Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-622/2023 28.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair (maraqlı şəxslər - Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi) ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum babası X* xx.xx.*973-cü il tarixdə və nənəsi X2 vəfat etmələri faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, (Ərizəçi) xx.xx.*956-cı tarixdə Bakı şəhərində anadan olmuşdur. Hal-hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rəhmanov küçəsi, döngə *, ev *6-da ailə üzvlərilə birlikdə yaşayır. Mərhum anası Əliyeva (Ağabalayeva) Şunas Ağamirzə qızı *930-cu il tarixdə Bakı şəhərində anadan olmuş, *4.0*.202*-ci il tarixdə xəstəliyi ilə bağlı vəfat etmişdir. Mərhum anasının atası, yəni babası X4 *884-cü ildə Bakı şəhərində anadan olmuş və *973-cü ildə Bakı şəhərində vəfat etmişdir. Mərhum anasının anası, yəni nənəsi Ağayeva (Hüseynova) Balaxanım Bala qızı *896-cı ildə Bakı şəhərində anadan olmuş və *977-ci ildə Bakı şəhərində vəfat etmişdir. Baba və nənəsi vəfat etdiyi zaman evdə baş qarışıqolduğundan və qanunları o və ailə üzvləri lazımi qədər bilmədiyindən evəhəkim gələnə kimi nənə və babası vəfat etmişdirlər. Baba və nənəsi vəfat etdikdən sonra qohum və qonşularla birlikdə onları Binə qəbirstanlığında dəfn ediblər. Hal-hazırda mərhum baba və nənəsinin ölüm haqqında şəhadətnaməsi sənədləşdirmə ilə bağlı ona lazımdır. O, bu barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin onlar ərizəçiyə bu barədə məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPMnin 307.2.3 maddəsini rəhbər tutaraq ərizəsini qəbul edib mahiyyəti üzrə baxılmasını və mərhum babası X* *973-cü il tarixdə Bakı şəhərində, nənəsi Ağayeva (Hüseynova) Balaxanım Bala qızının *977-ci ildə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.6-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X7 ifadəsində bildirdi ki, ərizəçi onların qonşusudur. O, uşaqlıqdan həmin ünvanda yaşayır. Ərizəçinin anası Şunas xanım idi və 202*ci ildə vəfat etdi. *973-cü il tarixdə isə Ərizəçi babası X4, *977-ci ildə isə nənəsi X5 Bakı şəhərində vəfat etmişdir. Mərhumlar Binə qəbirstanlığında dəfn edilmişdir. O, mərhumların dəfnində iştirak etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidin ifadəsini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.*956-cı ildə Bakı şəhərində anadan olmuşdur və Bakı şəhərində qeydiyyatdadır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 29 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, Maraqlı şəxs tərəfindən ərizəçinin babası X4 və nənəsi X2 ölümünün qeydə alınması ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməasi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən aidiyyətı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu Binə qəsəbə nümayəndəliyi tərəfindən verilmiş 5020 və 502* saylı 30.**.2022-ci il tarixli arayışlarından görünür ki, Ərizəçi mərhum babası X4 *973-cü ildə, nənəsi X5 isə *977-ci ildə vəfat etmiş və Binə qəbirstanlığında dəfn olunmuşdurlar. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi atası Əliyev Qurbanəli, anası X3r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 *4.05.202*-ci il tarixdə ölmüşdür. Bu barədə Maraqlı şəxsndə *8.05.202*-ci il tarixli 640 saylı akt qeydi edilmişdir. İş materiallarına əlavə edilmiş Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş 23.**.2022-ci il tarixli arxiv arayışından görünür ki, Bakı 5 saylı ASAN Xidmət Mərkəzindən daxil olan *5.**.2022-ci il tarixli ərizəyə cavab olaraq Ərizəçi bildirilmişdir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərdə *929-*934-cü illərə dair Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu Binə qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitabında *5 (sənəddə olduğu kimi) yanvar (sənəddə olduğu kimi) *930-cu ildə doğulan Ağabalayeva (sənəddə olduğu kimi) Şunas Ağamirzə qızının təvəllüdü qeyd olunur. Atası: Ağabalazadə (sənəddə olduğu kimi) Ağamirzə, anası: Hüseynova (sənəddə olduğu kimi) Balaxanım Bala qızı. İş üzrə müəyyən olundu ki, X4 və Ağayeva (Hüseynova) Balaxanım Bala qızı ərizəçinin nənə və babasıdır. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun nəvəsi olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum babası X* xx.xx.*973-cü il tarixdə, nənəsi X2 isə xx.xx.*977-ci il tarixdə Bakı şəhərində ölmələrinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. xx.xx.*884-cü il təvəllüdlü X* xx.xx.*973-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. xx.xx.*896-cı il təvəllüdlü X2 xx.xx.*977-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-622/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-622/2023
28.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver