Məhkəmə qərarları › İş №2(003)-561/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-561/2025

08.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-561/2025 08.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 0*.0*.*934-cü il təvəllüdlü atası X* 06.05.*995-ci il tarixdə Bakı şəhərində ölməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bundan sonra Ərizəçi 09.0*.2025-ci il tarixli ərizə təqdim edərək atası X* *6.05.*995ci il tarixdə Bakı şəhərində ölməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında göstərdi ki, 0*.0*.*934-cü il təvəllüdlü atası X4 *995-ci il may ayında vəfat etmişdir. Atası Binə qəsəbəsində yaşamışdır. Atasına məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, döngə 2 ünvanında yerləşən fərdi yaşayış evinin özəlləşdirilməsi ilə bağlı müraciət etmək qərarına gəliblər.Lakin atasına məxsus ölüm haqqında şəhadətnamə olmadığına görə sənədləşmənin aparılması qeyri-mümkün olmuşdur.Atası öldükdən sonra Binə qəbrstanlığında dəfn edilmişdir. Onun ölüm haqqında şəhadətnaməsini almaq üçün qeydiyyat şöbəsinə müraciət etsə də, ona məhkəməyə müraciət etməli olması bildirilib.Ərizənin təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi X2 göstərdi ki, X* xəstəliyi haqqında şəhadətnaməsi olmadığına görə ölüm haqqında sənədin verilməsi mümkün olmamışdır. Bu səbəbdən məhkəməyə müraraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Şahid qismində dindirilmiş X9 məhkəmə iclasında göstərdi ki, Mehpara onun qonşusu və ata tərəfindən qohumudur. Mehparanın atasının adı Şirəli olmuş və o, *995-ci ilin mayın *6-sında evində vəfat etmişdir. Binə qəbrstanlığında dəfn edilmişdir.Özü yas mərasimində iştirak etmişdir. Şahid qismində dindirilmiş X5 məhkəmə iclasında göstərdi ki, Mehpara onun qohumudur.Atasının adı Şirəli olmuş və o, *995-ci ilin mayın *6-sında evində vəfat etmişdir. Binə qəbrstanlığında dəfn edilmişdir. Özü yas mərasimində iştirak etmişdir. İş materiallarında olan 22.**.2024-cü il tarixli arayışdan görünür ki, 0*.0*.*634-cü ildə Bakı şəhərində anadan olmuş X* ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 22.**.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan X3 məxsus qəbir daşının fotoşəkilindən görünür ki, o, *6.05.*995-ci il tarixində vəfat etmişdir. İş materiallarında olan 3-*6-5/8-*5-2677/2024 nömrəli 23.**.2024-cü il tarixli Maraqlı şəxs tərəfindən Ərizəçi verilmiş məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi verilmədiyinə görə ölüm faktını qeydə almaq mümkün olmamışdır.Bu halda aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə müəyyən olundu ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin Ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu səbəbdənn Məhkəmə hesab edir ki, X* ölməsi ərizəçinin izahatı, şahidlərin ifadəsi ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 0*.0*.*934-cü il təvəllüdlü atası X* *6.05.*995-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar