Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-637/2025 15.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs etibarnamə əsasında nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi Bakı şəhəri Xəzər rayonu Qeydiyyat Şöbəsinin maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Ərizəçi Bakı şəhəri Xəzər rayonu Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı 04 may 2024-cü il təvəllüdlü X4 24 noyabr 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki,xx.xx.2024-cü il tarixdə qızı X6 24 noyabr 2024-cü il tarixdə vəfat etmişdir. Ərizəçi ünvan 1 ünvanında ailəsi ilə birlikdı yaşayır. Birgə nikahdan iki qızı olmuşdur. Kiçik qızının vəziyyəti 24.**.2024-cü il tarixdə qəfildən pisləşmişdir. Təcili yardım çağırılmış, lakin təcili yardım gələnə qədər uşaq artıq vəfat etmişdir. Doğuşdan sonra ona uşaqda ürəklə bağlı küy oluğu bildirilmişdir. Bunun da hər uşaqda olduğu bildirilmişdir. Bakı şəhəri Xəzər rayon prokurorluğunda araşdırma nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar 29.**.2024-cü ildə qəbul edilmişdir. Qanunla müəyyən olunmuş müddəti ötürdüyündən məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs etibarnamə əsasında nümayəndəsi Nümayəndə ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid* izahatında bildirmişdir ki, o, ərizəçinin qardaşıdır. Mərhumun Zaqatala rayonu Mosul kənd qəbiristanlığında dəfn işlərini o təşkil etmiş və dəfndə şəxsən özü iştirak etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 izahatında bildirmişdir ki, o, ərizəçinin həyat yoldaşıdır. X2 24 noyabr 2024-cü il tarixdə Binə qəsəbəsində yaşadığı evdə vəfat etmişdir. Mərhum Mosul kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 izahatında bildirmişdir ki, o, ərizəçinin qaynıdır. Onu uzun müddətdir tanıyır. X2 24 noyabr 2024-cü il tarixdə Binə qəsəbəsində yaşadığı evdə vəfat etmişdir. Mərhum Mosul kənd qəbiristanlığında dəfn edilib. Dəfndə şəxsən özü iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 5 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş АZ-V № 00*68* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 04 may 2024-cü il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 24 may 2024-cı il tarixdə 3270 saylı akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan AZ-İİ seriyalı 303945 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə Şahid2 arasında 27.0*.20*9-cu il tarixdə Zaqatala Rayon İcra Hakimiyyətinin Mosul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində nikah bağlanmış və 2 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra ərə Topalov, arvada Mahmudova soyadı verilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 03 dekabr 2024-cü il tarixli, 3-*6-5/8-*5-2737/2024 saylı məktubdan görünür ki, X4 ölümünün qeydə alınması ilə bağlı Ərizəçi müraciətinə baxılmış və onun ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və digər huquq müəyyənedici sənədlər olmadığı üçün Maraqlı şəxsndə ölumün qeydə alınması mümkün olmadığı qeyd edilmiş və ölüm faktının müəyyən edilməsi məsələsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan 29 noyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X4 ölməsi faktı üzrə cinayət hadisəsi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Zaqatala Rayon İcra Hakimiyyəti Mosul kənd inzibati ərazi dairəsinin 03 dekabr 2024-cü il tarixli arayışından görünür ki, X* qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, X6 24.**.2025-ci il tarixdə vəfat etmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçinin qızı X6 24 noyabr 2024-cü il il tarixdə Bakı şəhərində vəfat etmiş, lakin mərhumun ailə üzvləri qanunları lazımı qədər bilmədiyindən ölümü ilə bağlı sənədləşmə işləri aparılmamışdır. “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin *93.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləlilklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 04 may 2024-cü il təvəllüdlü X4 24 noyabr 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*7.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220, 307-3** və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. 04 may 2024-cü il təvəllüdlü X4 24 noyabr 2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilmiş hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən * ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №2(003)-637/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-637/2025
15.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver