Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4801/2024 06.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Ərizəçi Mahmudova (Balayeva) Yeganə Aydın qızının iştirakı ilə, Ərizəçi Mahmudova (Balayeva) Yeganə Aydın qızının Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Ərizəçi Mahmudova (Balayeva) Yeganə Aydın qızı Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında Bakı 9 saylı Mediasiya Təşkilatında bağlanmş xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onunla Maraqlı şəxs ilə rəsmi nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X6 doğulmuşdur. Maraqlı şəxs ilə münasibətləri pozulduğuna görə aralarında nikahın pozulması, uşağın onun yanında saxlanılması və onun saxlanması üçün maraqlı şəxsdən hər bir uşaq üçün 50 manat, ümumilikdə hər ay 100 manat məbləğində pulun aliment şəklində ödənilməsinə dair barışıq sazişi bağlanmışdır.Mediasiya haqqında Azərbaycan Respublikasının qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə iclasında iştirak edən ərizəçi Mahmudova (Balayeva) Yeganə Aydın qızı ərizəni müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxs xəbərdar olunmasına baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 5 saylı Bakı “Asan Xidmət Mərkəzi” tərəfindən verilmiş 03 noyabr 2018-ci il tarixli, AZ-İV 199551 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Maraqlı şəxs, anası Mahmudova (Balayeva) Yeganə Aydın qızı olan X8 11 fevral 2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 03 noyabr 2018-ci il tarixdə 5955 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan 5 saylı Bakı “Asan Xidmət Mərkəzi” tərəfindən verilmiş 28 mart 2019-cu il tarixli, AZ-İV 264930 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Maraqlı şəxs, anası Mahmudova (Balayeva) Yeganə Aydın qızı olan X7 13 fevral 2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 28 mart 2019-cu il tarixdə 1788 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 25 may 2021-ci il tarixli, AZ-İV 558962 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Maraqlı şəxs, anası Mahmudova (Balayeva) Yeganə Aydın qızı olan X6 07 may 2021-ci il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 25 may 2021-ci il tarixdə 40 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan MŞB/2-0035/2023 saylı xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, ... 1.2 Tərəflər razılaşdılar ki, uşaqlar 11 fevral 2018-ci il təvəllüdlü X8, 13 fevral 2019-cu il təvəllüdlü X7 və 07 may 2021-ci il təvəllüdlü X6 ana- Mahmudova (Balayeva) Yeganə Aydın qızının himayəsində qalır və ata- Maraqlı şəxs uşaqları ilə istənilən vaxtı görüşə bilər. 1.3 Tərəflər razılaşdılar ki, ata- Maraqlı şəxs uşaqları 11 fevral 2018-ci il təvəllüdlü X8, 13 fevral 2019-cu il təvəllüdlü X7 və 07 may 2021-ci il təvəllüdlü X2 üçün ümumilkdə 100 manat aliment verməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Mahmudova (Balayeva) Yeganə Aydın qızı ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2024cü il tarixdə barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında 11 fevral 2018-ci il təvəllüdlü X8, 13 fevral 2019-cu il təvəllüdlü X7 və 07 may 2021-ci il təvəllüdlü X3 (Balayeva) Yeganə Aydın qızının himayəsinə verilməli, Maraqlı şəxs uşaqların saxlanılması üçün ümumilikdə 100 manat məbləğinə aliment ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26 maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə müvafiq olaraq, Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından müəyyən edilir ki, sözügedən xx.xx.2024-cü il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi Mahmudova (Balayeva) Yeganə Aydın qızı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Mahmudova (Balayeva) Yeganə Aydın qızı ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış MŞB/2-0035/2023 saylı xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilməli, 11 fevral 2018-ci il təvəllüdlü X8, 13 fevral 2019-cu il təvəllüdlü X7 və 07 may 2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Mahmudova (Balayeva) Yeganə Aydın qızının himayəsinə verilməli, Maraqlı şəxs 11 fevral 2018-ci il təvəllüdlü X8, 13 fevral 2019-cu il təvəllüdlü X7 və 07 may 2021-ci il təvəllüdlü X1 üçün ümumilikdə 100 manat məbləğində aliment tutularaq Mahmudova (Balayeva) Yeganə Aydın qızına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. Mahmudova (Balayeva) Yeganə Aydın qızı ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış MŞB/2-0035/2023 saylı xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. 11 fevral 2018-ci il təvəllüdlü X8, 13 fevral 2019-cu il təvəllüdlü X7 və 07 may 2021ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Mahmudova (Balayeva) Yeganə Aydın qızının himayəsinə verilsin. Maraqlı şəxs 11 fevral 2018-ci il təvəllüdlü X8, 13 fevral 2019-cu il təvəllüdlü X7 və 07 may 2021-ci il təvəllüdlü X1 üçün hər ay ümumilikdə 100 manat məbləğində aliment tutularaq Mahmudova (Balayeva) Yeganə Aydın qızına ödənilsin. Alimentin tutulması barışıq sazişinin bağlanıldığı 05 fevral 2024-cü il tarixdən hesablansın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №2(003)-4801/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4801/2024
06.12.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver