Məhkəmə qərarları › İş №2(003)-4754/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4754/2025

04.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4754/2025 04.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi Dadaşova aynurə Eldar qızının katibliyi Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi «şəxsin ölüm faktının müəyyən edilməsinə dair» ərizəsi üzrə mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 20.03.*957-ci il təvəllüdlü X*2 *5.**.2025-ci il tarixdə Bakı şəhərində ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X*2 *5.**.2025-ci il tarixdə ölmüşdür. Ölüm faktının qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün maraqlı şəxsə müraciət etmiş, Bakı şəhəri Maraqlı şəxsnə 3-*6-5/8-*5-8*3/2025 saylı 26.**.2025-ci il tarixli məktubdan məlum olur ki, X3 ölümünü təsdiq edən hər hansı sənəd olmadığını əsas gətirərək ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. AR "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X26 "Respublika Təcili və X5 Mərkəzi" X24 tərəfindən verilmiş 20.**.2025-ci il tarixli *8-*-88/2-4700/2025 saylı məktubunda qeyd edir ki, "çağrışı həkim Rasim Məmmədov icra etmiş, həkimə qədər ölüm (kişi cinsli meyid) diaqnozu qoymuşdur, mərhumun şəxsiyyət vəsiqəsi olmadığı və artıq kəfənləndiyi üçün xəbərdarlıq vəsiqəsi verilməyib". Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, təmin edilməsini xahiş etmiş və ərizəsinə uyğun izahat verdikdən sonra, əlavə olaraq bildirmişdir ki, vəfat edən atasıdır. Mərhum atası X*2 evində qəflətən vəfat etmişdir. Həmçinin atası evdə yalnız yaşayırdı. Maraqlı şəxs nümayəndəsi X8 izahatında bildirmişdir ki, ölümü təsdiq edən sənəd olmadığına görə ərizəçiyə ölüm haqqında şəhadətnamə verilməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 ifadəsində göstərmişdir ki, ərizəçi onun bacısıdır. *5 noyabrda dostu ilə atasının evinə getmişdilər və orada görmüşdür ki, atası vəfat edib. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X*0 ifadəsində göstərmişdir ki, dostu X9 ilə *5 noyabrda onun atasının evinə getmişdilər. Burada görmüşdülər ki, X*2 vəfat etmişdi. Məhkəmə tərəflərin izahatını və şahidlərin ifadələrini dinləyib, ərizəçinin təqdim etdiyi sənəd və sübutları tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Hazırki mülki işin hüquqi əsası ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası “TƏBİB” X26 “Respublika Təcili və X7 Mərkəzi” X2* 20.**.2025-ci il tarixli məktubundan müəyyən edilir ki, *5.**.2025-cü il tarixində saat 22:48də "Respublika Təcili və X5 Mərkəzinin" X2* Mərkəzi Çağrı Xidmətinə "*03" Pirallahı rayon Gürgan qəsəbəsi qəbirstanlıq yanı ünvanına X** (68 yaş) adına çağırış daxil olmuşdur. Çağırışı Pirallahı TTTYS bölməsinin həkimi Rasim Məmmədov icra etmişdir. Həkimə qədər ölüm (kişi cinsli meyid) diaqnozu qoymuşdur. Mərhumun şəxsiyyət vəsiqəsi olmadığı və artıq kəfənlənmiş olduğu üçün xəbərdarlıq vərəqəsi verilməyib. Bu barədə qeydiyyatı üzrə Xəzər rayonu 2-ci X25 Quliyeva, Pirallahı Rayon Polis İdarəsinə və Operativ Şöbənin böyuk həkimi Qurbanovaya məlumat verilmişdi. Azərbaycan Respublikası “TƏBİB” X26 “Bakı Baş Səhiyyə Mərkəzi” X26 * nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 25.**.2025-ci il tarixli məktubundan müəyyən edilir ki, 20.03.*957-ci il təvəllüdlü X3 ölüm haqqında tibbi şəhadətnamə vermək onların səlahiyyəti daxilində deyildir. Məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Maraqlı şəxs Ərizəçi ünvanlandığı 26.**.2025-ci il tarixli məktubundan müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş VVADQ qaydasının 8.5-ci maddəsinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunur. Bakı şəhəri, Pirallahı Bələdiyyəsinin 25.**.2025-ci il tarixli arayışından müəyyən edilir ki, *5.**.2025-ci il tarixdə vəfat etmiş X*2 Bakı şəhəri, Pirallahı rayonu, Gürgən qəsəbəsində yerləşən Gürgən qəsəbəsində yerləşən Gürgən qəbiristanlığında dəfn edilmişdir. İ-ЗЖ seriyalı, 453737 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X*3 20.03.*957-ci il tarixdə Amasiya rayonunda doğulmuşdur. İV-ТИ seriyalı, 362766 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X4 xx.xx.*98*-ci il tarixdə Gürcüstan, Marneuli rayonunda doğulmuşdur. X*r. AZ-İİ seriyalı, 27466* nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X*4 ilə X4 *5.05.20*8-ci il tarixdə 5 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Qeydiyyat Şöbəsində nikahları bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə “Nəcəfov”, arvada “Nəcəfova” soyadı verilmişdir. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *4.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: *) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə ərizəçinin təqdim etdiyi sübutları araşdıraraq və onlara qiymət verərək hesab edir ki, Ərizəçi atası - 20.03.*957-ci il təvəllüdlü X3 *5.**.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3*0-cu madəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməlidir. Həmin Məcəllənin 2*7.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, 20.03.*957-ci il təvəllüdlü X3 *5.**.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, bu məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi atası - 20.03.*957-ci il təvəllüdlü X3 *5.**.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar