Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-4608/2021 30.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazli Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan qeyri-yaşayış binasının boşaldılaraq ona qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətçisi olduğu Xəzər rayonu Qala qəsəbəsi Qala-Prallahı yolu 3-cü km 3 ünvanına yerləşdirilmiş digər şəxslərin çıxarılması qeyri-yaşayış binasının (tədarük anbar və platforma) boşaldılaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin məhkəmə müəyyən etdi ki, iddiaçı Cavabdeh cavabadehlər İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala Pirallahı yolu 40/2 ünvanında, yerləşən qeyri-yaşayış binasına ayrı ünvan ünvan 4tərilməklə İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 30.12.2015-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın verilməsi üçün əsas olmuş sənədlərin etibarsız hesab edilməsi və onun adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş vardır. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə vəsatət təqdim edərək, hər iki mülki işin bir icraatda birləşdirlməsi və bir icraatda baxılmasını xahiş etdi. Cavabdeh vəsatətin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə vəsatəti, tərəflərin münasibətini və mülki işlərin materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli və mülki işlər birləşdirilərək bir icraatda baxılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında iddiaçı Cavabdeh cavabadehlər İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala Pirallahı yolu 40/2 ünvanında, yerləşən qeyri-yaşayış binasına ayrı ünvan ünvan 4tərilməklə İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 30.12.2015-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın verilməsi üçün əsas olmuş sənədlərin etibarsız hesab edilməsi və onun adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsi iddia tələbi üzrə 2(003)-1574/2021 nömrəli mülki iş vardır. Mülki iş üzrə məhkəmə iclası 21.12.2021-ci il tarixə təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim, həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı mülkiyyətçisi olduğu Xəzər rayonu Qala qəsəbəsi Qala-Prallahı yolu 3-cü km 3 ünvanına yerləşdirilmiş digər şəxslərin çıxarılması qeyri-yaşayış binasının (tədarük anbar və platforma) boşaldılaraq ona qaytarılması tələbinə dair 2(003)-4608/2021 nömrəli mülki işlə, məhkəmənin icraatında olan iddiaçı Cavabdeh cavabadehlər İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala Pirallahı yolu 40/2 ünvanında, yerləşən qeyri-yaşayış binasına ayrı ünvan ünvan 4tərilməklə İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 30.12.2015-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın verilməsi üçün əsas olmuş sənədlərin etibarsız hesab edilməsi və onun adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası əsasında olan 2(003)-1574/2021 nömrəli mülki işin bir icraatda birləşdirilərək, həmin işlərə bir icraatda baxılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı Cavabdeh qarşı mülkiyyətçisi olduğu Xəzər rayonu Qala qəsəbəsi Qala- Prallahı yolu 3-cü km 3 ünvanına yerləşdirilmiş digər şəxslərin çıxarılması qeyri-yaşayış binasının (tədarük anbar və platforma) boşaldılaraq ona qaytarılması tələbinə dair 2(003)- 4608/2021 nömrəli mülki iş, məhkəmənin icraatında olan iddiaçı Cavabdeh cavabadehlər İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala Pirallahı yolu 40/2 ünvanında, yerləşən qeyri-yaşayış binasına ayrı ünvan ünvan 4tərilməklə İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 30.12.2015-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın verilməsi üçün əsas olmuş sənədlərin etibarsız hesab edilməsi və onun adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası əsasında olan 2(003)-1574/2021 nömrəli mülki işlə bir icraatda birləşdirilməklə həmin işlərə bir icraatda baxılsın. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-4608/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-4608/2021
30.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver