Məhkəmə qərarları › İş №2(003)-4712/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4712/2023

28.12.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4712/2023 28.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmş xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, ödənilmiş dövlət rüsumunun maraqlı şəxsdən alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdeh Maraqlı şəxs qarşı “nigahın pozulması, uşaqların yaşayış yerinin müəyyən edilməsi və alment” tələbi ilə bağlı Bakı şəhəri Xəzər rayon məhkəməsinin hakimi Emil Məmmədlinin icraatında olan 2(003)- 3716/2023 nömərli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Lakin cavabdeh uşaqların saxlanılması üçün aliment vermir. Cavabdeh X10 müəssisəsində işləyib yüksək gəlir əldə etsə də birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün 9 aydır ki, ona köməklik etmir. O, uşaqlarla birlikdə kirayədə yaşayır və aldığı cuzi əmək haqqı ilə çətinliklə dolanır. Cavabdeh isə bunu bildiyi halda yenə də onlarla maraqlanmır. Halbuki uşaqları saxlamaq valideynlərin vəzifəsidir. Aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/18/2023-01193 nömrəli barışıq sazişinə əsasən 2023-cü ilin sentyabr ayından başlayaraq hər növbəti ayın 15-ə qədər hər ay iki uşağa görə əmək haqqı və digər gəlirlərinin (pensiya ödənişi daxil olmaqla) 1/3 hissəsi qədər, lakin əmək haqqında və digər gəlirlərində növbəti artım olanadək 500 manat məbləğində aliment ödəməyi öhdəsinə götürsə də öhədliyini yerinə yetirməmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası MPM-nin 305-ci maddəsinin tələbinə uyğun olarq mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiqi barədə bu ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxslə aralarında “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, mediasiya sessiyası keçirilmiş, aralarında xx.xx.2023-cü il tarixli Barışıq Sazişi (bundan sonra “Saziş” adlandırılacaq) bağlamışlar. Lakin həmin müddət keçsə də onun tərəfindən aliment ödənilməmişdir. O, Mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, MŞB/18/2023-01193 saylı barışıq sazişinin təsdiq edilməsi, ödənilmiş dövlət rüsumunun maraqlı şəxsdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Ərizəçi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2023-cü il tarixli MŞB/18/2023-01193 saylı barışıq sazişinin aliment hissəsinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs izahat verərək barışıq sazişi ilə razılaşdırılmış alimenti ödəməyə razıdır və ərizə tələbinin təmin edilərək, sözügedən barışıq sazişinin təsdiq edilməsinə dair etirazı yoxdur, lakin alimentin avqust ayından etibarən tutulmasını istəmir. Belə ki, o, avqust ayından etibarən aliment ödəməmiş, lakin müəyyən ödənişlər etmişdir. Məhkəmə ərizəçi və maraqlı şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriylı 208102 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə X4 xx.xx.2006-ci il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuşlar. Nikahdan sonra arvada “Əhmədova” soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 890934 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X3 atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 452379 saylı doğum haqqında şəhadətnamədən görünür ki, 12 may 2010-cu il təvəllüdlü X2 atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan MŞB/18/2023-01193 saylı xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər onlar arasında xx.xx.2006-cı İl tarixdə Bakı şəhəri Əzizbəyov Rayon VVADQ şöbəsində 210N-li reyestr nömrəsi ilə qeydə alınmış nikahın məhkəmə qaydasında, əlavə vaxt verilmədən pozulmasına razıdır. İl Tərəf xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu İl təvəllüdlü X2 (Bundan sonra uşaqların) İ Tərəfin yanında qalmasına razılıq verir. İ Tərəf uşaqların saxlanılması üçün sentyabr ayından başlayaraq, hər növbəti ayın 15-ə qədər hər ay üçün iki uşağa görə əmək haqqı və digər gəlirlərinin (pensiya ödənişi daxil olmaqla) 1/3 hissəsi qədər, lakin, əmək haqqında və digər gəlirlərində növbəti artım olanadək 500 manat məbləğində alıment ödəməyi öz öhdəsinə götürür. İl Tərəf əmək haqqı və digər gəlirlərində artım olan kimi, artırılan məbləğin 1/3 hissəsi qədər 500 manatın üzərinə elavə olunması üçün müvafiq hərəkət ətməyi öhdəsinə götürür (Pensiya ödənişlərində artım olacaq halda, lİ Tərəf həmin artım məbləğinin 1/3 hissəsi qədər vəsaiti İ Tərəfin bank kartına köçürəcək, əmək haqqında tutulma İse avtomatık həyata keçiriləcək). Tərəf alimentin ödənilməsi üçün İ Tərəfə məxsus bank kartının hesab məlumatlarını və hazırki barışıq sazişinin 1 (bir) nüsxəsini çalışdığı “X10” MMC-ə təqdim edəcək. İlkin medias ya xərcini (50 manat) və tam mediasiya xərcini (0 manat) İ Tərəf ödəyir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-3716/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Əzizbəyov rayonu Qeydiyyat şöbəsində 210 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X5 anaları Ərizəçi yanında saxlanılmışdır. Cavabdeh Maraqlı şəxs 100 manat dövlət rüsumu (50 manat mediasiya xərci və 50 manat dövlət rüsumu) alınaraq iddiaçı Ərizəçi verilməsi qət edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında Maraqlı şəxs tərəflərin birgə nikahında olan xx.xx.2007-ci il təvəllüdlü X3 və 12 may 2010-cu il təvəllüdlü X1 üçün sentyabr ayından başlayaraq, hər növbəti ayın 15-ə qədər hər ay üçün iki uşağa görə əmək haqqı və digər gəlirlərinin (pensiya ödənişi daxil olmaqla) 1/3 hissəsi qədər alımentin Ərizəçi ödənilməsi barədə razılıq əldə edilmişdir. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26 maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3 maddəsinə müvafiq olaraq, Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından müəyyən edilir ki, sözügedən xx.xx.2023-cü il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış MŞB/18/2023-01193 saylı xx.xx.2023cü il tarixli barışıq sazişi təsdiq edilməli, Maraqlı şəxs 2023-cü ilin sentyabr ayından başlayaraq hər növbəti ayın 15-ə qədər xx.xx.2007-ci il təvəllüdlü X3 və 12 may 2010-cu il təvəllüdlü X1 üçün hər ay əmək haqqının və digər gəlirlərinin (pensiya ödənişi daxil olmaqla) 1/3 miqdarında aliment tutularaq Ərizəçi xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış MŞB/18/2023-01193 saylı xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs 2023-cü ilin sentyabr ayından başlayaraq hər növbəti ayın 15-ə qədər xx.xx.2007-ci il təvəllüdlü X3 və 12 may 2010-cu il təvəllüdlü X1 üçün hər ay əmək haqqının və digər gəlirlərinin (pensiya ödənişi daxil olmaqla) 1/3 miqdarında aliment tutularaq Ərizəçi xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar