Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-4705/2025 28.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, *875-ci il təvəllüdlü X* *937ci il tarixdə dünyasını dəyişməsi və cavabdeh Bakı şəhəri Maraqlı şəxs tərəfindən ölüm qeydiyyata alınmaqla ölüm şəhadətnaməsinin verilməsinə dair qətnamə qəbul edilməsini, faktın təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə aşağıdakılara əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 3*0.*-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” *2 aprel 20*9-cu il tarixli, 03 nömrəli Qərarının *.6-cı bəndində qeyd edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPMnin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalıdır. Qeyd olunan qanunvericilik normalarının tələbindən və Ali Məhkəmənin Plenumunun hüquqi mövqeyindən görünür ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilə bilməsi üçün bir sıra şərtə əməl edilməlidir. Bu şərtlərdən biri də, ərizəçinin lazımi sənədləri ala bilməməsini, yaxud sənəddəki səhvlərin aradan qaldırılmasının mümkünsüzlüyünü təsdiq edən sübutların ərizəyə əlavə edilməsidir. Belə sübut qismində də hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməsi, yaxud həmin səhvlərin düzəldilməsinin mümkün olmaması barədə sənəd (məktub, arayış və s.) nəzərdə tutulur. Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə isə məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalıdır. İddia ərizəsinin məzmunundan və ona əlavə edilən sənədlərdən görünür ki, ərizəçi müvafiq sənədləri ala bilməməsini təsdiq edən sübutları iş materiallarına əlavə etməmişdir. Halbuki, qanunveriicliyin tələbinə uyğun olaraq ərizəçi hazırkı tələblə məhkəməyə müraciət etməzdən əvvəl müvafiq sənədlərin əldə edilməsi üçün müvafiq Qeydiyyat şöbəsinə müraciət etməli idi. Ərizədə Maraqlı şəxs qismində qeyd edilsə də, iş materiallarındaərizəçi tərəfindən müvafiq şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etməsini və bundan imtina edilməsini göstərən hər hansı sübut mövcud deyildir. Belə olduğu təqdirdə isə Ali Məhkəmənin Plenumunun hüquqi mövqeyinə əsasən, məhkəmə ərizəni geri qaytarmalıdır. MPM-in *49.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı .... ərizədə göstərilməlidir. MPM-nin *5*.*-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-nin *52.*.*-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin *49-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi qaytarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə qanunvericiliyin tələblərinə əməl edilmədən məhkəməyə təqdim edildiyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bundan başqa, ərizə qaytarıldığından, ərizəçi tərəfindən 09.*0.2025-ci il tarixli, *886654705 nömrəli qəbzlə ödənilmiş *00 AZN (bir yüz manat) dövlət rüsumu da ona qaytarılmalıdır. Belə ki, MPM-in **4.*.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Bununla belə məhkəmə nəzərə çatdırır ki, MPM-in *52.4-cü maddəsinə əsasən, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *52, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı Ərizəçinın Maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən 09.*0.2025-ci il tarixli, *886654705 nömrəli mədaxil qəbzi ilə ödənilmiş *00 AZN (bir yüz manat) dövlət rüsumu ona geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov
Məhkəmə qərarları › İş №2(003)-4705/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-4705/2025
28.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver