Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-615/2022 09.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair (maraqlı şəxslər - Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi) ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X2 09.*2.202*-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx.xx.*959-cu tarixdə Cəbrayil rayonu Qazanzəmi kəndində anadan olub . Hal hazırda Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi A.S.Makarenko adına Humanitar fənnlər təmayüllü gimnaziyanın yataqxanasında ailə üzvlərimlə birlikdə yaşayır. Mərhum atası X4 *94* -ci ildə Cəbrayıl rayonu Qazanzəmi kəndində anadan olmuşdur. *993-cü ildən isə məcburi köçkün düşəndən Xəzər rayonu Şimal Dress qəsəbəsində köhnə 8 mart adına uşaq bağçasında yaşamışdır, şəhid atasıdır. 09.*2.202*-ci ildə qəflətən evdə vəfat etmişdir. Təcili yardım çağırdılar, lakin onlar gələnə kimi atası artıq vəfat etmişdi. Həkimlər kağız verdi, lakin 3* saylı xəstəxana qəbul etmədiki , xəstəxanada onun adına xəstəlik vərəqəsi açılmayıb. Ərizəçi atasını qohum və qonşularla birlikdə Şüvəlan qəbirsanlıqında dəfn etdi. Hal hazırda mərhum atasının ölüm haqqında şəhadətnaməsi sənədləşdirmə ilə bağlı ona lazımdır. O, bu barədə Maraqlı şəxsnə müraciət etmiş. Lakin orada onlar ərizəçiyə bu barədə məhkəməyə müraciət etməyi məsləhət gördülər. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPMnin 307.2.3 maddəsini rəhbər tutaraq ərizəsini qəbul edib mahiyyəti üzrə baxılmasını və mərhum atası X* 09.*2.202*-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.6-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X7 ifadəsində bildirdi ki, ərizəçi onların gəlinidir. X4 09.*2.202*-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Mərhum Şüvəlan qəbirstanlığında dəfn edilmişdir. Məhkəmədə şahid qismində dindirilən X3 ifadəsində bildirdi ki, ərizəçi onun baldızıdır. X4 onun qayınatası olub, 09.*2.202*-ci il tarixdə mərhum sinəsinin ağrıdığını bildirdi, təcili yardım çağırdılar, lakin onlar gələnə kimi kişi vəfat etdi. Yas mərasimi onların evində təşkil edildi. Mərhum Şüvəlan qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidin ifadəsini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.*959-cu ildə ünvan 1i ünvanında qeydiyyatdadır. İş materiallarında olan Təcili və X6 Stansiyasının (TTTYS) *0 saylı bölməsi həkimi tərəfindən verilmiş 09.*2.202*-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X2 həmin tarixdə həkiməqədər ölümü baş vermişdir. İş materiallarında olan Xətai rayon Qeydiyyat şöbəsinin Ərizəçi ünvanlanmış 05 yanvar 202*-ci il tarixli məktubundan görünür ki, Xətai rayon Qeydiyyat şöbəsi ərizəçinin atası X2 ölümünün qeydə alınması ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməasi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsi tərəfindən verilmiş 9 saylı 2*.0*.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçin mərhum atası X4 09.*2.202*-ci il tarixdə vəfat edib və Şüvəlan qəbirstanlığında dəfn olunub. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi Bakı şəhəri Xəzər rayonu üzrə sektorununun 235/*0 saylı 2*.*2.202*-ci il tarixli arayışından aydın olur ki, Ərizəçi Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi A.S.Makarenko adına Humanitar fənnlər təmayüllü gimnaziyanın yataqxanasında məskunlaşmışdır. X4 09.*2.202*-ci il tarixdə vəfat edən günə ( 09.*2.202*-ci il ) kimi Xəzər rayonu Şimal Dress qəsəbəsində köhnə 8 mart adına uşaq bağçasında məskunlaşmışdır. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun arvadı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum atası X2 09.*2.202*-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi ərizəsi təmin olunsun. xx.xx.*94*-ci il təvəllüdlü X2 09.*2.202*-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-615/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-615/2022
09.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver