Məhkəmə qərarları › İş №2(003)-4785/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4785/2023

28.12.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4785/2023 28.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə 23 dekabr 2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan 10 sentyabr 2007-cı il təvəllüdlü X1 və 17 iyul 2011-ci il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur. Maraqlı şəxslə aralarında bəzi problemlər yarandığı üçün ayrılmaq qərarına gəlmişlər. Boşanma prosesinin asanlaşdırılması məqsədilə könüllü olaraq, Bakı 11 saylı Mediasiya təşkilatında “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli, MŞB/11/2023-01704 nömrəli Barışıq sazişi imzalamışlar. Aralarında bağlanan barışıq sazişindən üç ay keçməsinə baxmayaraq maraqlı şəxs sazişin 12-ci, (“İkinci tərəf" “Birinci tərəf”ə olan 14000 (on dörd min) Azərbaycan manatı məbləğində şəxsi borcunu hazırki “Saziş” imzalandığı gündən 2 (iki) il müddətində hissə-hissə və ya birdəfəlik ödəməyi öhtəsinə götürür) və 13-cü (“İkinci tərəf” “Birinci tərəf”in 812 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə “X7”a olan 7000 (yeddi min) Azərbaycan manatı məbləğində kredit borcunu xx.xx.2024-cü il tarixədək həmin kredit müqaviləsinin tərkib hissəsi olan “Ödəniş cədvəli”nə uyğun hissə-hissə ödəməyi öhtəsinə götürür) bəndləri bügünədək icra etməmişdir. Onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/11/2023-01704 nömrəli “Barışıq sazişinə əsasən, hər ayın 5-dək yuxarıda qeyd edilən 12 və 13-cü bəndlərin icrası ilə əlaqədar tələb olunan borcun cavabdeh Maraqlı şəxs tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs izahat verərək bildirmişdir ki, o, ərizəni etiraf etmir. Belə ki, sözügedən barışıq sazişini təzyiq altında imzalamış, daha sonra isə mübahisələndirməmişdir. Barışıq sazişinin 12-ci bəndi ilə əlaqədar əlavə olaraq qeyd etmişdir ki, onun borcu olmuş, lakin borc 14 000 manat olmamışdır. Məhkəmə ərizəçi və maraqlı şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriylı 272569 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə X3 xx.xx.2006-ci il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuşlar. Nikahdan sonra arvada “Məmmədzadə” soyadı verilmişdir. İş materiallarında olan “X7” Bakı filialının xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, “X8” Bakı filialı və MAMMADZADA OFELİYA EYVAZ QİZİ arasında imzalanmış 13 sentyabr 2022-ci il tarixli “Kredit müqaviləsi”nə əsasən, 36 ay müddətinə, illik 14 faiz hesablanmaqla 10000AZN məbləğində kredit verilmişdir. Hazırda onun Banka ümumilikdə 7153.68AZN kredit borcu vardır. Bundan 6597.92AZN əsas borc, 233.67AZN vaxtı keçmiş əsas borc, 23.13AZN faiz borcu və 298.96AZN vaxtı keçmiş faiz borcu təşkil edir. İş materiallarında olan MŞB/11/2023-01704 saylı xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, .... 12. “İkinci tərəf" “Birinci tərəf”ə olan 14000 (on dörd min) Azərbaycan manatı məbləğində şəxsi borcunu hazırki “Saziş” imzalandığı gündən 2 (iki) il müddətində hissə-hissə və ya birdəfəlik ödəməyi öhtəsinə götürür.

13. “İkinci tərəf” “Birinci tərəf”in 812 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə “X7”a olan 7000 (yeddi min) Azərbaycan manatı məbləğində kredit borcunu xx.xx.2024-cü il tarixədək həmin kredit müqaviləsinin tərkib hissəsi olan “Ödəniş cədvəli”nə uyğun hissəhissə ödəməyi öhtəsinə götürür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında Maraqlı şəxs 14000 (on dörd min) Azərbaycan manatı məbləğində şəxsi borcunu hazırki “Saziş” imzalandığı gündən 2 (iki) il müddətində hissə-hissə və ya birdəfəlik ödəməyi, Ərizəçi 812 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə “X7”a olan 7000 (yeddi min) Azərbaycan manatı məbləğində kredit borcunu xx.xx.2024-cü il tarixədək həmin kredit müqaviləsinin tərkib hissəsi olan “Ödəniş cədvəli”nə uyğun hissəhissə ödəməyi öhtəsinə götürmüşdür. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26 maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3 maddəsinə müvafiq olaraq, Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından müəyyən edilir ki, sözügedən xx.xx.2023-cü il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış MŞB/11/2023-01704 saylı xx.xx.2023cü il tarixli barışıq sazişi təsdiq edilməli, Maraqlı şəxs 14000 (on dörd min) Azərbaycan manatı məbləğində şəxsi borcunu hazırki “Saziş” imzalandığı gündən 2 (iki) il müddətində hissə-hissə və ya birdəfəlik Ərizəçi ödəməli, bundan başqa, Maraqlı şəxs Ərizəçi 812 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə “X7”a olan 7000 (yeddi min) Azərbaycan manatı məbləğində kredit borcunu xx.xx.2024-cü il tarixədək həmin kredit müqaviləsinin tərkib hissəsi olan “Ödəniş cədvəli”nə uyğun hissə-hissə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış MŞB/11/2023-01704 saylı xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs tərəfindən 14 000 (on dörd min) Azərbaycan manatı məbləğində şəxsi borcunu hazırki “Saziş” imzalandığı gündən 2 (iki) il müddətində hissə-hissə və ya birdəfəlik Ərizəçi ödənilsin. Maraqlı şəxs tərəfindən Ərizəçi 812 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə “X7”a olan 7000 (yeddi min) Azərbaycan manatı məbləğində kredit borcunu xx.xx.2024-cü il tarixədək həmin kredit müqaviləsinin tərkib hissəsi olan “Ödəniş cədvəli”nə uyğun olaraq hissə-hissə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar