Məhkəmə qərarları › İş №2(003)-4821/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4821/2025

04.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4821/2025 04.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi Dadaşova Aynurə Eldar qızının katibliyi Ərizəçi, maraqlı şəxs Xəzər rayon Qeydiyyat şöbəsinin nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi «şəxsin ölüm faktının müəyyən edilməsinə dair» ərizəsi üzrə mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X6 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qızı ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı X10 Bakı şəhəri yaşadığı ünvanda xx.xx.2025- ci il tarixdə vəfat etmişdir. Onlar təcili tibbi yardım çağırmış, lakin təcili tibbi yardımın həkimləri gələnə qədər qardaşı vəfat etmişdir. Qardaşı anidən ölümü mənəvi və psixoloji cəhətdən onu və ailə üzvlərini həddindən artıq sarsıtdığından və kifayət qədər hüquqi savadları olmadığından ölümü haqqında şəhadətnaməni ala bilməmişdir. Buna görə dəfin pulu ilə bağlı əlaqədar olaraq qardaşının ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Qardaşının ölüm akt qeydinin aparılması və onun adına ölüm haqqında şəhadətnamə verilməsi üçün 42 nömrəli şəhər poliklinikası hər hansı bir xəstəliyə görə müraciət etmədiyində ona tibbi arayış verilmədiyinə görə Xəzər rayon qeydiyyat şöbəsi xx.xx.2025-ci il tarixli imtina məktubu vermişdir. Qeydiyyat şöbəsinə tərəfindən verilmiş məktubda göstərilmişdir ki, qeydiyyat orqanında ölümün qeydə alınması, ölüm haqqında tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi əsasında aparılır. Buna görə də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, təmin edilməsini xahiş etmiş və ərizəsinə uyğun izahat verdikdən sonra, əlavə olaraq bildirmişdir ki, vəfat edən qardaşıdır. Qardaşı evlidir və uşaqları yoxdur. Qardaşı dayanacaqda yıxılmışdır, başı betona dəymişdir və beyninə qan sızmışdı. Onu xəstəxanaya aparmış, təxminən 9 gün xəstəxanada qalmış, lakin ayılmamışdır. Qardaşını evə gətirmişdilər. Mərhum qardaşı X10 xx.xx.2025-ci il tarixdə evində vəfat etmişdir. Maraqlı şəxs Xəzər rayon Qeydiyyat şöbəsinin nümayəndəsi X11 izahatında bildirmişdir ki, ölümü təsdiq edən sənəd olmadığına görə ərizəçiyə ölüm haqqında şəhadətnamə verilməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 ifadəsində göstərmişdir ki, mərhum X10 onun qardaşıdır. Mərhum evdən mağazaya getdiyi zaman yıxılmışdır və TTY onu Sabunçu rayon xəstəxanasına aparmışdılar və 8 gün orada qalmışdır. Daha sonra qardaşını evə gətirmişdilər və o xx.xx.2025-ci il tarixdə yaşadığı Zabrat qəsəbəsində evində vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X12 ifadəsində göstərmişdir ki, mərhum X6 həyat yoldaşıdır. O, aldığı bəzi məhsulları mağazaya qaytarmaq üçün evdən çıxmışdır. Ərizəçi onu zəng edib bildirmişdir ki, Yaşar yıxılıb və başı səkiyə dəyib. Bundan sonra onu xəstəxanaya aparmışlar, xəstə komaya düşmüşdür. Həyat yoldaşı ayılan kimi evə getmək istəmişdir buna görə də onu evə aparmışdılar. Evdə yenə TTY çağırmışlar, lakin onlar gəlməmiş X10 xx.xx.2025-ci il tarixdə vəfat etmişdi. Məhkəmə tərəflərin izahatını və şahidlərin ifadələrini dinləyib, ərizəçinin təqdim etdiyi sənəd və sübutları tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Hazırki mülki işin hüquqi əsası ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AA3065403 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, X10 xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi Bakı şəhərində xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. Xəzər rayon Qeydiyyat Şöbəsinin Ərizəçi ünvanlandığı xx.xx.2025-ci il tarixli məktubundan müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş VVADQ qaydasının 8.5-ci maddəsinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunur. Azərbaycan Respublikası “TƏBİB” X21 “Bakı Baş Səhiyyə Mərkəzi” X21 42 nömrəli şəhər poliklinikasının xx.xx.2025-ci il tarixli məktubundan müəyyən edilir ki, xx.xx.1960-cı il təvəllüdlü olmuş X10 42 nömrəli Şəhər Poliklinikasına hər hansı bir xəstəliklə bağlı heç vaxt müraciət etməmişdi. Bununla əlaqədar olaraq "Ölüm haqqında tibbi şəhadətnamə" verilməsindən imtina olunmuşdur. Bakı şəhəri, Şüvəlan Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışından müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə vəfat etmiş X1 qəsəbəsi 442 sıra nömrəsi ilə qəbiristanlığında dəfn edilmişdir. Sabunçu TTTYS-nin ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən edilir ki, xx.xx.2025-ci il tarixində "Respublika Təcili və X7 Mərkəzinin" X21in Mərkəzi Çağrı Xidmətinə "103" Zabrat İİ Aşıq Ələsgər küçəsi ünvanına X10 adına çağırış daxil olmuşdur. Həkimə qədər ölüm (kişi cinsli meyid) diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, X6 qəbir daşı var və üzərində xx.xx.1960-cı il tarixdə doğulduğu, xx.xx.2025-ci il tarixdə vəfat etdiyi qeyd olunmuşdur. İİ-ИЕ seriyalı, 093157 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X10 xx.xx.1960-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. X2, anası isə X4r. АЗ seriyalı, 583803 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. X2, anası isə X4r. Xəzər rayon qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından müəyyən edilir ki, X10 ilə X8 arasındaxx.xx.1987-ci il tarixdə Xəzər rayon qeydiyyat şöbəsində 694 nömrəli akt qeydi ilə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə “Nəbiyev”, arvada “Nəbiyeva” soyadı verilmişdir. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə ərizəçinin təqdim etdiyi sübutları araşdıraraq və onlara qiymət verərək hesab edir ki, Ərizəçi qardaşı - xx.xx.1960-cı il təvəllüdlü X6 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu madəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, xx.xx.1960-cı il təvəllüdlü X6 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, bu məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi qardaşı - xx.xx.1960-cı il təvəllüdlü X6 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar