Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-616/2025 28.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair (maraqlı şəxs - Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi) ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1977-ci il təvəllüdlü X2 1*.11.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X1 xx.xx.1977-ci il tarixdə anadan olmuşdur. Mərhum 1*.11.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən yaşadığı evdə ürək tutmasından qəflətən vəfat etmişdir. Təcili yardım həkimi gəlsə də, heç bir nəticəsi olmamışdır. Təcili yardım tərəfindən ölüm halını təsdiq edən xəbərdarlıq vərəqəsi verilmişdir. Ərizəçi X10 bu vərəqə ilə Hövsan qəsəbəsində yerləşən 3 saylı Şəhər Polikilinikasına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün müraciət etdmişdir. Poliklinikada tibbi şəhadətnaməni verməmişlər. Ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyinə görə Suraxanı rayon Qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnamənin verilməsinden imtina etmişdir. Hazırda ölüm faktının məhkəmə qaydasında təsdiq edilməsi zərurəti yaranmışdır. Ərizəçi atası xx.xx.1977-ci il təvəllüdlü X3 1*.11.2024-cü il tarixdə ünvan 1 ünvanında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində X11 ifadəsində göstərmişdir ki, ərizəçi onun onun qardaşının oğlu, X15 isə qardaşı olmuşdur. Qardaşının yüksək təziyiqi olub. Hadisə olan gün anası ona zəng vurmuşdur ki, qardaşının vəziyyəti pisdir. O qardaşının evinə çatanda artıq qardaşı ölmüşdür. X12 1*.11.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhərində Suraxanı rayonu Hövsən qəsəbəsində yaşdığı evində ölmüşdür. Mərhumun hüzr və dəfn mərasimlərində iştirak etmişdirlər. Mərhumu Zabrat qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Məhkəmədə şahid qismində X* ifadəsində göstərmişdir ki, X7 həyat yoldaşıdır. Hadisə olan gün o həyətdə idi. Evə daxil olduqdan sonra vəziyyəti pisləşdi.Təcili yardıma məlumat vermişdir. Təcili yardım gələndə Rövşən artıq ölmüşdü. Rövşən Hümbətov 1*.11.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhərində Suraxanı rayonu Hövsən qəsəbəsində yaşdığı evində ölmüşdür. Mərhumu Zabrat qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında Elektron Məhkəmə İnformasiya Sistemindən və şəxsiyyət vəsiqəsinin surətindən surətindən görünür ki, X9 xx.xx.1977-ci il tarixdə anadan olmuşdur. İş materiallarında Elektron Məhkəmə İnformasiya Sistemində Ərizəçi aid qohumluq məlumatları bölməsində görünür ki, X4 atası xx.xx.1977-ci təvəllüdlü X8r. İş materiallarında olan Təcili və X5 Stansiyasının (BŞT və TTTYS) 11 saylı bölməsi həkimi tərəfindən verilmiş 1*.11.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X2 həkimə qədər ölümü baş vermişdir. İş materiallarında olan Zabrat 1 qəbiristanlığı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X9 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu Zabrat-1 qəsəbə qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarətmə Birliyi” X20 “Bakı Baş Səhiyyə Mərkəzi” X20 23 nömrəli Şəhər Poliknikasının xx.xx.2024cü il tarixli, 258 saylı məktubundan görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənari küçəsində yaşamış yaşamış xx.xx.1977-ci il təvəllüdlü, 1*.11.2024- cü il tarixdə vəfat etmiş X9 xx.xx.2024-cü il tarixdə 23 nömrəli şəhər Poliknikasında ambulator tibbi karta açıb və həmin gün H10.0-Konyuktiv diaqnozu ilə oftalmoloqun qəbuluda olmuşdur. Vətəndaş heç bit xəstəliklə dispanser qeydiyyatda olmadığı və ölüm səbəbi məlum olmadığı üçün ölüm haqqında şəhadətnamə verilməmişdir. İş materiallarında olan Suraxanı rayon Qeydiyyat şöbəsinin Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Suraxanı rayon Qeydiyyat şöbəsi ərizəçinin atası X2 ölümünün qeydə alınması ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun oğlu olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi anasının ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və X4 mərhum atası X2 1*.11.2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 21*-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: X4 ərizəsi təmin olunsun. xx.xx.1977-ci il tarixdə doğulmuş X2 1*.11.2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-616/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-616/2025
28.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver