Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4948/2025 25.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi Dadaşova Aynurə Eldar qızının katibliyi Ərizəçi, maraqlı şəxs Xəzər rayon Qeydiyyat şöbəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi «şəxsin ölüm faktının müəyyən edilməsinə dair» ərizəsi üzrə mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 15 iyun 1950-ci ildə Bakı şəhərində anadan olmuş anası X2 11 dekabr 2025-ci il tarixində Bakı şəhərində vəfat etmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Anası X9 xx.xx.1950-ci ildə Bakı şəhərində anadan olmuşdur. Mərhum anası X7 xx.xx.2025-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" Hüquqi Şəxs "Bakı Baş Səhiyyə Mərkəzi" X13 5 nömrəli Şəhər Poliklinikası tərəfindən verilən arayışa əsasən anası Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq 60 ünvanında xx.xx.2025-ci ildə vəfat etmişdir. O anasına dair ölüm şəhadətnaməsi almaq üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə müraciət etdiyində xx.xx.2025-ci il tarixli məktubla ona cavab olaraq bildirildi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"-nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təstiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Bu səbəbdən də o, məhkəməyə müraciət etməli olmuşam. Hal-Hazırda mərhum anasının ölüm faktının müəyyən olunması, məişət problemlərinin və dəfn xərclərinin alınması üçün vacibdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, təmin edilməsini xahiş etmiş və ərizəsinə uyğun izahat verdikdən sonra, əlavə olaraq bildirmişdir ki, anası 5 dəfə insult keçirmişdir. Bir neçə il idi ki, anasına özü baxırdı. Maraqlı şəxs Xəzər rayon Qeydiyyat şöbəsinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, ölümü təsdiq edən sənəd olmadığına görə ərizəçiyə ölüm haqqında şəhadətnamə verilməmişdir. Şahidlərin ifadəsinə heç bir etirazı yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X12 ifadəsində göstərmişdir ki, mərhum X7 onun anasıdır. Mərhum 4-5 dəfə insult keçirmişdir və buna görə müalicə olunurdu. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 ifadəsində göstərmişdir ki, mərhum X7 onun qonşusudur. Mərhum xəstə və yaşlı idi. 11 dekabr 2025-ci il tarixində vəfat etmişdir. Məhkəmə tərəflərin izahatını və şahidlərin ifadələrini dinləyib, ərizəçinin təqdim etdiyi sənəd və sübutları tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Hazırki mülki işin hüquqi əsası ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xəzər rayon Qeydiyyat Şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş VVADQ qaydasının 8.5-ci maddəsinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunur. xx.xx.2025-ci il tarixli arayışdan müəyyən edilir ki, 1950-ci il təvəllüdlü X7 xx.xx.2025 ci il tarixdə Sabunçu Bələdiyyəsi ərazisində yerləşən qəbristanlıqda dəfn edilmişdir. Respubika Təcili və X6 Mərkəzi 10166 "PHŞ" Xəzər Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə ərdəkan qəsəbəsi, 22-ci Mərdəkan küçəsi 17A ünvanına çağırış zamanı X2 həkimə qədər ölməsi faktı aşkar olunmuşdur. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmərini İdarəetmə Birliyi" X13 "Bakı Baş Səhiyyə Mərkəzi" X13 5 Nömrəli Şəhər Poliklinikasının xx.xx.2025-ci il tarixli məktubundan müəyyən edilir ki, Uzun müddət Nəsimi rayon 5 saylı şəhər poliklinikasına müraciət etmədiyinə görə, müayinə və müalicə almadığına görə ölümün səbəbini bilmədiklərinə görə Forma N 106 almaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etməlidirlər. AZ-İİ seriyalı, 130065 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. X1, anası X5r. AA2818824 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, X7 xx.xx.1950-ci il tarixdə anadan olmuşdur. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə ərizəçinin təqdim etdiyi sübutları araşdıraraq və onlara qiymət verərək hesab edir ki, Ərizəçi anası - xx.xx.1950-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu madəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, xx.xx.1950-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, bu məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi oğlunun anası - xx.xx.1950-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(003)-4948/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4948/2025
25.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver