Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4993/2025 06.03.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi Dadaşova Aynurə Eldar qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi «şəxsin ölüm faktının müəyyən edilməsinə dair» ərizəsi üzrə mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında ölən xx.xx.1947-ci il təvəllüdlü X3 ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qızı ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə anası X5 ünvan 1 ünvanında vəfat edib. Təcili tibbi yardım öldükdən sonra gəldiyi üçün F106 ala bilməmişdir. Ölümün qeydiyyata alınması üçün Xəzər rayon Qeydiyyat şöbəsinə müracət etsə də tibbi şəhadətnamə olmadığı üçün ona imtina məktubu verilmişdir. Bugünkü gündə ölüm qeydiyyata alınmamışdır. Qeydiyyat şöbəsi ölümün qeydə alınması üçün F-106 tələb edir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, təmin edilməsini xahiş etmiş və ərizəsinə uyğun izahat verdikdən sonra, əlavə olaraq bildirmişdir ki, anası mədəbağırsaq xəstəliyindən əziyyət çəkirdi. Müalicə alırdı, təxminən 8-9 il öncə bununla bağlı əməliyyat olmuşdur. Maraqlı şəxs Xəzər rayon İcra Şöbəsinə məhkəmənin vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 ifadəsində göstərmişdir ki, mərhum dostunun anasıdır, yaşlı idi, keçən ilin sentyabr ayında vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 ifadəsində göstərmişdir ki, mərhumun oğlunu tanıyır. Mərhumun oğlu onun bibisi oğlunun dostudur və onu bir neçə ildir ki, tanıyır. Mərhum keçən ilin sentyabr ayında vəfat etmişdir, yaşlı idi. Mərhumun dəfn mərasimlərində iştirak etmişdir. Mərhum Şüvəlan qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə tərəflərin izahatını və şahidlərin ifadələrini dinləyib, ərizəçinin təqdim etdiyi sənəd və sübutları tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Hazırki mülki işin hüquqi əsası ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli arayışdan müəyyən edilir ki, X5 xx.xx.2025-ci il tarixində vəfat etmiş və Şüvəlan qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. 396 sıra nömrəsi ilə qeydə alınmışdır. Respubika Təcili və X4 Mərkəzi 10166 "PHŞ" Xəzər Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə Şüvəlan qəsəbəsi Q.Qarayev küç. ev 76, mən. 3 ünvanına çağırış zamanı X3 həkimə qədər ölməsi faktı aşkar olunmuşdur. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmərini İdarəetmə Birliyi" X9 "Bakı Baş Səhiyyə Mərkəzi" X9 45 Nömrəli Şəhər Poliklinikasının xx.xx.2025-ci il tarixli məktubundan müəyyən edilir ki, Mərhum xx.xx.1947-ci il təvəllüdlü Dadaşova Janna Semenovnа xx.xx.2025-ci il tarixində evdə ölmüşdür. Ölümdən sonra Təcili Yardım həkimi tərəfindən həkimə qədər ölüm qeydiyyata alınmışdır. Ölümə səbəb olan hər hansı diaqnozu təsdiq etmək mümkün olmadığına göra poliklinika tərəfindən Ölüm haqqında şəhadatnamənin verilməsinə imtiņa edilmişdir və Məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. AZE seriyalı, 01177861 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Dadaşova Janna Semenovnа xx.xx.1947-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. İX-ЖГ seriyalı, 321608 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, anası Dadaşova Janna Semenovnаdır. Xəzər rayon Qeydiyyat Şöbəsinin Ərizəçi ünvanlandığı xx.xx.2025-ci il tarixli məktubundan müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş VVADQ qaydasının 8.5-ci maddəsinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunur. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə ərizəçinin təqdim etdiyi sübutları araşdıraraq və onlara qiymət verərək hesab edir ki, Ərizəçi anası - xx.xx.1947-ci il təvəllüdlü Dadaşova Janna Semenovnаnın xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu madəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, xx.xx.1947-ci il təvəllüdlü Dadaşova Janna Semenovnаnın xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, bu məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi anası - xx.xx.1947-ci il təvəllüdlü Dadaşova Janna Semenovnаnın xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(003)-4993/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4993/2025
06.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver