Məhkəmə qərarları › İş №2(003)-504/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-504/2024

01.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-504/2024 01.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, atası X9 *5.*0.20*5-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası 28.05.*960-cı il təvəllüdlü X*5 *5.*0.20*5-ci il tarixdə vəfat edib. Ölüm haqqında şəhadətnamənin müəyyən müddət ərzində alınmasından məlumatsız olmuşlar. Maraqlı şəxsnə yaxınlaşmışlar, lakin onlara bildirmişlər ki, qanunla müəyyən olunmuş müddəti ötürdüyündən məhkəməyə müraciət etməlidirlər. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş və o, məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X*2 ifadəsində bildirdi ki, X*5 onun atasıdır. Atası 5-6 ildir ki, vəfat edib. O, xəstə idi. Onun ürək və böyrəklərində problem var idi. Atası hər iki nahiyədən müalicə götürürdü, lakin müalicəsi nəticə verməmişdir. Atası xəstəxanadan evə gətirilərkən yolda avtomobildə vəfat etmişdir. Atası vəfat edən zaman o, yanında olmasa da, Bakıda olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X*0 ifadəsində bildirdi ki, X*5 onun həyat yoldaşı olmuşdur. O, 20*5-ci ildə vəfat etmişdir. Ciyərindən, ürəyindən, böyrəyindən əziyyət çəkirdi. Belə ki, o, siqaret çəkir, içki içirdi. E.Pənahlı vəfat edən zaman o, evdə olmuşdur. E.Pənahlı Sabunçu xəstəxanasından evə gətirilən zaman yolda vəfat etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X* ifadəsində bildirdi ki, X*5 onun əmisi oğludur. Onlar qonşuluqda yaşayırlar. X*5 20*5-ci ildə vəfat etmişdir. E.Pənahlı Sabunçu xəstəxanasından evə gətirilən zaman yolda vəfat etmişdir. Həmin vaxt o, onun yanındamaşında olmuşdur. E.Pənahlı xəstə olmuşdur. Məhkəmə ərizəçilərin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.*982-ci ildə doğulmuşdur. X3, anası X2r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*5 28.05.*960-ci ildə doğulmuşdur. X5, anası X4r. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X*5 ilə X*4 arasında **.08.*98*-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “Pənahlı” soyadı verilmişdir. İş materiallarında olan 25.0*.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı 06.0*.2023-cü il tarixli, 05/*5-09 nömrəli məktubunda qeyd edilmişdir ki, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan “Zirə Sağlamlıq Mərkəzi”-nin *3.**.2023-cü il tarixli 299 saylı məlumatından görünür ki, Zirə Sağlamlıq Mərkəzinin rəhbərliyi Zirə qəsəbəsi, N.Hüseynov küçəsi, ev 6 ünvanında yaşayan Ərizəçi yazılı ərizəsinə baxaraq bildirir ki, ərizədə adı qeyd olunan 28.05.*960-cı il təvəllüdlü X** 20*5-ci ildə vəfat etməsi barədə məlumatın ölüm hadisələrinin qeydiyyatı kitabı olmadığı üçün verilməsi mümkün deyil. Ölüm hadisələrinin qeydiyyatı kitabının (“TQS-*25”) saxlanma müddəti 3 (üç) ildir. İş materiallarında olan *3.*2.2023-cü il tarixli, *8-*-88/2-592/2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 20*6-cı il tarixli *00 saylı əmrinə əsasən çağırış vərəqələri (AZS **0/Q) üçün saxlama müddəti * (bir) il müəyyənləşdirildiyi üçün vaxtaşırı həmin sənədlər aktlaşdırılıb silinir. Bu səbəbdən 28.05.*960-cı il təvəllüdlü X8 adına *5.*0.20*5-ci il tarixdə Bakı şəhər Təcili və X7 Stansiyasına çağırış daxil olması barədə məlumat verilə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.*-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, ərizəçinin izahatı, şahid ifadəsi və işin materialları ilə X9 *5.*0.20*5-ci il tarixdə ölməsi tam sübuta yetirildi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3* oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin Ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X9 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi mərhum atası X9 *5.*0.20*5-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahid ifadəsi ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 28.05.*960-ci il tarixdə Bakı şəhərində doğulmuş X9 *5 oktyabr 20*5-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar