Məhkəmə qərarları › İş №2(003)-477/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-477/2023

23.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-477/2023 23.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair (maraqlı şəxslər - Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi) ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası *7.05.*942-ci il təvəllüdlü X3 20.**.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.*976-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. O, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Ə.Qarayev küçəsi ev *0 ünvanında öz ailə üzvləri ilə birlikdə yaşayır. Mərhum anası X9 *7.05.*942-ci ildə Bakı şəhərində anadan olmuşdur. Mərhum anası X9 20.**.2022-ci il tarixdə xəstəlikdən sonra 80 yaşında Bakı şəhərində vəfat edib. Mərhum anası vəfat etdiyi zaman evdə baş qarışıq olduğundan və qanunları lazımi qədər bilmədiyindən evə həkim gələnə kimi mərhum anası artıq vəfat etmişdir. Anası vəfat etdikdən sonra o və qohumları anasını qohum və qonşuların iştirakı ilə Xəzər rayonu Qala qəsəbə qəbristanlığında dəfn etmişlər. Anasının ölüm faktını və dəfnini qəsəbə sakinləri və qonşular məhkəmədə təsdiq edə bilərlər. Halhazırda anasının ölüm şəhadətnaməsi ona müəyyən sənədləşmədən ötrü lazımdır. O, bu barədə Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin oradan ona bu barədə məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.6-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X2 ifadəsində bildirdi ki, ərizəçi onun əmisi qızıdır. Mərhum Tamara isə onun əmisinin arvadıdır. Tamara xəstə idi, evdə öldü. Onlar qonşuluqda yaşayır. O, mərhumun dəfnində iştirak edib. Mərhum Qala qəbirstanlığında dəfn olunub. Məhkəmədə şahid qismində dindirilən X*0 ifadəsində bildirdi ki, ərizəçi onun bacısı, mərhum isə anasıdır. X9 20.**.2022-ci il tarixdə vəfat etmişdir. Mərhum Qala qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidin ifadəsini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.*976-cı ildə anadan olmuş, anası X*2, atası X5r. İş materiallarından görünür ki, X* Aqasəlim Kəriman oğlu ilə 24.07.200*-ci il tarixdə nikaha daxil olmuş, arvada Səlimova soyadı verilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.*976-cı il tarixdə Bakı şəhərində doğulmuşdur və Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Qarayev küçəsi ev *0 ünvanında qeydiyyatdadır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 *7.05.*942-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Təcili və X8 Stansiyası PHŞ sahə həkimi tərəfindən verilmiş *9.**.2022-ci il tarixli xəbərdarlıq vərəqələrindən görünür ki, həmin tarixdə X3 adına çağırış olmuş, xəstə müayinə olunaraq ərazi poliklinikasına müraciət edilməsi məsləhət görülmüşdür. İş materiallarında olan Bakı şəhəri Təcili və X8 Stansiyası PHŞ sahə həkimi tərəfindən verilmiş 20.**.2022-ci il tarixli xəbərdarlıq vərəqələrindən görünür ki, həmin tarixdə saat 02:25-də X3 adına çağırış olmuş, həkimə qədər qadın cinsində meyid aşkar olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanlanmış 24.**.2022-ci il tarixli məktubundan görünür ki, Maraqlı şəxs ərizəçinin anası X3 ölümünün qeydə alınması ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməasi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun qızı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum anası X3 20.**.2022-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. *7.05.*942-ci il təvəllüdlü X3 20.**.2022-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar