Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-633/2024 15.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil4, Cavabdeh1, Cavabdeh2 nümayəndələri və vəkilləri Vəkil2, Vəkil1 və Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "əmlak" tələbinə dair mülki işə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı "əmlak" tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraiət edərək Cavabdeh1 xx.xx.2023-cü il tarixdə formal olaraq öz adına rəsmiləşdirdiyi, lakin onun pul vəsaiti hesabına alınmış və hazırda cavabdehin qanunsuz sahibliyində olan “MAN TGX 18.480” yük markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin və “KRONE” markalı, SD27B modelli, tentli-furqon tirli **-YC-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun, həmçinin dövlət rüsumu olaraq ödədiyi 101 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə onun uzun illər ərzində dostluq münasibətləri olmuşdur. O, 2023-cü ilin əvvəllərində özünə “MAN TGX 18.480” yük markalı avtomobil almaq istəyirdi. O, Cavabdeh1lə bu barədə məsləhətləşmiş və Cavabdeh1 ona bu cür avtomobilləri gətirənləri tanıdığını deyərək ona kömək edəcəyini bildirmişdir. Mart ayının əvvəllərində həmin avtomobil Bakı şəhərinə gətirildiyi zaman o,həmin vaxt müvəqqəi olaraq kənarda olduğuna görə Zamindən avtomobili öz adına rəsmiləşdirməsini tələb etmişdir. Onlar onun qayıtdıqdan sonra avtomobili öz adına keçirəcəyi barədə razılaşmışlar. 03 mart 2023-cü il tarixdə cavadeh “MAN TGX 18.480” yük markalı avtomobili və onun “KRONE” markalı, “SD27B” modelli tentli furqon tirli **-YC- *** dövlət qeydiyyat nişanlı yarımqoşqunu o, gələnə qədər formal olaraq öz adına rəsmiləşdirərək avtomobilə **-XP-*** dövlət qeydiyyat nişanı almışdır. Bir müddət sonra o, cavabdehdən avtomobili onun adına keçirməsini xahiş etmişdir. Lakin cavabdeh müxtəlif bəhanələr gətirərək bundan yayınmışdır. Cavabdeh onun dostu olduğuna görə o, bunun üçün çox təkid etməmişdir. Sonuncu dəfə o, 2023-cü ilin oktyabr ayının əvvəllərində yenə cavabdehə müraciət edərək avtomobili onun adına keçirməsini xahiş edən zaman cavabdeh ona həyat yoldaşı Cavabdeh2 cavabdehə qarşı nikahın pozulması, uşaqların ananın yanında (himayəsində) saxlanılması, aliment və birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Müvəqqəti təminat tədbiri olaraq cavabdehə məxsus bütün əmlakın üzərinə həbs qoyulması barədə ərizəyə əsasən onların birgə nikah dövründə əldə etdikləri bütün əmlakın, həmçinin formal olaraq onların birgə nikah dövründə əldə etdikləri əmlak kimi görünən “MAN TGX 18.480” yük markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin və “KRONE” markalı, “SD27B” modelli tentli furqon tirli **-YC-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun da üzərinə həbs qoyulmuşdur. Cavabdehə qarşı həmin iddianı qaldırmış cavabdehin həyat yoldaşı həmin avtomobilin ona məxsus olduğunu biləbilə həmin avtomobilin formal olaraq ərinin adına qeydiyyata alınmasını əsas götürərək həmin əmlakı da birgə nikah dövründə əldə edilmiş əmlak kimi təqdim edib bölüşdürmək istəyir. Bu yolverilməzdir və onun mülkiyyət hüquqlarının kobud şəkildə pozulması deməkdir.Həm cavabdeh və cavabdehin ailəsi, həmdə cavabdehə qarşı iddia qaldıran cavabdehin həyat yoldaşı Cavabdeh2 və həmin şəxsin valideynləri həmin avtomobilin onun pulu ilə alınaraq ona məxsus olmasını gözəl bilirlər. Həmin avtomobilin üzərində onun mülkiyyət hüquqları formal olaraq rəsmiləşdirilməsə də, həqiqətən həmin avtomobilin pulunu o, ödəmişdir. Həmin avtomobil onun mülkiyyətindədir və həmn avtomobil ona qaytarılmalıdır. Cavabdehin onun haqlı tələblərinə laqeyd yanaşması və öhdəliyini vaxtıda yerinə yetirməməsi nəticəsində o, hazırda mülkiyyətindən əsassız və qanunsuz məhrum edilmək təhlükəsi ilə üzləşmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 vəsatət ilə məhkəməyə müraciət edərək 2(003)-4478/2023 saylı mülki iş üzrə məhkəmə hazırlıq iclasında hüquqlarnı müdafiə etdiyi Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsi ilə bağlı İddiaçı razılığının olubolmaması məsələsinin müzakirə edilməsini, münasibətin müsbət olacağı halda şəxsin cavabdeh qismində işə cəlb edilməsi barədə qərardad qəbul edilməsini, İddiaçı razılığının olmadığı halda Cavabdeh2 2(003)-4478/2023 saylı mülki iş üzrə cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4478/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh2 iş üzrə cavabdeh qismində cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddianı qəbul etdiyini bildirmiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 nümayəndələri və vəkilləri Vəkil2, Vəkil1 və Vəkil3 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Əlavə olaraq bildirmişlər ki, Cavabdeh1 və Cavabdeh2 arasında Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsində “nikahın pozulması” və “əmlak” tələbinə dair məhkəmə mübahisələri mövcuddur. Hazırki iş üzrə mübahisə edilən avtomobil üzərinə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin qərardadı ilə həbs qoyulmuşdur. Cavabdeh1 və Cavabdeh2 arasında olan “əmlak” tələbinə mülki iş üzrə icraat hazırki işə baxılıb qurtaranadək dayandırılmışdır. Mübahisə edilən əmlak Cavabdeh1 və Cavabdeh2 nikahları dövründə birgə vəsaitləri hesabına əldə edilmişdir. İddiaçının həmin əmlaklara tələbi əsassızdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prossessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyərək, iş üzrə təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 3266/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh2 Cavabdeh1 qarşı “nikahın pozulması, uşaqların iddiaçının himayəsində (yanında) saxlanılması, aliment və birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin qərardadla iddiaçı Cavabdeh2 Cavabdeh1 qarşı “nikahın pozulması, uşaqların iddiaçının himayəsində (yanında) saxlanılması, aliment və birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü” tələbinə dair mülki iş üzrə “birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü” hissəsi ayrıca icraata ayrılmışır. Həmin məhkəmənin 2(002)-3787/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh1 qarşı əmlak tələbinə dair 2(003)-4478/2023 saylı mülki işə mahiyyəti üzrə baxılıb hüquqi qiymət verilənədək Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 Cavabdeh1 qarşıəmlak tələbinə dair 2(002)-3787/2023 saylı mülki işin icraatı dayandırılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilən normaların tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prossesual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmədə tərəflərin izahatları məzmun baxımından öz növbəsində iddia tələbinə mahiyyəti üzrə baxılması zamanı sübutetmə predmeti barəsində həlledici qənaət formalaşdırmaq həcmində olmuş və daxili inam yaranması üçün müəyyən mənada əhəmiyyət kəsb edir. Beləliklə, qeyd edilənlərə əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "əmlak" tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "əmlak" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-633/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-633/2024
15.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver