Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-511/2024 06.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi Fətullayeva (Həsənova) Rəsmiyə Mirzəhüseyn qızının iştirakı ilə, Ərizəçi Fətullayeva (Həsənova) Rəsmiyə Mirzəhüseyn qızının Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə "ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Fətullayeva (Həsənova) Rəsmiyə Mirzəhüseyn qızı Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək əri 20.04.*96*-ci il təvəllüdlü X3 0*.0*.20*9-cu il tarixdə Bakı şəhərində ölməsi faktının təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun həyat yoldaşı 20.04.*96*-ci il təvəllüdlü X5 0*.0*.20*9-cu il tarixdə vəfat etmişdir. X* Lerik rayonunun Nüvədi kəndində yerləşən qəbiristanlıqda dəfn etmişlər. Onlar ölüm haqqında şəhadətnamənin müəyyən müddət ərzində alınmalı olduğundan məlumatsız olmuşlar. Onun ərinin ölümü ona pis təsir etmiş və o, uzun müddət özündə olmamışdır. Onlar Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişlər. Orada onlara qanunla müəyyən olunmuş müddət ötürüldüyünə görə məhkəməyə müraciət edilməli olduğu bildirilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi Fətullayeva (Həsənova) Rəsmiyə Mirzəhüseyn qızı ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, təcili tibbi yardım xidməti gələn zaman artıq onun əri vəfat etmişdir. Onun əri xəstəlikdən əziyyət çəkmişdir. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: AZE seriyalı, 09463387 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 20.04.*96*-ci il tarixdə Lerik rayonunun Nüvədi kəndində doğulmuşdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X6 “X**” X*0 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, X5 baç beyinin arxa hissəsində olan kəskin pozğunluqdan, ürək çatışmazlığından və xroniki böyrək çatışmazlığından əziyyət çəkmişdir. Təcili və X2 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 0*.0*.20*9-cu il tarixli çağırışa əsasən həkim gələnə qədər X5 ölmüşdür. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X6 “X**” X*0 Bakı Baş Səhiyyə Mərkəzi X6 3*.*0.2023-cü il tarixli, 459 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yaşamış 20.04.*96*-ci il təvəllüdlü X3 0*.0*.20*9-cu il tarixdə Təcili və X2 tərəfindən ölüm faktı qeydə alınmışdır. Vəfat edən şəxsin yaxınları gec müraciət etdiyinə görə 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanası TSQ№*06 ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina edilmişdir. Lerik Rayon İcra Hakimiyyəti başçısının Nüvədi kənd inzibati ərazi dairəsinin 02 noyabr 2023-cü il tarixli, 5-65-30/02-420/2023 nömrəli məktubundan görünür ki, Nüvədi kəndində qeydiyyatda olmuş X5 0* yanvar 20*9-cu ildə vəfat etmişdir. Mərhum Nüvədi kənd qəbiristanlığında dəfn olunmuşdur. Bakı şəhəri Xəzər rayonu Binə bələdiyyəsinin 3*67 nömrəli, *3.**.2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi həyat yoldaşı X5 0*.0*.20*9-cu il tarixdə vəfat etmiş, rəhmətə gedən günə kimi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ünvanında ailəsi ilə birlikdə yaşamışdır. X3 qəbirinin fotoşəkilindən görünür ki, baş daşında X3 0*.0*.20*9-cu il tarixdə vəfat etməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs 3-*6-5/8-*5-F- *625/2023 nömrəli, 3*.*0.2023-cü il tarixli Fətullayeva (Həsənova) Rəsmiyə Mirzəhüseyn qızına ünvanlanmış məktubundan görünür ki, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X5 ərizəçinin əri olmuşdur. Həmin şəxs 0*.0*.20*9-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun qızı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Fətullayeva (Həsənova) Rəsmiyə Mirzəhüseyn qızının mərhum əri X3 0*.0*.20*9-cu il tarixdə Bakı şəhərində ölməsi fakt müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Fətullayeva (Həsənova) Rəsmiyə Mirzəhüseyn qızının ərizəsi təmin olunsun. 20.04.*96*-ci il tarixdə Lerik rayonunun Nüvədi kəndində doğulmuş X3 0*.0*.20*9cu il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-511/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-511/2024
06.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver