Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-520/2023 21.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul qızıl-zinət əşyalarının alınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 700 manat pulun; 1 ədəd qiyməti 2400 manat olan, əyarı 583 olan, 30 qram “tros” sarı rus qızıl sepin, 1 ədəd qiyməti 2400 manat olan, əyarı 750 olan, 22 qram italyan qızılı “tros” sepin, 1 ədəd qiyməti 1500 manat olan, əyarı 750 olan “Versace” sırğa-üzüyün, naturada olmadıqda isə onların dəyərinin, həmçinin 90 (doxsan) manat məbləğində dövlət rüsumunun məbləğinin cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ildə Türkan qəsəbəsində X3 ilə tanış olmuş, söhbət əsnasında Cəmalə Qarayeva himayəsində 4 azyaşlı övladının olduğunu, maddi vəziyyətinin çətin olduğunu va sosial müavinət almaq istədiyini bildirmişdir. Həmin vaxt X7 və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tanışının olmasını və onun vasitəsi ilə hər uşaq üçün 500 manat sosial müavinət düzəldə biləcəyini və 2000 manata bu işi həll edəcəyini bildirmişdir. Beləliklə, 2020-ci idlə X4 qəsəbəsi Xanlar küçəsində yerləşən “Faberlik” şirkətinin məntəqəsində 1200 manat pul vermişdir. X2 pulu ondan istəmiş, pulunun olmamasını dedikdə Cəmalə Qarayevə qızılzinət əşyası istəmiş və yaşadığı ünvana gəlmişdir. Cəmalə Qarayevaya 800 manat pulun əvəzinə iki ədəd 30 və 22 qramlıq qızıl boyunbağı, bir ədəd 16 qramlıq qızıl bilərzik, bir komplekt qızıl sırğa və üzük vermişdir. Cəmalə bildirmişdir ki, həmin qızılları girov qoyub pul götürəcək 1200 manatın üzərinə qoyaraq verəcəkdir. Sonra iyun ayının 1-dən sosial müavinət alacaqdır. Lakin ona heç bir müavinət verilməmiş və Cəmalə müxtəlif bəhanələrlə onu aldatmışdır. 2020-ci ilin sentyabr ayında Cəmalə ona məxsus olan qızıl bilərziyi qaytarmış, lakin digər qızılları qaytarmamışdır. O, bununla əlaqədar Xəzər RPİ-nin 1-ci PŞ-nə müraciət edərək, qonşusu Cavabdeh tərəfindən pulunun və qızıl-zinət əşyalarının dələduzluq yoluyla mənimsənilməsi barədə məlumat vermişdir. Xəzər RPİ-nin 1-ci PŞ xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Təhqiqat müddəti ərzində qarşı tərəf olan Cavabdeh izahatı alınmaqla materiala əlavə edilmişdir. İzahatında cavabdeh İddiaçı onun barəsində ünvanladığı müraciətlə tanış olmuş, bununla əlaqədar olaraq qeyd elmişdir ki, 2019-cu ildə Aygünlə təsadüfən tanış olmuş, söhbət əsnasında Aygün maddi vəziyyətinin çətin olmasını ona demişdir. Buna görə də Aygünə demişdir ki, Cəvahir adlı qadın var, həmin şəxs sələm ilə pul verir, əgər ona pul versə Aygün də hər ay öz faizini götürə bilər. Bu məqsədlə 2020-ci ilin mart ayında İddiaçı ona 1200 manat nəğd pul, 2 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl bilərzik, 1 cüt qızıl sırğa və 1 ədəd qızıl üzüyü ona vermiş, həmin pullarla qızılları isə Aygündən alaraq Cəvahir adlı şəxsə vermişdir. Bir il ərzində Aygünə ümumilikdə 1170 manat pul vermiş ve yalnız 1 ədəd qızıl bilərziyi Cəvahir adlı şəxsdən alaraq qaytara bilmişdir. Qalan pulları və qızıl-zinyət əşyalarını Cəvahir adlı şəxsdən ala bilmədiyi üçün həmin şəxsin barəsində Nərimanov RPİ-nə şikayəl etmiş və həmin şəxsin barəsində cinayət işi qaldırılaraq axtarışa verilmişdir. Cavabdeh verdiyim puldan 500 manatını qaytarmış, 700 manat borcu qalmışdır. Lakin aşağıdakı qızıl-zinət əşyalarını o, qaytarmamışdır. Həmin qızıl-zinət əşyaları bunlardır: 1 ədəd qiyməti 2400 manat olan, əyarı 583 olan, 30(otuz) qram “tros” sarı rus qızıl sep, 1 ədəd qiyməti 2400 manat olan, əyarı 750 olan, 22 qram italyan qızılı “tros” sep, 1 ədəd qiyməti 1500 manat olan, əyarı 750 olan “Versace” sırğa-üzük. İddiaçı sonradan iddia ərizəsinə dəqiqləşmə ərizəsi verərək Cavabdeh 700,0 manat pulun, 2400,0 manat dəyərində 30 qram 583 əyarlı Rusiya istehsalı olan “tros” sarı qızıl boyunbağı, 2400,0 manat dəyərində 22 qram 750 əyarlı İtaliya istehsalı olan qızılı “tros” boyunbağı, 1500,0 manat dəyərində 16,5 qram 750 əyarlı “Versace” sırğaüzüyün, naturada olmadıqda isə onların dəyərinin həmçinin 90,0 manat dövlət rüsumunun alınaraq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahata verməklə iddianın təmin ounmasını xahiş etdi. Əlavə etdi ki, iddia tələbində 750 əyarlı “Versace” sırğa-üzüyün çəkisini yanlışlıqla göstərməmişdir. Həmin zinət əşyası 16,5 qram təşkil edir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Elvin Qəhrəmanov məhkəməyə bildirdi ki, ilkin iddia tələbində 750 əyarlı “Versace” sırğa-üzüyün çəkisi göstərilmədiyindən rəy verilərkən onun orta bazar qiymətini müəyyən etmək olmamışdır. Hazırda iddiaçı həmin zinət əşyasının çəkisinin 16,5 qram olduğunu bildirir. 2020-ci ilə görə 1 qram qızılın orta bazar qiyməti 90,0 manat, 2023-cü il üçün isə 105,0 manatdır. Hazırda 750 əyarlı “Versace” sırğa-üzüyün orta bazar qiyməti 2020-ci il üçün 1485,0 manat ,2023-cü il üçün 1732,50 manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsə də, Cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri XRPİ-nin 1-ci PŞ-nin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış Xəzər rayonu, Türkan qəsəbəsi, ev 2233-də yaşayan xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh izahat verərək bildirmişdir ki, İddiaçı onun barəsində ünvanladığı müraciətlə tanış olmuş, bununla əlaqədar olaraq qeyd etmişdir ki, 2019-cu ildə Aygünlə təsadüfən tanış olmuş, söhbət əsnasında Aygün maddi vəziyyətinin çətin olmasını ona demişdir. Buna görə də Aygünə demişdir ki, Cəvahir adlı qadın var, həmin şəxs sələm ilə pul verir, əgər ona pul versə Aygün də hər ay öz faizini götürə bilər. Bu məqsədlə 2020-ci ilin mart ayında İddiaçı ona 1200 manat nəğd pul, 2 ədəd qızıl boyunbağı 1 ədəd qızıl bilərzik, 1 cüt qızıl sırğa və 1 ədəd qızıl üzüyü ona vermiş, həmin pullarla qızılları isə Aygündən alaraq Cəvahir adlı şəxsə vermişdir. Bir il ərzində Aygünə ümumilikdə 1170,0 manat pul vermiş və yalnız 1 ədəd qızıl bilərziyi Cəvahir adlı şəxsdən alaraq qaytara bilmişdir. Qalan pulları və qızıl-zinyət əşyalarını Cəvahir adlı şəxsdən ala bilmədiyi üçün həmin şəxsin barəsində Nərimanov RPl-nə şikayət etmiş və həmin şəxsin barəsində cinayət işi qaldırılaraq axtarışa verilmişdir Verilən suallara cavab olaraq qeyd etmişdir ki, İddiaçı pulları və qızıl-zinyət əşyalarını sələmə verərək Aygünün pul qazanması üçün alaraq Cəvahir adlı şəxsə vermişdir. Qeyd etmişdir kı, İddiaçı sosial müavinət düzəltməsi üçün pul almamış və bu barədə onun müraciətində göstərdikləri tamamilə yalan və böhtandır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/2226 saylı rəyindən görünür ki, 2020ci il tarixə 30 qram 583 əyarlı Rusiya istehsalı olan “tros” sarı qızıl boyunbağı 2100,0 manat, 22 qram 750 əyarlı İtaliya istehsalı olan qızılı “tros” boyunbağı 1980,0 manat, 2023-cü il tarixə 30 qram 583 əyarlı Rusiya istehsalı olan “tros” sarı qızıl boyunbağı 2550,0 manat, 22 qram 750 əyarlı İtaliya istehsalı olan qızılı “tros” boyunbağı 2310,0 manat olmaqla, iddia ərizəsində adları sadalanan qızıl-zinət əşyalarının nəzəri qaydada 2020-ci il tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 4080,0 manat, hazırkı dövrə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 4860,0 müəyyən edilmişdir. 750 əyarlı “Versace” sırğa üzüyün çəkisi müəyyən olunmadığından qiymətləndirmə aparılmadı. Həmin rəyə əlavə olunmuş rəyin tərtib edilməsi üçün ekspertiza məlumatından görünür ki, ekspertiza xərci 50,0 manat təşkil edir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı 1200 manat nəğd pul, 2 ədəd qızıl boyunbağı 1 ədəd qızıl bilərzik, 1 cüt qızıl sırğa və 1 ədəd qızıl üzüyü Cavabdeh vermiş, cavabdeh 1 ədəd qızıl bilərziyi iddiaçıya qaytarmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi üzrə işin tərəflər arasında mübahisələndirilməyən halı mübahisə predmetinə daxil olan 1200,0 manat pul vəsaitinin, 1 ədəd 30 qram 583 əyarlı Rusiya istehsalı olan “tros” sarı qızıl boyunbağı, 1 ədəd 22 qram 750 əyarlı İtaliya istehsalı olan qızılı “tros” boyunbağı, 1 ədəd 750 əyarlı “Versace” sırğa-üzüyün və 1 ədəd qızıl bilərziyin həqiqətən mövcud olması və həmin əşyaların cavabdehə verilməsi qızıl zinət əşyasında 1 ədəd qızıl bilərziyin qaytarılmasıdır. Belə ki, cavabdeh polis şöbəsində verdiyi izahatında bu halı təsdiq etmişdir. İşin mübahisəli halı isə idiaçıdan alınmış 1200,0 manat puldan 1170,0 manat hissəsinin qaytarılmasıdır. Bu səbəbdən, iddia tələbində qızıl-zinət əşyalarının ya özünün naturada, ya da dəyərinin ödənilməsi tələb edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh polis şöbəsində verdiyi izahatında tələb olunan əşyaların mövcudluğunu və iddiaçıya məxsus olduğunu mübahisələndirməmişdir. Onun etiraz dəlili qızılların və pulun Cəvahir adlı şəxsə verilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, mübahisə predmeti olan qızıl-zinət əşyaları iddiaçıya məxsus olduğundan və onun tərəfindən cavabdehə verildiyindən iddiaçı göstərilən qızıl-zinət əşyalarının mülkiyyətçisi olduğundan həmin əşyaları tələb etməkdə haqlıdır. Belə ki, cavabdehin polis şöbəsində vermiş olduğu izahatından da aydın olur ki, cavabdeh qeyd edilən qızıl-zinət əşyalarının olmasını etiraf edir, lakin həmin əşyaların başqa şəxsə verməsi ilə əlaqələndirir. Məhkəmə ilk növbədə, göstərilən qızıl-zinət əşyalarının həqiqətən iddiaçıya məxsus olması və cavabdehə verilməsi ilə bağlı əlavə araşdırma aparmağı zəruri hesab etmir. Çünki, qeyd edildiyi kimi, bu xüsusat həm iddiaçı, həm də cavabdeh tərəfindən təsdiq olunmuşdur. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Məhkəmə bu qənaətə gələrkən hüququn hamılıqla qəbul edilmiş prinsipi olan formal həqiqət prinsipini də nəzərə almışdır. Belə ki, qeyd edilən prinsipə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Odur ki, qeyd edilən qızıl-zinət əşyalarının mövcud olması üzrə əlavə araşdırma aparılmasına zərurət yoxdur. Belə olan halda, qeyd edilən halları cavabdeh polis şöbəsində verdiyi izahatında etiraf etdiyindən, iddiaçı tələbinin həmin qızıl-zinət əşyalarının mövcud olması və onların cavabdehdə olmasını sübut etmək yükündən azad olmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən, prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. Bununla yanaşı, cavabdeh tərəfindən qeyd edilən əşyaların mövcud olmasının etiraf edilməsindən savayı həmin qızıl-zinət əşyalarının həqiqətən üçüncü şəxsə verilməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, etiraz etdiyi halın sübut edilməsi məhz cavabdehin vəzifəsidir. Göstərilənlər isə ona dəlalət edir ki, iddiaçı iddia etdiyi qızıl-zinət əşyalarının həqiqətən ona məxsus olması və cavabdehə verilməsini sübuta yetirmiş, cavabdeh isə məhkəmə iclaslarına gəlməmiş, öz etirazının dəlillərini sübuta yetirə bilməmişdir. Odur ki, qeyd edilən qızıl-zinət əşyaları cavabdehdən alınaraq iddiaçıya verilməli, əşyalar olmadığı təqdirdə isə dəyəri cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə qızıl-zinət əşyalarının dəyərini araşdıraraq hesab edir ki, iddiaçının öz tələbində qızıl-zinət əşyalarının dəyəri olaraq tələb etdiyi məbləğ 30 qram 583 əyarlı Rusiya istehsalı olan “tros” sarı qızıl boyunbağı və 750 əyarlı “Versace” sırğa-üzüklə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/2226 saylı rəyində ekspertin müəyyən etdiyi məbləğdən daha az məbləğ təşkil edir. Məhkəmə ekspertizanın qeyd olunan hissəsində ekspert rəyi ilə razılaşmır. Belə ki, məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən, hesab edir ki, iddiaçının iddia tələbi göstərilən qızıl-zinət əşyalarının dəyərinə dair hissəsində onun göstərdiyi məbləğdə təmin edilməlidir. Məhkəmə 22 qram 750 əyarlı İtaliya istehsalı olan qızılı “tros” boyunbağının dəyərini araşdıraraq hesab edir ki, məhkəmə ekspertizasının rəyi əsas götürülməklə 2310,0 manat hissədə təmin edilməlidir. Məhkəmə hesab edir ki, göstərilən qızıl-zinət əşyalarının dəyərinin 30 qram 583 əyarlı Rusiya istehsalı olan “tros” sarı qızıl boyunbağı 2400,0 manat, 22 qram 750 əyarlı İtaliya istehsalı olan qızılı “tros” boyunbağı 2310,0 manat, 750 əyarlı “Versace” sırğa-üzük 1500,0 manat qəbul edilməsini əsaslı və işin hallarına uyğun hesab edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 2400,0 manat dəyərində 30 qram 583 əyarlı Rusiya istehsalı olan “tros” sarı qızıl boyunbağı, 2310,0 manat dəyərində 22 qram 750 əyarlı İtaliya istehsalı olan qızılı “tros” boyunbağı, 1500,0 manat dəyərində 750 əyarlı “Versace” sırğa-üzük və ya onların dəyəri, ümumilikdə 6210,0 manat Cavabdeh alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iddianı pul vəsaitinin qaytarılmasına dair hissədə araşdıraraq qeyd edir ki, cavabdeh tərəfindən 1200,0 manat pul vəsaitinin ona verilməsinin etiraf edilməsindən savayı həmin pulun 1170,0 manat hissəsinin iddiaçıya qaytarılmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, etiraz etdiyi halın sübut edilməsi məhz cavabdehin vəzifəsidir. Göstərilənlər isə ona dəlalət edir ki, iddiaçı iddia etdiyi pul vəsaitinin cavabdehə verilməsini sübuta yetirmiş, cavabdeh isə məhkəmə iclaslarına gəlməmiş, öz etirazının dəlillərini sübuta yetirə bilməmişdir. Odur ki, qeyd edilən pul vəsaitinin ödənilməmiş 700,0 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 90,0 manat dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi əsas hissədə təmin edildiyindən, 90,0 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İşə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən aydın olur ki, ekspertiza tədqiqatının dəyəri 50,0 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50,0 manat cavabdehdən alınaraq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilməlidir. Beləliklə məhkəmə hgesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241 və 244-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2400,0 manat dəyərində 30 qram 583 əyarlı Rusiya istehsalı olan “tros” sarı qızıl boyunbağı, 2310,0 manat dəyərində 22 qram 750 əyarlı İtaliya istehsalı olan qızılı “tros” boyunbağı, 1500,0 manat dəyərində 16,5 qram 750 əyarlı “Versace” sırğa-üzük və ya onların dəyəri, ümumilikdə 6210,0 manat məbləğində pul, həmçinin 700,0 manat pul alınaraq İddiaçı ödənilsin. Ödənilmiş 90,0 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50,0 manat Cavabdeh alınaraq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli.
Məhkəmə qərarları › İş №2(003)-520/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-520/2023
21.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver