqqında məlumat vermə. *94.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.

*6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

*7. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.

Məhkəmənin mövqeyi. *8. Ərizəçinin xahişindən görünür ki, məhkəmədən oğlu X6 04.**.2025-ci il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni hazırkı ərizə şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. *9. İş materialları və şahid ifadələri əsasında ərizəçinin oğlu *2.08.2002-ci il təvəllüdlü X6 2025-ci ildə 23 yaşında vəfat etdiyi müəyyən edilmişdir. Həmçinin mərhumun atası olan ərizəçinin izahatından görünür ki, oğlunun ölümü məhz 04.**.2025-ci il tarixdə baş vermişdir. Lakin bu ölüm barədə məlumat dövlət qeydiyyatına alınmamışdır. Bu səbəbdən ərizəçi oğlunun ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir.

20. Belə olan halda məhkəmə hesab edir ki, X6 04.**.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut edilir.

Məhkəmənin gəldiyi nəticə. 2*. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, *2.08.2002-ci il təvəllüdlü X6 04.**.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. *2.08.2002-ci il təvəllüdlü X6 04.**.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Mələk Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar