Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-532/2023 23.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak və əldən çıxmış fayda” tələbinə dair ilkin iddia ərizəsi, iddiaçı Cavabdeh İddiaçı və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1rşı “əmlakın boşaldılması və əldən çıxmış fayda” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı “əmlak və əldən çıxmış fayda” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh İddiaçı və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1rşı “əmlakın boşaldılması və əldən çıxmış fayda” tələbinə dair qarşılıqlı iddiası ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında inzibati məhkəmə mübahisəsinin olmasını nəzərə alaraq ilkin iddia ərizəsinin baxılmamış saxlanılmasın xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək, ilkin iddianın baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi, qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki prosessual qanunvericilikdə iddia ərizəsinin məhkəmənin hazırlıq iclasında baxılmamış salxnaılması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə iş materiallarını və ərizəni araşdırıb hesab edir ki, ilk və qarşılıqlı iddia ərizələri və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının MPM-in 170.1-ci maddəsinə əsasən iddiaçıya və qarşılıqlı qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263, 264, 170.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldİm: İddiaçı Cavabdeh qarşı “əmlak və əldən çıxmış fayda” tələbinə dair ilkin iddia ərizəsi, iddiaçı Cavabdeh İddiaçı və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1rşı “əmlakın boşaldılması və əldən çıxmış fayda” tələbinə dair qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-532/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-532/2023
23.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver