Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-552/2023 21.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair (maraqlı şəxslər - Bakı şəhəri Maraqlı şəxs) ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı 04.04.*963-cü il təvəllüdlü X* *5.*2.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun həyat yoldaşı X3 04.04.*963-cü ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuş və Bakı şəhəri Binə qəsəbəsi məhəllə 2*46 ev 23 mənzil 70 ünvanında qeydiyyatda olmuşdur. Həyat yoldaşı *5.*2.2020ci il tarixdə yaşadıqları həmin ünvanda vəfat etmişdir. Ölüm zamanı o, mərhumun yanında olmuşdur. Təcili tibbi yardıma mərhum həyat yoldaşının adına çağırış edilmiş, *6:20 radələrində həkim gələnə qədər X3 vəfat etmişdir. Həyat yoldaşının anidən ölümü onu mənəvi və psixoloji cəhətdən sarsıtdığından və kifayət qədər hüquqi savadı olmadığından, poliklinikadan ölümü təsdiq edən sənədi ala bilməmişdir. Daha sonra onlar ölüm haqqında tibbi şəhadətnamə almaq üçün ərazi üzrə poliklinikaya müraciət etdikdə poliklinika onlara arayış verməkdən imtina etmişdir. Mərhum həyat yoldaşının adına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, qeydiyyat şöbəsi imtina məktubunda ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. *5.*2.2020-ci il tarixdə həyat yoldaşı vəfat etsə də, pandemiya ilə əlaqədar ölkə ərazisində karantin rejimi elan edildiyindən, həmçinin hüquqi cəhətdən savadsızlığına görə vaxtında məhkəməyə müraciət edə bilməmişdir. Həyat yoldaşı Binə qəsəbəsində yerləşən qəbristanlıqda dəfn olunmuş və qəbir daşının fotoşəkillərindən də *5.*2.2020-ci il tarixdə ölməsi təsdiq olunur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.6-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X5 ifadəsində bildirdi ki, o, ərizəçinin qardaşıdır. Mərhum Badsafa qardaşının arvadı olub. Badsafa qardaşı ilə uzun müddət bir yerdə yaşayıblar. Onların birgə nikahlarından övladları olmayıb. X6 *5.*2.2020-ci il tarixdə evdə ölüb. Binə qəsəbə qəbirstanlığında dəfn olunub. Məhkəmədə şahid qismində dindirilən X7 ifadəsində bildirdi ki, ərizəçinin dostudur. Mərhum pandemiya dövründə ölüb. O, mərhumun yasında iştirak edib. Ərizəçinin həyat yoldaşı Binə qəsəbə qəbirstanlığında dəfn olunub. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidin ifadəsini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X4 22.03.*997-ci il tarixli 230 nömrəli akt qeydi ilə Xətai rayon qeydiyyat şöbəsində nikaha daxil olmuşdur. İş materiallarından görünür ki, 04.04.*963-cü il təvəllüdlü Əhmədova Badsafaya Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin qeydiyyat vəsiqəsi verilmişdir. İş materiallarında olan Bakı şəhəri Təcili və X2 Stansiyası PHŞ sahə həkimi tərəfindən verilmiş *5.*2.2020-ci il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, həmin tarixdə X* adına çağırış olmuş, qadın cinsində meyid aşkar olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs 30.**.2022-ci il tarixli arayışından görünür ki, X* barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Bakı şəhəri üzrə ölüm haqqında akt qeydi aşkar olunmadı. İş materiallarında olan 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə ünvanlanmış 08.*2.2022-ci il tarixli məktubundan görünür ki, 04.04.*963-cü il təvəllüdlü X* *5.*2.2022-ci il tarixdə ev şəraitində təcili yardım tərəfindən ölüm faktı qeydə alınmışdır.X3 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında qeydiyyatda olmadığına görə AZS*06 forma (ölüm haqqında tibbi şəhadətnamə) verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun qızı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum həyat yoldaşı X* *5.*2.2020-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. 04.04.*963-cü il təvəllüdlü X* *5.*2.2020-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-552/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-552/2023
21.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver