Məhkəmə qərarları › İş №2(003)-512/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-512/2024

28.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-512/2024 28.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, atası X* *2.**.2007-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxx *986-cı ildə Bakı şəhərində anadan olmuş, hal-hazırda Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi,ev *02 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. Mərhum atası X2 27 iyun *953-cü ildə Bakı şəhərində anadan olmuşdur. Atasının vəziyyəti *2.**.2007-ci il tarixdə kəskin pişləşmiş, həmin gün onlar saat 04:28-də *0 saylı yardımçı stansiyaya zəng edərək atasının vəziyyətinin pis olması ilə bağlı çağırış etmişlər. Atası həmin vaxt dünyasını dəyişmişdir. *0 saylı yardımçı stansiyanın həkimləri tərəfindən atasının ölməsi ilə bağlı sorğusuna cavab verilmişdir. Lakin atası X* şəxsiyyətini təsdiq edən sənəd olmadığından atasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişlər. Belə ki, atasında ölən günə kimi sovet pasportu olmuşdur. Atası Şüvəlan qəbirstanlığında ailə üzvlərinin ətrafında yaxınları tərəfindən dəfn olunmuşdur. Buna dair Şüvəlan bələdiyyəsi tərəfindən 07.**.2023-cü il tarixli 87 saylı arayış almışdır. Həmin vaxtdan uzun illər keçməsinə baxmayaraq, təsadüfən sənədləşmə işləri aparanda atasının ölümünü təsdiq edən sənəd lazım olmuşdur. Həmin ərəfələrdə başıları qarışdığından və qanunları lazımi qaydada bilmədiyindən atası üçün ölüm haqqında şəhadətnamə almamışdır. Hal-hazırda isə atasının ölüm haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Bu barədə qeydiyyat şöbəsinə müraciət etsə də, qeydiyyat şöbəsindən onlara imtina məktubu təqdim edilmiş, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş və o, məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, o, Ərizəçi və onun mərhum atasını tanıyır. X*7 2007-ci ildə vəfat etmişdir. Həmin gün o, öz evində olmuş, eşitdiyi səsə X*6 yaşadığı evin həyətinə getmiş və ona sonuncunun vəfat etdiyi məlum olmuşdur. O, onun evinə keçməmiş, həyətdə olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, o, Şüvəlanda qəsəbəsində yaşayır və 2000-ci ildən Ərizəçilə qonşudur. X*7 *2 noyabr 2007-ci ildə, səhərə yaxın yaşadığı evdə vəfat etmişdir. X*7 xəstəlikdən əziyyət çəkirdi, onun mədəsində yara var idi. Məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, Ərizəçi onun oğludur. X*7 2007-ci ildə mədəsində olan yaranın qanaxması nəticəsində vəfat etmişdir. Onlar təcili yardım çağırmışlar, həkim də gəlmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayonu Şüvəlan Bələdiyyəsinin 07.**.2023-cü il tarixli 87 saylı məktubundan görünür ki, vətəndaş Ərizəçi müraciəti ilə bağlı, qeyd edilmişdir ki, atası X2 22.06.*953 cü ildə Bakı şəhərində anadan olmuş və *2.**.2007 ci il tarixində vəfat etmişdir. Vəfat etməsi ilə bağlı *0 saylı təcili və təxirə salınmaz yardımçı stansiya tərəfindən *2.**.2007-ci il tarixli 4*9 saylı arayış verilmişdir. Vətəndaş Ərizəçi atası Şüvəlan qəbrstanlığında qohumlarının ətrafında dəfn olunmuşdur. İş materiallarında olan fotoşəkildən görünür ki, qəbrstanlıqda Əliyev AğaDadaş Qurban oğlu yazılmış (27.06.*953 – *2.**.2007) yazılmış daş başı mövcudddur. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı 07.**.2023-cü il tarixli, 3-*6-5/8-*5-Ə-*676/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Təcili və X3 Stansiyası *0 saylı yardımçı stansiyanın 4*9 saylı sorğuya cavabının surətindən görünür ki, *2.**.2007-ci il tarixdə saat 04:28-də Şüvəlan qəsəbəsi, Bağ evi, A.İldırım *02 ünvanından X* adına çağırış daxil olmuşdur. Çağırışı *0 saylı KYS-nın həkimi yerinə yetirmiş və X* mədə qansızmasından vəfat etdiyini qeyd etmişdir. İş materiallarında olan Sovet Sosialist Respublikası İttifaqı vətəndaşının pasportunun surətindən görünür ki, X2 27.06.*953-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.*986-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası X2, anası X4r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.*-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, ərizəçinin izahatı, şahidlərin ifadəsi və işin materialları ilə X* *2.**.2007-ci il tarixdə ölməsi tam sübuta yetirildi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3* oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin Ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X* ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi mərhum atası X* *2.**.2007-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahid ifadəsi ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 27.06.*953-cü il tarixdə Bakı şəhərində doğulmuş X* *2 noyabr 2007-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar